А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
#EVDƏ QAL,EVDƏ QAL,EVDƏ QAL .

“Test üsulunu Vurğun Əyyub yox, mən gətirmişəm”

10.10.19 | Bölmə: Son Xəbər » Cəmiyyət | Baxış: 87 | Yazar: Celilova |
“Test üsulunu Vurğun Əyyub yox, mən gətirmişəm”
 
 
 
 
 
 

"İndiyə qədər mən bu barədə danışmamışam. Amma görürəm ki, artıq danışmaq lazımdır".

Melumat-merkezi.az xəbər verir ki, bu sözləri Azərbaycanın ilk təhsil naziri Firudin Cəlilov bakupost-a müsahibəsində testi ölkəyə kim gətirib sualına cavab verərkən deyib.

O, test üsulunun Azərbaycana Vurğun Əyyubun deyil, özünün gətirdiyini qeyd edib:

"Mən Rəhim Hüseynovun vaxtında Baş Nazirin müavini işləyirdim. İnstitutlar, məktəblər mənim kurasiyamda idi. Mən də test imtahanlarını gətirmək istəyirdim, amma bu çox ağır bir məsələ idi. Sərəncam verdim, qəbul imtahanlarını dayandırdılar ki, testə keçək. Mənim sərəncamımdan bir ay sonra Elçibəy hakimiyyətə gəldi. Mən ona dedim ki, bu artıq mənim səlahiyyətimdə olan bir iş deyil. Prezident sənsən ya "hə” de, ya "yox”. Konkret razılıq vermədi. Orda bizim Elçibəylə xoş olmayan deyişməmiz oldu. Bu söhbətdə Pənah Hüseyn, İsa Qəmbər, Arif Hacılı, İxtiyar Şirin, Sülhəddin Əkbər və başqaları da iştirak edib. Amma 30 ildə birinin qanacağı çatıb bu barədə danışmadı. Heç kim etiraf etmədi ki, test üsulunu təhsilə kim gətirib və ilk test imtahanını kim keçirib.. Heç kim etiraf etmədi ki, test üsulunu təhsilə Vurğun yox, Firudin gətirib.

Sonra mən sınaq kimi 2000 tələbəni testdən keçirib göndərdim Türkiyəyə. Bu, xalqda yaxşı bir ovqat yaratdı. İnsanlar artıq inandılar ki, test daha ədalətli imtahan üsuludur. Yalnız ondan sonra Elçibəy Pənah Hüseynovu yanıma göndərdi ki, test üsulu təsdiqlənsin. Vurğun Əyyubla Misir Mərdanovu Türkiyəyə göndərdim ki, gedin o sənədlərin hazırlanma qaydasını öyrənin. Tələbə Qəbul Komissiyasını yaratdım. Elçibəy dedi, ora kimi sədr qoyaq? Vurğunu dedim. Burda da mənimlə razılaşmadı ki, Vurğun olmasın, başqa adam olsun. Mən sözümün üstündə durdum, dedim yalnız Vurğun ola bilər. Çünki o çox prinsipial adam idi. Mənə də belə adam lazım idi ki, gördüyüm işin nəticəsini əldə edə bilim. Elçibəyi heç cür razı sala bilmədim, ona görə də qapını çırpıb çıxdım. Həmin dövrdə Elçibəylə küsülü qaldıq. 3-4 gün sonra yenə Pənahı yanıma göndərdi ki, yaxşı, o deyən olsun, Vurğunu sədr edək. Və elə həmin gün Vurğunun əmri verildi. Heç Vurğunun özünün bu barədə xəbəri yox idi. Rəhmətlik özü də müsahibələrində deyir ki, əmrimlə bağlı xəbəri televizordan eşitdim. Təbii ki, Elçibəyin sonrakı razılığı olmasaydı və Vurğun bəyin gərgin əməyi olmasaydı, test imtahanı baş tutmayacaqdı. 1993-cü ildən 2005-2006-cı ilə qədər "Musavat” qəzeti həmişə yazırdı ki, Azərbaycana testi Vurğun gətirib. İndi o dünyasını dəyişib, Allah rəhmət eləsin. Üstünə də gəlmədim bu söhbətlərin o zaman. Amma indi hər şeyin əslini hamı bilməlidir. Vurğun on gün işə çıxmadı. Axırda çağırdım ki, Fərmanın verilib, gəl təhvil-təslim edək, işinə başla. Dedi, mən istəmirəm. On gün ərzində onun işini mən gördüm. Nəhayət ki, son illərdə Vurğun Əyyub da, Misir Mərdanov da müsahibələrində etiraf etdi ki, test imtahanı Firudinin ideyası idi".


скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Bakıda kirayə mənzillər bahalaşıb
Aygün Fətullayeva -
Könül İsmayılova LAÇINDAN yazdı
“Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi”nə layihələrin qəbulu başa çatıb...
Azyaşlıların kiçik dünyalarından böyük dünyaya İSMARIŞ - VİDEO
Müəllim olmaq istəyənlərə şad xəbər
Qusar sakinlərinin çoxdan gözlədiyi SƏRƏNCAM
Regionlarda da ictimai nəqliyyat vasitələrində şəffaf arakəsmələr quraşdırılır
“EuroHome”dakı yanğınla bağlı əməliyyat müşavirəsi keçirilib
Tanınmış ifaçı Mehrim Hüseyn yeni mahnısını ictimayyətə təqdim edib
Heydər Əliyevin anadan olmasının 97-ci ildönümüdür
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər - FOTO
Ramil Usubov:
“Peşəkar  fəaliyyətləri ilə insanlara örnək olan FUAD ƏHMƏDOV.”
Vilayət Eyvazov idarə rəislərinə tapşırıqlar verdi - FOTO
Azərbaycanda daha 143 nəfər koronavirusa yoluxub
Prezident İlham Əliyev Heydər Əliyevin doğum günü münasibətilə video paylaşıb - VİDEO
Azərbaycanda koronavirusla bağlı komendant saatı tətbiq edilə bilər
DMX əcnəbilərə göstərdiyə xidmətlərə dəyişiklik etdi
Rusiya koronavirusa yoluxanların sayına görə İranı geridə qoydu
Milli Məclisin növbəti iclasının gündəliyinə 26 məsələ daxildir
Ünvanlı dövlət sosial yardım alanlar üçün MÜHÜM XƏBƏR
190 manat üçün müraciət edənlərin nəzərinə: Cavab gəlməyibsə...
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.