А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Azərbaycan Prezidenti: Əminəm ki, 2020-ci il də ölkəmiz üçün uğurlu olacaqdır

14.01.20 | Bölmə: Son Xəbər » İqtisadiyyat | Baxış: 52 | Yazar: Celilova |
Azərbaycan Prezidenti: Əminəm ki, 2020-ci il də ölkəmiz üçün uğurlu olacaqdır
 
 
 
 
 
 
 

Azərbaycanda mövcud olan sabitlik, beynəlxalq mövqelərimizin möhkəmlənməsi, ölkəmizdə keçirilmiş beynəlxalq tədbirlər turizmin inkişafına xidmət göstərir.

Melumat-merkezi.az xəbər verir ki, bunu yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə giriş nitqində deyib.

Dövlət başçısı bildirib:

"Keçən il TANAP qaz kəməri istismara verildi. Hesab edirəm ki, bu, tarixi nailiyyətdir. Çünki TANAP Cənub Qaz Dəhlizinin əsas hissəsidir. Məhz 2012-ci ildə TANAP üzrə imzalanmış sazişdən sonra "Şahdəniz-2” qaz-kondensat yatağının işlənilməsi üçün sanksiya verilmişdir. Əgər TANAP imzalanmasaydı, "Şahdəniz-2”nin işlənilməsi başlamayacaqdı və bu gün biz bu əlavə qaz həcmini əldə edə bilməyəcəkdik. Bu, böyük problemlər yarada bilərdi. Ona görə həm TANAP üzrə sazişin imzalanması, həm də bu qaz kəmərinin vaxtından əvvəl istismara verilməsi və nəzərdə tutulmuş vəsaitə çox böyük qənaət edilməsi doğrudan da böyük tarixi nailiyyətimizdir. Cənub Qaz Dəhlizinin qalan dördüncü layihəsi də uğurla icra edilir. TAP layihəsinin icra səviyyəsi 90 faizi keçibdir. Əminəm ki, biz bu il TAP-ın istismara verilməsini də nəzərdə tutulmuş vaxtda qeyd edəcəyik.

Bir məsələni də diqqətə çatdırmaq istəyirəm. Bu da o məsələdir ki, görülmüş bütün işlər, o cümlədən beynəlxalq arenadakı mövqelərimiz, bir çox ölkələrlə dostluq münasibətlərimizin qurulması, ölkəmizdə hökm sürən sabitlik və əmin-amanlıq - bütün bunlar turizmin inkişafına böyük təkan vermişdir. Çünki mən dəfələrlə demişəm ki, turizmin inkişafı yalnız tarixi abidələrlə, yaxud da hansısa diqqəti, marağı cəlb edən məsələlərlə məhdudlaşmır. Bugünkü dünyada elə bir bölgə yoxdur ki, orada problem olmasın, özü də çox ciddi problem. Qeyd etdiyim kimi, müharibələr, qarşıdurmalar, çevrilişlər, kütləvi etirazlar, polis zorakılığı, insan haqlarının tapdalanması - əlbəttə, o ölkələrdə ki, dediyim bütün bu mənzərə mövcuddur, orada turist axını da tənəzzülə uğrayır.

Azərbaycanda mövcud olan sabitlik, beynəlxalq mövqelərimizin möhkəmlənməsi, ölkəmizdə keçirilmiş beynəlxalq tədbirlər turizmin inkişafına xidmət göstərir. Ötən il turistlərin səfərləri rekord həddə çatıb – 3 milyon 170 min xarici qonaq ölkəmizə gəlmişdir. Mənə verilən məlumata görə, təkcə bank kartları ilə xarici turistlər Azərbaycanda 1 milyard 260 milyon manat pul xərcləmişlər. Ancaq bütövlükdə nəzərə almalıyıq ki, gələn turistlər əsasən qonşu ölkələrdəndir və bizdə olduğu kimi, orada da hələ ki, nağd hesablaşmalar üstünlük təşkil edir. Ümumi hesablama göstərir ki, xarici turistlər Azərbaycanda bütövlükdə 4,3 milyard manat pul xərcləyiblər. Mən bunu manatla deyirəm, amma, əslində, bu, valyutadır. Bu valyuta, eyni zamanda, bir növ ixrac növüdür. Bizim makroiqtisadi vəziyyətimizin sabit olmasında da bunun çox böyük rolu var. Əlbəttə, biz əsas valyutanı neft-qaz satışından qazanırıq. Halbuki qeyri-neft sektorunda ixracın 14 faiz artması indi bu sektordan da valyuta axınını təmin edir. Turizmin inkişafı bundan sonra da diqqət mərkəzində olacaqdır.

Beləliklə, əlbəttə ki, 2019-cu ildə əldə edilmiş uğurlar haqqında saatlarla danışmaq olar. Mən, sadəcə olaraq, Azərbaycan vətəndaşlarına əsas hesab etdiyim məsələləri çatdırdım. Bir daha demək istəyirəm ki, biz 2020-ci ildə bu uğurlar yolu ilə gedəcəyik. Əminəm ki, 2020-ci il də ölkəmiz üçün uğurlu olacaqdır".


скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Soyqırımın ildönümü Füzulidə də qeyd olunur
Mərkəzi Gömrük Hospitalında “Kolorektal cərrahiyyədə müasir yanaşmalar” mövzusunda seminar keçirilib
Yeni parlamentin qadın deputatları... - Siyahı
İlham Əliyev Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərini qəbul edib
Daha 7 seçki dairəsi üzrə LİDER NAMİZƏDLƏR müəyyənləşdi
Ağsu İdman Komleksinin direktoru Elnur Alıyev yeni vəzifəyə təyin olundu
MSK-dan seçkiylə bağlı AÇIQLAMA
Sabahın HAVA PROQNOZU
Milli Məclis məlumat yaydı: Oqtay Əsədovun səhhətində heç bir problem yoxdur
ABŞ şirkəti “exit-poll” un nəticələrini açıqladı: SİYAHI
Azərbaycanın bu bölgələrinə güclü qar yağıb - FAKTİKİ HAVA
Təhlükəsizlik kameralarının üzərinin örtülməsinin səbəbi AÇIQLANDI
Çində koronavirus epidemiyasından ölənlərin sayı 813-ə çatıb
Azərbaycanda məntəqə sədri müşahidəçini döydü
ATƏT PA-nın müşahidə missiyasının üzvü: İndiyədək hər şey qaydalara uyğun şəkildə həyata keçirilib
Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr
ATƏT-in müşahidəçisi: İndiyədək hər hansı qayda pozuntusu ilə rastlaşmamışam
Külək məktəbin damını uçurdu
Şimal regionunda 5600-ə yaxın yerli və xarici müşahidəçi seçkiləri izləyi
Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva 6 saylı seçki məntəqəsində səs veriblər
Könül İsmayılovanın uğurlu seçki kampaniyası
Seçki günü “ASAN xidmət” işləməyəcək
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.