А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Bakıda məşhur şirkət haqda şok: təhdid, milyonlar…

14.11.19 | Bölmə: Son Xəbər » Cəmiyyət | Baxış: 21 | Yazar: Celilova |
Bakıda məşhur şirkət haqda şok: təhdid, milyonlar…
 
 
 
 
 
 
 
"Holcim Azərbaycan” ASC-də distributorlara külli miqdarda ziyan vurulması və dəymiş zərərin ödənilməməsi ilə bağlı saytımıza müraciət daxil olub.
 
Melumat-merkezi.az  axar.az-a istinadla xəbər verir ki, müraciətdə şirkətin Marketinq, satış və logistika üzrə direktoru Anar İsmayılovla ölkə satış meneceri Elnur Qurbanovun distributorlara külli miqdarda ziyan vurduğu iddia edilib.
 
Məlumata görə, 2018-ci ilin avqustunda zavod direktoru Frederik Guimbal, Anar İsmayılov, Elnur Qurbanov və distributorlar arasında keçirilmiş görüşdə satış sisteminin dəyişdiyi, bundan sonra icra olunmuş plana görə bonus hesablanmayacağı deyilib.
Bununla da distributorlara xeyli maddi ziyan vurulub. Sonradan məlum olub ki, Anar İsmayılov və Elnur Qurbanov həmin məbləği özləri mənimsəyib.
 
Anar İsmayılov
 
İddiaya görə, daha sonra distributorlara aşağıdakı vasitələrlə daha ciddi maddi ziyanlar vurulub:
 
– 2019-cu ilin aprel və iyun aylarında rəqib zavodlarla eyni qiymətə mal satılıb və distributorlara əvəzi ödəniləcəyi vəd edilsə də, ödənilməyib.
– Anar İsmayılov 2019-cu ilin avqust ayında distribyutorlarla görüşmüş və dəymiş ziyanın məbləğini müəyyən edərək ödəniləcəyinə söz vermiş, lakin sonda ödənməmişdir. Ümumilikdə distribyutorlara dəymiş ziyanın məbləği 832 891 azn təşkil edir.
 
Məsələ ilə bağlı daha bir sensasion məqam isə işə kriminal dəstə üzvlərinin qarışmasıdır. Məlumata görə, adları açıqlanmayan dəstə üzvləri distributorları silahla təhdid edərək, dəymiş ziyanın ödənilməyəcəyini bildiriblər. Lakin distribyutorlar isə Azərbaycan Respublikasının oğru qanunları ilə deyil, dövlət qanunları ilə idarə olunduğunu bildirmişlər.
 
Müraciətdə qeyd edilib ki, Anar İsmayılovun bu çirkin əməlləri barədə sonradan zavod direktoru olan Frederik Guimbala da ətraflı məlumat verilib. Lakin Frederik Guimbal işə laqeyd yanaşıb.
 
Frederik Guimbal
 
Məsələ ilə bağlı "Holcim Azərbaycan” ASC-dən bildirilib ki, sözügedən iddialarla bağlı rəsmi sorğuya cavab veriləcək.
 
Xatırladaq ki, "Holcim Azərbaycan”la bağlı şikayətlər, narazılıqlar təkcə distributorlara bağlı deyil.
 
Zavod səhmdarların dividentlərini verməkdən imtina edir və bu, böyük narazılığa səbəb olub. Hətta bir neçə gün əvvəl səhmdarlar aksiya da keçiriblər . Onlar bölüşdürülməmiş 94 885 000 manat dividenti tələb edirlər.
 
Qeyd edək ki, "Holcim Azerbaijan” (Qaradağ Sement zavodu) 2000-ci ildə yaradılıb və ölkənin ən iri sement istehsalçısıdır. Onun nizamnamə kapitalı 31 812 880 manatdır. Şirkətin səhmlərinin 86%-i İsveçrənin "Lafarge Holcim” və "Holcim Auslandbeteiligungs GmbH.” şirkətlərinə (müvafiq olaraq 76% və 10%), 14%-i isə fiziki şəxslərə məxsusdur.

скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Füzulinin icra başçısı Aşağı Yağlıvənd kəndində sakinlərlə görüşüb
Kirayə evlərin necə satılacağı məlum oldu
Əhalinin təbii artımı azalır
Acizlikdən qara piara başlayanlar...
“Yeni ilə iPhone ilə” əmanət kampaniyası davam edir
Azərbaycanda kadr ehtiyatı bankı yaradılacaq
Xalq artisti Əlibaba Məmmədov Mehriban Əliyevaya: Siz bizim xalqımızın sevimlisisiniz, bu adı qazanmaq böyük bir şərəfdir
Bakıda Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş elmi-praktik konfrans keçiriləcək
“Qala” Taekvondo klubunun komandasının növbəti uğuru...
Qobustan rayon polis şöbəsində yeni təyinat olub
Vilayət Eyvazov onu rəis təyin etdi
Azərbaycan Turizm Assosiasiyası (AzTa) Les Roches və Glion Beynəlxalq Turizm Universitetləri arasında əməkdaşlıq haqqında Memorandum imzalandı
Məktəb psixoloqları üçün imtahan keçiriləcək
Turizm sahəsinə vergi güzəştləri tətbiq ediləcək
SABAHDAN BAŞLAYIR - Dekabrın 22-dək...
Sabahdan Azərbaycana idxal edilən avtomobil benzininə 15% gömrük rüsumu tətbiq ediləcək
Bəzi bağçalarda nöqsanlar aşkarlanıb
Sosial evlərlə bağlı qərar verildi
Bakıda bir ailənin dörd üzvü zəhərləndi
Sabah hava necə olacaq?
Azərbaycanda Milli Məclis buraxıldı
Təhsil şirkətlərinin aldatdığı tələbələr
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.