А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Doğuşu ağırlaşdıran xəstəliklərin adları açıqlanıb

16.10.19 | Bölmə: Cəmiyyət | Baxış: 14 | Yazar: Celilova |
Doğuşu ağırlaşdıran xəstəliklərin adları açıqlanıb
 
 
 
 
 
Azərbaycanda keçən il hamiləliyi başa çatmış qadınların təxminən hər dördündən biri anemiyadan (qan azlığından) əziyyət çəkib.

Anemiya Azərbaycanda doğuşu ağırlaşdıran və hamiləliyi başa çatan qadınlarda rast gəlinən ən əsas xəstəlikdir.

Ötən il 20 527 (2017-ci ildə 22 435) qadında anemiya doğuşu ağırlaşdıran əsas xəstəlik olub. Bu xəstəlik ondan əvvəlki illərdə də doğuşu ağırlaşdıran xəstəliklər sırasında ilk yeri tutub.

Anemiya həm də hamiləliyi başa çatan qadınlarda ən çox rast gəlinən xəstəlikdir. Ötən il 26 851(2017-ci ildə 27 397) hamiləliyi başa çatan qadında anemiya olub.

Azərbaycanda doğuşu ağırlaşdıran xəstəliklər arasında ikinci yeri tutan proteinuriya, ödemlər və hipertenziv hallarına ötən il 4 769 (2017-ci ildə 6 567) qadında rast gəlinib.

Qadınların 1 353-nün (2017-ci ildə 2 679) doğuşunun ağırlaşmasına ciftin ayrılması ilə əlaqədar olan qanaxmalar, 1 437-nə (2017-ci ildə 2 263) venoz fəsadları xəstəlikləri səbəb olub.

Bununla yanaşı, ötən il Azərbaycanda 444 (2017-ci ildə 703) qadının doğuşunun ağırlaşmasına qan dövranı sisteminin xəstəlikləri, 304-nün (2017-ci ildə198) doğuşunun ağırlaşmasına şəkərli diabet səbəb olub.

Ötən il Azərbaycanda tibb müəssisələrində 113 522 (2017-ci ildə 130 830) qadının hamiləliyi başa çatıb ki, onların 105 688-nin (2017-ci ildə 123 078) doğuşu vaxtında, 3 809-nun (2017-ci ildə 4714) doğuşu isə vaxtından əvvəl (28-36 həftə) olub.

Qeyd edək ki, ötən il Azərbaycanda 17 ana ölümü (hamilәlik, doğuş vә zahılıq dövründә) baş verib.

Məlumat üçün əlavə edək ki, anemiya qadınların sağlamlığına, dünyaya gətirdikləri uşaqlarının immun sisteminin zəif olmasına, daha çox infeksiyalara məruz qalmasına, fiziki və intellektual inkişaflarına mənfi təsir göstərir. Buna görə də dəmirlə zəngin qidaların qəbul edilməsi olduqca vacibdir. (Trend)
скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

“Qala” Taekvondo Klubunun 14 illiyinə həsr edilən klublararası yoldaşlıq görüşü keçirilib
Tanınmış jurnalist sayt açdı — Səhhət.az
Miqrasiya orqanlarına qəbul olmaq istəyənlər üçün test imtahanı keçiriləcək
Füzuli məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyasına qoşulublar
Müsavatın
İranda məktəblər bağlandı - SƏBƏB?
“CinemaPlus”da “Ford Ferrariyə qarşı”
Bakıda «HR Summit Baku 2019» beynəlxalq tədbiri baş tutub
Şuranın dəstəklədiyi layihə yekunlaşıb
Doktoranturaya qəbul qaydaları DƏYİŞDİ
Sadə, təmtəraqsız, qaydalara uyğun – Füzulidə yas mərasimləri
Miqrant alveri edən azərbaycanlılar tutuldu - Almaniyada - SİYAHI
Prezident İlham Əliyev Rusiya nümayəndə heyətini qəbul edib
Bu gün Dünya dini liderlərinin II Bakı Sammiti başlayır
Şəhid qızı: “Mehriban Əliyeva son iki ayda mənə iki böyük yaxşılıq edib”
Bakıda məşhur şirkət haqda şok: təhdid, milyonlar…
Nazirliyin Apellyasiya Şurası Bakı Beynəlxalq Avtovağzal Kompleksində yoxlamaya qərar verdi
“Qala” Taekvondo klubunun idmançıları Tbilisidən iki medalla qayıdıb
Azərbaycanda yağıntıların az olması ilə bağlı bir neçə rayonda su mənbələri ilə bağlı çətinlik olub - Azərsu
Ağdamda məcburi köçkün uşaqlar üçün tibbi aksiya keçirilir
Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.