А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
#EVDƏ QAL,EVDƏ QAL,EVDƏ QAL .

Prezident: Son 16 ildə Azərbaycana 270 milyard dollardan çox sərmayə qoyulub

16.10.19 | Bölmə: Son Xəbər » İqtisadiyyat | Baxış: 84 | Yazar: Celilova |
Prezident: Son 16 ildə Azərbaycana 270 milyard dollardan çox sərmayə qoyulub
 
 
 
 
 
 

"Son 16 ildə Azərbaycan iqtisadiyyatı üç dəfədən çox artıb. Ölkəyə 270 milyard dollardan çox sərmayə qoyulub ki, bunun yarısı xarici sərmayədir. Azərbaycan xarici borcu az olan dövlətdir. Azərbaycanın xarici borcu ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. Bu göstəriciyə görə biz dünyada doqquzuncu yerdəyik".

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə çıxışı zamanı deyib. Onun sözlərinə görə, iqtisadi sahədə aparılmış islahatlar beynəlxalq təşkilatlar tərəfindən də təqdir olunur.

"Dünya Bankının 2020-ci il üzrə "Doing Business” hesabatında Azərbaycan ən islahatçı 20 ölkə sırasında yer alıb. Hazırda Azərbaycan Türkiyə iqtisadiyyatına ən çox sərmayə qoyan ölkələrdən biridir. Belə ki, Azərbaycanın Türkiyə iqtisadiyyatına sərmayəsi 15 milyard ABŞ dolları, Türkiyənin Azərbaycan iqtisadiyyatına qoyulan sərmayəsi isə 12 milyard ABŞ dolları təşkil edir.

Tarixən qədim İpək Yolunun üzərində yerləşən ölkələrimiz arasında nəqliyyat sahəsində əməkdaşlıq təbii ki, əsas istiqamətlərdən biridir. Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin fəal iştirakçısıdır. 2017-ci ilin oktyabr ayında istifadəyə verilmiş Bakı-Tbilisi–Qars dəmir yolu tarixi İpək Yolunun bərpasına bizim müştərək töhfəmizdir. Bakı Beynəlxalq Dəniz Limanı 15 milyon ton yük və 100 min konteyner yükaşırma qabiliyyətinə malikdir. Ehtiyac olduğu təqdirdə limanın yükaşırma qabiliyyəti 25 milyon ton yük və 1 milyon konteynerə kimi artırıla bilər".

Dövlət başçısı bildirib ki, Azərbaycan etibarlı tranzit ölkəsi olaraq türkdilli ölkələrin dünya bazarlarına çıxışı üçün səylərini davam etdirir. Belə ki, 2018-ci ildə türkdilli ölkələrdən 8 milyon ton yük Azərbaycan vasitəsilə daşınıb.

"Biz enerji sahəsində əməkdaşlığa böyük əhəmiyyət veririk. Azərbaycan bu sahədə də öz imkanlarını təqdim edir. Mərkəzi Asiyadan olan tərəfdaşlarımızın enerji resurslarının bir hissəsi Azərbaycan vasitəsilə dünya bazarlarına nəql edilir. Biz ölkələrimizə xaricdən turistlərin cəlb edilməsi və ölkələrimiz arasında turist axınını təşviq etmək üçün səylərimizi artırmalıyıq. 2019-cu ilin doqquz ayında Azərbaycana, ümumilikdə, 2 milyon 400 min turist səfər edib ki, onlardan 330 mini türkdilli ölkələrin payına düşür. 2018-ci ilin eyni dövründə isə bu rəqəm 285 min idi".


скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Bakıda kirayə mənzillər bahalaşıb
Aygün Fətullayeva -
Könül İsmayılova LAÇINDAN yazdı
“Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi”nə layihələrin qəbulu başa çatıb...
Azyaşlıların kiçik dünyalarından böyük dünyaya İSMARIŞ - VİDEO
Müəllim olmaq istəyənlərə şad xəbər
Qusar sakinlərinin çoxdan gözlədiyi SƏRƏNCAM
Regionlarda da ictimai nəqliyyat vasitələrində şəffaf arakəsmələr quraşdırılır
“EuroHome”dakı yanğınla bağlı əməliyyat müşavirəsi keçirilib
Tanınmış ifaçı Mehrim Hüseyn yeni mahnısını ictimayyətə təqdim edib
Heydər Əliyevin anadan olmasının 97-ci ildönümüdür
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər - FOTO
Ramil Usubov:
“Peşəkar  fəaliyyətləri ilə insanlara örnək olan FUAD ƏHMƏDOV.”
Vilayət Eyvazov idarə rəislərinə tapşırıqlar verdi - FOTO
Azərbaycanda daha 143 nəfər koronavirusa yoluxub
Prezident İlham Əliyev Heydər Əliyevin doğum günü münasibətilə video paylaşıb - VİDEO
Azərbaycanda koronavirusla bağlı komendant saatı tətbiq edilə bilər
DMX əcnəbilərə göstərdiyə xidmətlərə dəyişiklik etdi
Rusiya koronavirusa yoluxanların sayına görə İranı geridə qoydu
Milli Məclisin növbəti iclasının gündəliyinə 26 məsələ daxildir
Ünvanlı dövlət sosial yardım alanlar üçün MÜHÜM XƏBƏR
190 manat üçün müraciət edənlərin nəzərinə: Cavab gəlməyibsə...
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.