А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Səfər Mehdiyev Yevlaxda qəbul keçirəcək

22.10.19 | Bölmə: Gündəm | Baxış: 108 | Yazar: Celilova |
Səfər Mehdiyev Yevlaxda qəbul keçirəcək
 
 
 
 
 
 
 

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev oktyabrın 25-də saat 11:00-da Yevlax rayon Heydər Əliyev Mərkəzində (Yevlax şəhəri, Nizami pr. 61)Yevlax və Ağdaş rayonlarından olan vətəndaşları qəbul edəcək.

Melumat-merkezi.az xəbər verir ki, həmin gün saat 11:00-da Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov Bərdə şəhərində Yeni Azərbaycan Partiyasının inzibati binasında (Bərdə şəhəri, Heydər Əliyev pr. 84), Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayevisə Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində (Mingəçevir şəhəri, 20 yanvar küç. 172) Bərdə rayonundan və Mingəçevir şəhərindən olan vətəndaşları qəbul edəcək.

Qəbullar zamanı yalnız Yevlax, Ağdaş, Bərdə rayonlarının və Mingəçevir şəhərinin sakinlərinin və bu bölgədə məskunlaşan məcburi köçkünlərin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbullarda iştirak etmək istəyən vətəndaşlar "195" Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqə telefonu: (012) 404-22-00) ilə əlaqə saxlayaraq və ya Komitənin rəsmi internet səhifəsinin "Müraciətlər" və "Virtual qəbul" bölmələrindən daxil olmaqla (https://customs.gov.az/az/muracietler/sedre-mektub/) qəbula elektron qaydada yazıla bilərlər.


скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Ziya Bünyadovun qatilinin qohumu deputat olmaq istəyir — Tariximizə güllə atanların İDDİASI
Çovğun və güclü külək yaxınlaşır
Bəzi məktəblərdə şagirdlər üçün avtobuslar ayrılacaq
Bakıda baş redaktorun evi qarət olundu
İlqar Hüseynli:
Yadigar Sadıqlı kimdir ki?
Koronavirusdan ölənlərin sayı 80-ə, yoxulanların sayı 3 minə çatdı
Bu namizədlərin adının üstünə xətt çəkiləcək - MSK
Türkiyədə yenidən zəlzələ təhlükəsi - Avropada da hiss ediləcək
“Biz Baba Məmmədliyə “yox” deyirik” – Lənkərandan seçici ETİRAZI
Vüqar Bayramovun Füzulidə məhsuldar görüşləri davam edir
“Həkimlərimizi tanıyın!” - Dr.Günay Əhmədova
Milli Məclisə seçkilərlə əlaqədar seçki bülletenlərinin çapına başlandı
Ağsu rayon İcra Hakimiyyətində kadr dəyişikliyi oldu
Bakının bu qəsəbələrinin yolları təmir edilir - 51 km yol asfaltlanıb
Deputatlığa xanım namizədə qarşı təxribat - VİDEO
Azərbaycanda ötən il 2,6% inflyasiya qeydə alınıb
Azərbaycan Prezidenti: Əminəm ki, 2020-ci il də ölkəmiz üçün uğurlu olacaqdır
MSK sədri: “Parlament seçkiləri ilə əlaqədar 2 minə yaxın yerli və xarici müşahidəçi müraciət edib
Qan verək, bir körpəni xilas edək
DGK-nin büdcə daxilolmaları açıqlanıb
Seçici siyahılarının dəqiqləşdirilməsi prosesi başa çatır
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.