"Qala " Taekvondo Klubunun 5 idmançısı Azərbaycan çempionatında uğur qazanıb
"Qala " Taekvondo Klubunun idmançıları 2019-cu ildə bir sıra uğurlara imza atıb. Klub idmançıları il boyu bir sıra beynəlxalq və yerli əhəmiyyətli turnirlərdə iştirak edərək yuksək nəticələr qazanıblar. Dekabrın 24-28 arasında keçirilən Azərbaycan Çempionatında da klub idmançıları fərqləniblər. Respublikanın əməkdar məşqçisi, dördüncü dan qara kəmər Ramil Həsənovun və tanınmış idman ustası Fatma Əliyevanın yetirmələri Azərbaycan çempionatında tatami üzərinə çıxıblar. Yeniyetmələr arasında klubun idmançıları Mircəfər Cabbarov və Nihad Cavadlı III yerə layiq görülərək respublika
üçuncusu olublar. Gənclərin Respublika çempionatının ilk günündə isə Xanmurad Süleymanov III, ikinci günü isə Elmir İsmayıl zadə II, Rəvan Məmmədzadə III yer qazanıblar.
Yetirmələrinin nailiyyətindən razı qalan "Qala " Taekvondo Klubunun rəhbəri Ramil Həsənov bildirdi ki, yetirmələri səy göstərərək respublika II və III olmağı bacarıblar..."Mən yetirmələrinin nəticələrindən narazı deyiləm. Hesab edirəm ki, gələcəkdə onlar daha böyük nailiyyətlərə imza atacaqlar "-deyə R.Həsənov bildirdi.
İradə SARIYEVA
(səs: 0)
Oxşar:
Şərhlər:
Köşə:
Uşaq götürmək də asanlaşır
18.02.19 | Köşə
Qələbə tariximizi özümüz yazmalıyıq...
30.03.18 | Köşə
Reklam:

Xəbər Lenti:
Azərbaycanın MDB ölkələrinə ixracı artıb
09.01.21 | Son Xəbər » İqtisadiyyat
Sosial şəbəkə hesabları bağlanan Trampa “VKontakte” və “Odnoklassniki” yer təklif etd
09.01.21 | Xarici xəbərlər
Koronavirusla bağlı SON STATİSTİKA
09.01.21 | Cəmiyyət
Utancverici medal davası
29.12.20 | Cəmiyyət
İlin ən fəal gənci
28.12.20 | Xəbər Lenti
Bu Qələbə gözlənilən idi
24.12.20 | Cəmiyyət
“Xocalıda onlarla birgə yaşamaq bizim üçün çətin olacaq, amma...” - Milli Qəhrəmanın oğlu
07.12.20 | Cəmiyyət
Şəfəq Məmmədova: “26 illik pedaqoji fəaliyyət dönəmində şagirdlərimə biliklə yanaşı, vətənpərvərliyi də aşılayıram”
26.11.20 | Cəmiyyət
Prezident İlham Əliyev: Biz dayanırıq, qarşı tərəf də dayanmalıdır, dayanmasa, biz də dayanmayacağıq
Ekspress avtobuslar belə işləyəcək
17.10.20 | Cəmiyyət