А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

MDB Parlamentlərarası Assambleyasının iclasında ermənilərin təxribat xarekterli təklifi keçmədi

11.10.19 | Bölmə: Son Xəbər » Siyasət | Baxış: 22 | Yazar: Celilova |
MDB Parlamentlərarası Assambleyasının iclasında ermənilərin təxribat xarekterli təklifi keçmədi
 
 
 
 
 
 
 

 

Cari ilin oktyabr ayının 10-da RF Sankt Peterburq şəhərində MDB PA siyasi məsələlər və beynəlxalq əməkdaşlıq üzrə Daimi Komissiyasının növbəti iclası olub.

İclasda Azərbaycanı deputatlar Rüfət Quliyev, Rasim Musabəyov və Azərbaycan Respublikasının MDB PA-dakı səlahiyyətli nümayəndəsi - PA Şurası baş katibinin müavini Aydın Cəfərov təmsil ediblər.

İclasda deputat Rüfət Quliyev yenidən MDB PA siyasi məsələlər və beynəlxalq əməkdaşlıq üzrə Daimi komissiyasının sədr müavini seçilib.

Azərbaycan nümayəndə heyətinin üzvləri müzakirə olunan bütün məsələlərdə fəal iştirak edib, psinsipial mövqe nümayiş etdiriblər.

Xüsusilə iclasın gündəliyindəki ikinci məsələ MDB PA müşahidəçi statusunun əsasnaməsinin layihəsinin müzakirəsi çox qızğın keçib və deputatlar Rüfət Quliyev, Rasim Musabəyov və Aydın Cəfərovun çıxışları kəskinliyə fərqlənərək, ermənilərin təxribat xarekterli təkliflərinin qarşısını qətiyyətlə alıblar.

Müzakirə olunan məsələ əsasən onunla bağlı idi ki, Asiya müsəlman ölkələrinə MDB  PA-da müşahidəçi statusu verilməsi hələ keçən iclasda müzakirə olunub və MDB-nin iştirakçı dövlətlərinin parlamentlərinə təklif  olunub ki, əsasnamə ilə əlaqədar konkret təkliflər versinlər.

Ancaq Ermənistan Parlamentindən elə təxribat xarekterli təkliflər daxil olub ki, bu, Asiya müsəlman dövlətlərinə müşahidəçi statusunu verilməsini əngəlləyirdi. Müsəlman dövlətlərinə qərəzli erməni münasibəti bizim deputatları çox hiddətləndirdi  və iclasda onlar erməni təkliflərini darmadağın edərək, qəbul olunmasına yol verməyiblər.

Sonda iclasda qərara alınıb ki, əsasnamənin layihəsi yenidən işlənmək üçün MDB-nin iştirakçı dövlətlərinin parlamentlərinə  göndərilsin.

Qeyd olunub ki, ya yeni konstruktiv layihə hazırlansın, ya da keçən il təqdim olunmuş layihə gücündə qalsın.

Həmçinin nümayəndə heyətimizin üzvləri təklif ediblər ki, lazım gəldiyi təqdirdə layihə MDB PA-da hüquqi ekspertizadan keçirilsin. Beləliklə, ermənilərin daha bir antimüsəlman təxribatının qarşısı tam kəskinliyi ilə alınıb.

İclasda "1941-1945-ci illərdəki Böyük Vətən müharibəsində qələbənin 75-illiyinə həsr olunmuş MDB PA-nın MDB dövlətlərində keçiriləcək tədbirləri” müzakirə olunub. 

Müzakirələrdə fəal iştirak edək Rüfət Quliyev təklif edib ki, Qələbənin 75-ci illiyi ilə əlaqədar "Xatirə medalı” təsis edilsin və bu medal müharibə dövründə vuruşan və çalışan ön və arxa cəbhənin sağ olan iştirakçılarına təqdim edilsin. Təklif iclas iştirakçıları və PA vəzifəli şəxsləri tərəfindən böyük razılıqla bəyənilib  və MDB PA rəhbərliyinə çatdırılması nəzərdə tutulub.Digər müzakirə olunan məsələlərdə də Azərbaycan parlamentinin nümayəndə heyəti fəallığı ilə seçilib.

 

 MDB Parlamentlərarası Assambleyasının iclasında ermənilərin təxribat xarekterli təklifi keçmədi

 

MDB Parlamentlərarası Assambleyasının iclasında ermənilərin təxribat xarekterli təklifi keçmədi

скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Səfər Mehdiyev Yevlaxda qəbul keçirəcək
Siyavuş Novruzovdan parlamentdə SƏRT SÖZLƏR: Qibləsini tanımayanlar...
Övladlığa uşaq götürmə ilə bağlı QAYDALAR DƏYİŞİR
“Sosial İqtisadi İnkişafa Dəstək” İctimai Birliyi Qəbələ rayonunda yeni layihə icra edib
“CinemaPlus”da “Joker” filmi ilə bağlı fləşmob keçirilib
“İsa Qəmbərin sürücüsünü də üzv etmək istəyiblər”
“Əhalinin siyahıyalınmasına 23 milyon vəsait ayrılıb”
Leyla Əliyeva Nizami Kino Mərkəzində film təqdimatında olub
Prezident: Son 16 ildə Azərbaycana 270 milyard dollardan çox sərmayə qoyulub
Doğuşu ağırlaşdıran xəstəliklərin adları açıqlanıb
SABİQ DEPUTATIN BİTMƏYƏN PUL TƏLƏBLƏRİ… - Şərikləri Cahangir Hüseynovu ittiham edirlər
Bakıda 10 direktor işdən çıxarılıb
“Bala Tofiq” ləqəbli leş ət satan dələduz ifşa edilib
Türkiyəyə sanksiyalar Azərbaycana necə təsir edəcək?
Azərbaycan beynəlxalq mədəniyyət festivalında
SON DƏQİQƏ: ABŞ-dan MÜHARİBƏ ELANIna bərabər qərar
“Qala” Taekvondo klubunun komandası Mahaçqaladan 1 gümüş, 2 bürünc medalla qayıdıb
Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir
Vasim Məmmədəliyevlə vida mərasimi keçirilir
Azərbaycan 4 günlük iş həftəsinə keçir?
Ərdoğan Bakı üçün YOLA ÇIXDI
Qanunsuz balıq ovlayan 182 nəfər məsuliyyətə cəlb olunub
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.