А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Mərkəzi Gömrük Hospitalının Travmatologiya və Ortopediya şöbəsinin rəisi Ramin Rzayev sualları cavablandırır

10.10.19 | Bölmə: Cəmiyyət | Baxış: 57 | Yazar: Celilova |
Mərkəzi Gömrük Hospitalının Travmatologiya və Ortopediya şöbəsinin rəisi Ramin Rzayev sualları cavablandırır
 
 
 
 
 
 
 
 

Mərkəzi Gömrük Hospitalının Travmatologiya və Ortopediya şöbəsinin rəisi, t.f.d., travmatoloq-ortoped Ramin Rzayev "Həkim Məsləhəti” rubrikasında artroskopiyaya aid sualları cavablandırır.

- Menisk zədələnməsi nədir, əməliyyatsız müalicə olunurmu?

- Diz oynağında "C” hərfi şəklində fibroz qığırdaqdan ibarət iki menisk mövcuddur – iç (medial) və bayır (lateral). Menisklər qan damarları ilə təchiz olunmamışdır, qidalanması oynağın sinovial qişası tərəfindən ifraz edilən oynaq mayesi hesabınadır. Hərəkət, yürümə, qaçış və idman hərəkətləri zamanı oynağa düşən bədən ağırlığının oynaq sətinə bərabər paylanmasını və zərbənin yumşaldılmasını təmin edərək bir növ amortizator rolunu oynayır, oynaq qığırdağının erkən aşınmasının qarşısını alır. Menisk zədələnmələrinin müalicəsi cərrahidir və bir qayda olaraq artorksopik olaraq parsial meniskektomiya, total meniskektomiya, menisklərin tikilməsi üsulları ilə icra edilir. Oynaq qığırdağının aşırı dərəcədə (artroz - III dərəcə) aşınması, kirəcləşməsi hallarında menisk zədələnmələrinin artroksopik yolla müalicəsi müsbət nəticələr vermir.

- Diz oynağında ön çarpaz bağın rolu nədir və zədələnmişdirsə bərpa etmək mütləqdirmi?

 

- Diz oynağının daxilində və mərkəzdə bud (femur) və qamış (tibia) sümüklərini birləşdirən çarpaz şəkildə yerləşmiş öndə olan bağ ön çarpaz bağ (ÖÇB-ACL), arxada yerləşmiş bağ arxa çarpaz bağ (AÇB-PCL) adlanır. ÖÇB qalın, yetərincə möhkəm olub diz oynağında burxulmaları, baldırın önə doğru normadan artıq yerdəyişməsini əngəlləyir. Adətən ÖÇB idman travmaları zamanı vucudun bir diz üzərində hərlənməsi nəticəsində zədələnir. Bağın qopmasının təyini kliniki və MRT müayinəsinin aparılması ilə dəyərləndirilir.

Xəstə diz oynağında tez-tez burxulma, boşalma hissi, gücsüzlük və qeyri-stabillik şikayətləri olarsa ÖÇB əməliyyatı vacibdir.Xüsusən də idmançılarda və ÖÇB zədələnmiş diz oynağında şikayəti olan gənc pasiyentlərdə bağın bərpası vacibdir. ÖÇB-ın konservativ müalicə üsulları ilə bərpası qeyri-mümkündür. Xəstənin yaşı 45-dən yuxarıdırsa, diz oynağının çəkilmiş rentgen müayinəsində qığırdaq problemi – artroz əlamətləri müşahidə edilirsə ÖÇB-ın bərpası məsləhət görülmür.

скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Azərbaycan dövləti iqtisadiyyatda baş verə biləcək neqativ tendensiyaları layiqli qarşılamaq üçün zəruri maliyyə imkanlarına malikdir
“Coca-Cola” ASAN könüllü xanımları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib
Bill & Melinda Gates Foundation, Wellcome və Mastercard COVID-19 mualicəsinin əlçatanlığının sürətləndirməsi təşəbbüsünə qoşuldular
Valideynlərini itirmiş şəxslərin magistratura xərclərini dövlət ödəyəcək
Ağsuda Bədən Tərbiyəsi və İdman Günü qeyd olunub
Bakı şəhər açıq birinciliyində “Qala” Taekvondo klubunun idmançıları ikisi qızıl olmaqla üç medal qazanıb
Soyqırımın ildönümü Füzulidə də qeyd olunur
Mərkəzi Gömrük Hospitalında “Kolorektal cərrahiyyədə müasir yanaşmalar” mövzusunda seminar keçirilib
Yeni parlamentin qadın deputatları... - Siyahı
İlham Əliyev Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərini qəbul edib
Daha 7 seçki dairəsi üzrə LİDER NAMİZƏDLƏR müəyyənləşdi
Ağsu İdman Komleksinin direktoru Elnur Alıyev yeni vəzifəyə təyin olundu
MSK-dan seçkiylə bağlı AÇIQLAMA
Sabahın HAVA PROQNOZU
Milli Məclis məlumat yaydı: Oqtay Əsədovun səhhətində heç bir problem yoxdur
ABŞ şirkəti “exit-poll” un nəticələrini açıqladı: SİYAHI
Azərbaycanın bu bölgələrinə güclü qar yağıb - FAKTİKİ HAVA
Təhlükəsizlik kameralarının üzərinin örtülməsinin səbəbi AÇIQLANDI
Çində koronavirus epidemiyasından ölənlərin sayı 813-ə çatıb
Azərbaycanda məntəqə sədri müşahidəçini döydü
ATƏT PA-nın müşahidə missiyasının üzvü: İndiyədək hər şey qaydalara uyğun şəkildə həyata keçirilib
Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.