Avrasiya Kombat Ciu-Citsu Federasiyasının prezidenti və 1-ci vitse-prezidenti "Beynəlxalq Kombat Cui-Citsu Federasiyası"nın konfransında iştirak ediblər
Avrasiya Kombat Ciu-Citsu Federasiyasının prezidenti və 1-ci vitse-prezidenti "Beynəlxalq Kombat Cui-Citsu Federasiyası"nın konfransında iştirak ediblər.
Regionda fəaliyyət göstərən Avrasiya Kombat Ciu-Citsu Federasiyasının prezidenti Aqil Acalov və federasiyanın 1-ci vitse-prezidenti Rəsul Məmmədov Kievdə keçirilən dünya çempionatı çərçivəsində "Beynəlxalq Kombat Ciu-Citsu Federasiyası" -nın növbəti konfransında iştirak ediblər.
Konfransda federasiyaların gələcəkdə baş tutacaq birgə təqvim planları ilə bərabər regionda Kombat Ciu-Citsu idman növünün inkişafı perspektivləri də müzakirə olunub.
Bununla yanaşı həm də Beynəlxalq Kombat Ciu-Citsu Federasiyasının hakimlər komitəsinin sədri olan Rəsul Məmmədov yeni hakimlərin təyin olunması üçün seminar təşkil edərək onların attestasiyasında iştirak etmiş, həmçinin yeni lisenziya alan hakimləri qaydalarda edilən dəyişikliklərlə tanış etmişdir.
Aqil Acalov tədbirdə iştirak üçün iyirmi müxtəlif ölkədən təşrif buyuran nümayəndə heyətinə son bir ildə regionda keçirilən seminarlar və digər idman tədbirləri, habelə əldə olunan müsbət nəticələrlə bağlı məlumat vermişdir.
......... xəbər verir ki, 20 ölkədən 345 idmançının iştirak etdiyi çempionatda yarışlar güləş, tamkontaktlı döyüş və özünümüdafiə olmaqla üç kateqoriyada keçirilib.
Azərbaycan Respublikasının Əməkdar məşqçisi Rəsul Məmmədovun rəhbərliyi ilə ölkəmizin yığması bu tədbirdə 5 nəfərlik heyətlə iştirak edib.
"Güləş” kateqoriyasında 16-17 yaşlı idmançılar arasında yarışlarda Fidan Yusifova (60 kq) və Yasər Əhədli (60 kq) qızıl medal qazanıblar. Tamkontaktlı döyüş yarışlarında da çıxış edən Yasər Əhədli bu döyüşdən gümüş medal qazanıb. Eyni kateqoriyada çıxış edən Zaur Məmmədov bürünc medalla kifayətlənməli olub.
Yaşlı idmançıların yarışlarında "Güləş” və "Özünümüdafiə” kateqoriyalarında çıxış edən Vüqar Cəfərov (77 kq) hər iki kateqoriyada bürünc medala layiq görülüb.
92 kq çəki dərəcəsində "Güləş” kateqoriyasında çıxış edən Ramin Kazımov da bürünc medal qazanıb.
Beləliklə, 7 medal qazanmış Azərbaycan yığması ümumi komanda hesabında üçüncü yeri tutaraq dünya çempionatının komanda kuboku ilə təltif edilib.
Yarışın və konfransın sonunda Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyev Azərbaycan komandasının üzvləri ilə görüşərək əldə etdiyi nəticələrə görə onları təbrik etmiş, ölkəmizi sərhədlərimizdən kənarda da layiqincə təmsil etdikləri üçün öz minnətdarlığını bildirmiş və onlara gələcəkdə də uğurlar arzulamışdır.
Onu da qeyd edək ki, yarışda Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşları fəal iştirak edərək idmançılarımız üçün əllərindən gələn dəstəyi əsirgəməmiş və onlara mənəvi dayaq olmuşlar.
Onu da qeyd edək ki, NESS (Norton Enterprises Support Services) şirkəti tərəfindən Azərbaycan idmançılarının dünya çempionatında iştirakına xüsusi dəstək göstərilmişdir.
(səs: 0)
Oxşar:
Bölmə: İdman
Bölmə: İdman
Şərhlər:
Köşə:
Uşaq götürmək də asanlaşır
18.02.19 | Köşə
Qələbə tariximizi özümüz yazmalıyıq...
30.03.18 | Köşə
Reklam:

Xəbər Lenti:
Neftçi İK Ağsu komandası qələbə qazandı
22.02.21 | İdman
İnsanlara inteqrativ tibb həkimlərindən online konsultasiya qrupu yaradıldı və ödənişsiz insanlara kömək edilir.
22.02.21 | Xəbər Lenti
Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin əməkdaşlarının həmmüəllifliyi ilə hazırlanmış məqalə beynəlxalq xülasələndirmə və indeksləmə sisteminə daxil olan “Springer” nəşriyyatında çap olunmuşdur
19.01.21 | İqtisadiyyat
Azərbaycanın MDB ölkələrinə ixracı artıb
09.01.21 | Son Xəbər » İqtisadiyyat
Sosial şəbəkə hesabları bağlanan Trampa “VKontakte” və “Odnoklassniki” yer təklif etd
09.01.21 | Xarici xəbərlər
Koronavirusla bağlı SON STATİSTİKA
09.01.21 | Cəmiyyət
Utancverici medal davası
29.12.20 | Cəmiyyət
İlin ən fəal gənci
28.12.20 | Xəbər Lenti
Bu Qələbə gözlənilən idi
24.12.20 | Cəmiyyət
“Xocalıda onlarla birgə yaşamaq bizim üçün çətin olacaq, amma...” - Milli Qəhrəmanın oğlu
07.12.20 | Cəmiyyət
Şəfəq Məmmədova: “26 illik pedaqoji fəaliyyət dönəmində şagirdlərimə biliklə yanaşı, vətənpərvərliyi də aşılayıram”
26.11.20 | Cəmiyyət
Prezident İlham Əliyev: Biz dayanırıq, qarşı tərəf də dayanmalıdır, dayanmasa, biz də dayanmayacağıq