А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Türkiyəyə sanksiyalar Azərbaycana necə təsir edəcək?

15.10.19 | Bölmə: İqtisadiyyat | Baxış: 14 | Yazar: Celilova |
Türkiyəyə sanksiyalar Azərbaycana necə təsir edəcək?
 
 
 
 
 
 
 

"ABŞ-ın Türkiyəyə qarşı sanksiya planı qonşu ölkənin iqtisadiyyatına təsirsiz ötüşmür. Son bir həftədə lirə 4 faiz dəyər itirib. Belə ki, ötən həftə 1 dollar almaq üçün 5,7 lirə ödəmək lazım idisə, indi bu rəqəm 5,9 lirəyədək artıb”.

Publika.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Vüqar Bayramov qeyd edib.


Ekspert bildirib ki, Ağ Ev sanksiyaları gücləndirəcəyi halda, bu, Türkiyə iqtisadiyyatına yalnız məzənnə deyil, digər formalarda da neqativ təsir göstərəcək: "Xüsusən də Türkiyə iqtisadiyyatına yönəldilən birbaşa xarici investisiyaların həcmində azalmalar ola bilər. Türkiyə Azərbaycan üçün yalnız strateji baxımdan deyil, həmçinin iqtisadi aspektdən də vacib tərəfdaşdır. Azərbaycan son illər Türkiyə iqtisadiyyatına 15 milyard dollardan çox sərmayə yönəldib. Türkiyə Azərbaycanın qeyri-neft ixracatında ikinci əsas tərəfdaşdır. Qeyri-neft məhsullarımızın 1/3-ü Türkiyənin payına düşür. Bu baxımdan, lirənin dəyərsizləşməsi fonunda Azərbaycanın Türkiyəyə ixracatında azalmalar müşahidə edilə bilər”.

Vüqar Bayramov qeyd edib ki, hələlik ciddi azalmalar proqnozlaşdırılmasa da, ucuz lirə Türkiyə bazarına Azərbaycan məhsullarını milli valyuta ifadəsində bahalaşdıracaq: "Bütün hallarda Türkiyə iqtisadiyyatının zəifləməsi bizim üçün məqbul hesab olunmur. Bütövlükdə, sanksiyaların genişlənəcəyi halda isə lirənin 6 bəndlik pisxoloji həddi aşacağı gözlənilir”.


скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

“Qala” Taekvondo Klubunun 14 illiyinə həsr edilən klublararası yoldaşlıq görüşü keçirilib
Tanınmış jurnalist sayt açdı — Səhhət.az
Miqrasiya orqanlarına qəbul olmaq istəyənlər üçün test imtahanı keçiriləcək
Füzuli məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyasına qoşulublar
Müsavatın
İranda məktəblər bağlandı - SƏBƏB?
“CinemaPlus”da “Ford Ferrariyə qarşı”
Bakıda «HR Summit Baku 2019» beynəlxalq tədbiri baş tutub
Şuranın dəstəklədiyi layihə yekunlaşıb
Doktoranturaya qəbul qaydaları DƏYİŞDİ
Sadə, təmtəraqsız, qaydalara uyğun – Füzulidə yas mərasimləri
Miqrant alveri edən azərbaycanlılar tutuldu - Almaniyada - SİYAHI
Prezident İlham Əliyev Rusiya nümayəndə heyətini qəbul edib
Bu gün Dünya dini liderlərinin II Bakı Sammiti başlayır
Şəhid qızı: “Mehriban Əliyeva son iki ayda mənə iki böyük yaxşılıq edib”
Bakıda məşhur şirkət haqda şok: təhdid, milyonlar…
Nazirliyin Apellyasiya Şurası Bakı Beynəlxalq Avtovağzal Kompleksində yoxlamaya qərar verdi
“Qala” Taekvondo klubunun idmançıları Tbilisidən iki medalla qayıdıb
Azərbaycanda yağıntıların az olması ilə bağlı bir neçə rayonda su mənbələri ilə bağlı çətinlik olub - Azərsu
Ağdamda məcburi köçkün uşaqlar üçün tibbi aksiya keçirilir
Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.