А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

SON DƏQİQƏ: ABŞ-dan MÜHARİBƏ ELANIna bərabər qərar

15.10.19 | Bölmə: Son Xəbər » Xarici xəbərlər | Baxış: 27 | Yazar: Celilova |
SON DƏQİQƏ: ABŞ-dan MÜHARİBƏ ELANIna bərabər qərar
 
 
 
 
 
 

ABŞ prezidenti Donald Tramp Türkiyəyə qarşı sanksiyalar tətbiq edib.

Melumat-merkezi.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə dövlət katibi Mayk Pompeo bildirib.

O, qeyd edib ki, Tramp Türkiyə ilə bağlı icraçı fərman imzalayıb. İcraçı fərman Maliyyə Nazirliyinə və Dövlət Departamentinə Türkiyə hökumətinin ayrı-ayrı şəxslərinə, təşkilatlara qarşı sanksiyalar tətbiq etmək səlahiyyəti verir.

ABŞ prezidentinin özü isə poladın idxalına tətbiq olunan gömrük vergisinin 50 faizinə qaldırılacağını açıqlayıb. Türkiyə ilə 100 milyard dollarlıq ticarət razılaşmasını ehtiva edən müzakirələr dərhal dayandırılacaq.

"Prezident Tramp, xüsusilə Türkiyə hökumətinin son dövrdə Suriyanın şimalında keçirdiyi hərbi müdaxilə olmaqla, Suriya ilə əlaqədar vəziyyətin İŞİD-i məğlub etmə kampaniyasını baltaladığını, vətəndaşları təhlükəyə atdığını və bölgədə sülh, təhlükəsizlik və sabitliyi təhdid etdiyini düşünür", - Ağ Evdən bildirilib.

Açıqlamada Trampın bu mövzuda bəzi addımlar atdığı qeyd edilib. Bildirilir ki, Maliyyə Nazirliyi Dövlət Departamenti ilə birlikdə, Suriyada sülh, təhlükəsizlik, sabitlik və ya ərazi bütövlüyünü təhdid edən Türkiyə hökumətinin indiki və keçmiş rəsmilərini müəyyən edərək onların ABŞ-dakı aktivlərini müsadirə edə bilər. Açıqlamaya görə, Suriyada atəşkəs rejiminin qarşısını alan, Suriyaya könüllü olaraq qayıtmaq istəyən insanları qorxudan və maneə törədən, suriyalı qaçqınları zorla geri qaytarmağa çalışan, Suriyadakı siyasi həll prosesi üzrə səylərin qarşısını alan şəxslər də sanksiyalara məruz qalacaq.

ABŞ Maliyyə Nazirliyinin müəyyən etdiyi maliyyə qurumlarına da məhdudyyətlərin tətbiq ediləcəyi bildirilir.

Maliyyə Nazirliyi "Sülh çeşməsi" (Barış Pınarı) hərəkatı çərçivəsində tətbiq edilən sanksiyaları açıqlayıb. Açıqlamada Türkiyənin YPG/ PKK terror təşkilatına qarşı həyata keçirdiyi əməliyyatın İŞİD-lə mübarizəni təhlükəyə atdığı və regionda sabitsizliyə səbəb ola biləcəyi iddia edilib. Nazirlik Türkiyənin müdafiə naziri Hulusi Akar, daxili işlər naziri Süleyman Soylu və enerji və təbii sərvətlər naziri Fatih Dönmezin sanksiya siyahısına daxil edildiyini bildirib. Bundan başqa, Müdafiə Nazirliyi ilə Enerji və Təbii Sərvətlər Nazirliyinə qarşı sanksiyalar tətbiq edilib.

Sanksiya siyahısına daxil edilən şəxslər və qurumların ABŞ-dakı aktivləri dondurulacaq, onların ABŞ-da maliyyə əməliyaytları həyata keçirməsi qadağan ediləcək.

ABŞ dövlət katibi Mayk Pompeo da sanksiyalarla bağlı yazılı açıqlama verib. O, "Türkiyənin Suriyanın şimalındakı sabitliyi pozan hərəkətlərdə iştirak etdikləri" səbəbiylə müdafiə naziri Hulusi Akar, Süleyman Soylu və Fatih Sönməzə qarşı sanksiyaların tətbiq edildiyini bildirib. Sanksiyaların "Sülh çeşməsi" hərəkatının dayandırılması üçün tətbiq edildiyini ifadə edən Pompeo, Türkiyənin ABŞ-la Suriya mövzusunda müzakirələr aparmalı olduğunu söyləyib.


скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

“Qala” Taekvondo Klubunun 14 illiyinə həsr edilən klublararası yoldaşlıq görüşü keçirilib
Tanınmış jurnalist sayt açdı — Səhhət.az
Miqrasiya orqanlarına qəbul olmaq istəyənlər üçün test imtahanı keçiriləcək
Füzuli məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyasına qoşulublar
Müsavatın
İranda məktəblər bağlandı - SƏBƏB?
“CinemaPlus”da “Ford Ferrariyə qarşı”
Bakıda «HR Summit Baku 2019» beynəlxalq tədbiri baş tutub
Şuranın dəstəklədiyi layihə yekunlaşıb
Doktoranturaya qəbul qaydaları DƏYİŞDİ
Sadə, təmtəraqsız, qaydalara uyğun – Füzulidə yas mərasimləri
Miqrant alveri edən azərbaycanlılar tutuldu - Almaniyada - SİYAHI
Prezident İlham Əliyev Rusiya nümayəndə heyətini qəbul edib
Bu gün Dünya dini liderlərinin II Bakı Sammiti başlayır
Şəhid qızı: “Mehriban Əliyeva son iki ayda mənə iki böyük yaxşılıq edib”
Bakıda məşhur şirkət haqda şok: təhdid, milyonlar…
Nazirliyin Apellyasiya Şurası Bakı Beynəlxalq Avtovağzal Kompleksində yoxlamaya qərar verdi
“Qala” Taekvondo klubunun idmançıları Tbilisidən iki medalla qayıdıb
Azərbaycanda yağıntıların az olması ilə bağlı bir neçə rayonda su mənbələri ilə bağlı çətinlik olub - Azərsu
Ağdamda məcburi köçkün uşaqlar üçün tibbi aksiya keçirilir
Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.