А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
#EVDƏ QAL,EVDƏ QAL,EVDƏ QAL .

Vasim Məmmədəliyevlə vida mərasimi keçirilir

14.10.19 | Bölmə: Gündəm | Baxış: 161 | Yazar: Celilova |
Vasim Məmmədəliyevlə vida mərasimi keçirilir
 
 
 
 
 
 
 

Ötən gün axşam saatlarında dünyasını dəyişən akademik Vasim Məmmədəliyevlə Bakı Dövlət Universitetində vida mərasimi keçirilir.

Melumat-merkezi.az xəbər verir ki, vida mərasiminə bir çox dövlət xadimləri, ictimaiyyət nümayəndələri qatılıb.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva vida mərasiminə əklil göndərib.

Mərasimdən sonra mərhumun nəşi İkinci Fəxri xiyabanda torpağa tapşırılacaq.

Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev akademik haqqında fikirlərini bölüşüb: "Vasim Məmmədəliyevin həyatının böyük hissəsi BDU ilə bağlı olub. O, burada müxtəlif vəzifələrdə çalışıb. Mən onun həyatı və fəaliyyəti barədə çox danışa bilərəm. Lakin çıxışımı protokoldan uzaq tutaraq, ürək sözlərimizi demək istəyirəm. O özü ilə əvəzolunmaz, şux aurasını apardı. Vasim Məmmədəliyev heç vaxt özünü düşünməyib. Elmə, insanlara xidmət edib, heç kimin haqqını tapdalamayıb. O, yaşından asılı olmayaraq, hər kəslə öz dilində, məntiqlə əsaslandırılmış şəkildə danışırdı. Ən maraqlısı odur ki, onunla danışmaq ona qulaq asmaq qədər maraqlı idi. Bu, hər kəsə nəsib olmurdu. Öz ixtisasını dərindən mənimsəyib və yeniliklər tətbiq edirdi. O sahədə problemləri bilir və həmkərlarına məlumat verirdi. O, elə bir nadir insanlardan idi ki, paxıllıq nə olduğunu bilmirdi. Hamının rəğbətini çoxdan qazanmışdı. Son günlər isə gözümüzü yolda qoymuşdu. Biz müəllimimiz üçün çox darıxacağıq”.

Daha sonra çıxış edən Şərqşünaslıq fakültəsinin dekanı Elxan Əzizov akademik şərqsünaslıq elminə gətirdiyi yeniliklərdən bəhs edib.

скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Baş həkim koronavirusa yoluxub – Beyləqanlılar onun tezliklə sağalmasını istəyir
Polisimiz QÜRURUMUZDUR!
Səbuhi Xanlarov koronavirusa yoluxdu
Səbuhi Xanlarov koronavirusa yoluxdu
Koronavirus əlamətləri hiss edən zaman nə etməli?
Polisə müqavimət göstərmək nə demək?!
Azərbaycanın hava limanları iyulun 1-nə qədər bağlı qalacaq - RƏSMİ
Bakı sakinlərinin nəzərinə! Bu saatdan küçəyə çıxmaq qadağan edildi - RƏSMİ
Azərbaycanla Türkiyə arasında uçuşlar bu tarixdən bərpa olunur
DİQQƏT! Həftəsonu market və apteklər işləməyəcək
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Operativ Qərargah küçəyə çıxma qadağası ilə bağlı brifinq keçirir - CANLI YAYIM
Azərbaycanda son sutkada 262 nəfərdə COVID-19 aşkarlanıb
DİN rəsmisindən metroda polislə sərnişinlər arasında yaşanan mübahisə ilə bağlı AÇIQLAMA
Azərbaycanda xüsusi karantin rejimi sərtləşdirildi - RƏSMİ
Baş nazir iş saatları ilə bağlı - QƏRAR VERDİ
Binəqədi bələdiyyəsi “28 may – Respublika Günü”ilə bağlı məktəbli müsabiqəsi keçirdi
Bakıda kirayə mənzillər bahalaşıb
Aygün Fətullayeva -
Könül İsmayılova LAÇINDAN yazdı
“Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi”nə layihələrin qəbulu başa çatıb...
Azyaşlıların kiçik dünyalarından böyük dünyaya İSMARIŞ - VİDEO
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.