А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Sadə, təmtəraqsız, qaydalara uyğun – Füzulidə yas mərasimləri

14.11.19 | Bölmə: Cəmiyyət | Baxış: 52 | Yazar: Celilova |
Sadə, təmtəraqsız, qaydalara uyğun – Füzulidə yas mərasimləri
 
 
 
 
 
 
 

 2014-cü ilin avqust ayından etibarən Füzuli rayonunda yas mərasimləri, ehsan süfrələri təmtəraqdan uzaq, islami qaydalara uyğun, sadə və israfsız keçirilir. Rayonda ehsan süfrələrində çay, qənd, halva, yuxa, xurma, su və limon verilməsi məqsədəuyğun sayılır. Yas mərasimlərində israfçılığın qarşısının alınması, ehsan süfrələrinin sadə, islami qaydalara uyğun keçirilməsi rayon ictimaiyyəti tərəfindən müsbət qarşılanır.

Füzuli RİH-dən Melumat-merkezi.az-a verilən məlumata görə, əgər əvvəllər yas sahibi  3, 7, 40 və cümə axşamları üçün orta hesabla 6-8 min manat pul xərcləməli olurdusa, hazırda ehsan məclislərini orta hesabla 600-800 manatla yola vermək olur. Ehsan məclislərinin təmtəraqdan uzaq, israf etmədən keçirilməsi sadə vətəndaşları maddi cəhətdən də rahatladır. 

Rayonun imamı Nəriman Nəsirov deyir ki, 2014-cü ildən hal-hazıra kimi rayonun ərazisində 1400-dən çox  yas mərasimi olub ki, həmin mərasimlərdə ehsan süfrələri sadə, israfçılıqdan uzaq islami qaydalara uyğun keçirilib. Nəticədə orta hesabla rayonda  10 milyon manata yaxın vəsaitə qənaət olunub ki, həmin vəsaiti vətəndaşlar digər sosial problemlərinə sərf ediblər.   

Rayon sakinləri bildirirlər ki, ehsan süfrələrinin sadə, təmtəraqdan uzaq keçirilməsi ilə onlara əvvəlki kimi maddi zərər vurmur, banklara, kredit təşkilatlarına borclu qalmalarına səbəb olmur. Rayonda ehsan məclislərindən toplanan vəsaitlə vətəndaşlar həm yas mərasimlərini yola verir, həm də mərhumun dəfn olunması, qəbirüstü abidəsinin düzəldilməsi və qəbrin götürülməsi kimi işlərini də yerinə yetirirlər.

Füzuli rayonunda ehsan süfrələrinin sadə, islami qaydalara uyğun, israfçılıqdan kənar keçirilməsi  ərazidə aparılan dini maarifləndirmə işləri və bu məsələ ilə bağlı dini hökmlərin tələblərinin əhaliyə düzgün izah olunması ilə mümkün olmuşdur. Bu məsələdə xüsusilə rayonun din xadimləri, ağsaqqallar və ziyalılar insanları dini yöndən maarifləndirir, əhali arasında dini təbliğat işləri aparırlar. 

 

скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Füzulinin icra başçısı Aşağı Yağlıvənd kəndində sakinlərlə görüşüb
Kirayə evlərin necə satılacağı məlum oldu
Əhalinin təbii artımı azalır
Acizlikdən qara piara başlayanlar...
“Yeni ilə iPhone ilə” əmanət kampaniyası davam edir
Azərbaycanda kadr ehtiyatı bankı yaradılacaq
Xalq artisti Əlibaba Məmmədov Mehriban Əliyevaya: Siz bizim xalqımızın sevimlisisiniz, bu adı qazanmaq böyük bir şərəfdir
Bakıda Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş elmi-praktik konfrans keçiriləcək
“Qala” Taekvondo klubunun komandasının növbəti uğuru...
Qobustan rayon polis şöbəsində yeni təyinat olub
Vilayət Eyvazov onu rəis təyin etdi
Azərbaycan Turizm Assosiasiyası (AzTa) Les Roches və Glion Beynəlxalq Turizm Universitetləri arasında əməkdaşlıq haqqında Memorandum imzalandı
Məktəb psixoloqları üçün imtahan keçiriləcək
Turizm sahəsinə vergi güzəştləri tətbiq ediləcək
SABAHDAN BAŞLAYIR - Dekabrın 22-dək...
Sabahdan Azərbaycana idxal edilən avtomobil benzininə 15% gömrük rüsumu tətbiq ediləcək
Bəzi bağçalarda nöqsanlar aşkarlanıb
Sosial evlərlə bağlı qərar verildi
Bakıda bir ailənin dörd üzvü zəhərləndi
Sabah hava necə olacaq?
Azərbaycanda Milli Məclis buraxıldı
Təhsil şirkətlərinin aldatdığı tələbələr
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.