А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Bakının bu qəsəbələrinin yolları təmir edilir - 51 km yol asfaltlanıb

27.01.20 | Bölmə: Cəmiyyət | Baxış: 15 | Yazar: Celilova |
Bakının bu qəsəbələrinin yolları təmir edilir - 51 km yol asfaltlanıb
 
 
 
 
 
 

2019-cu il ərzində Bakı şəhərinin Xəzər rayonunun Binə, Buzovna, Qala, Mərdəkan, Şağan, Şüvəlan, Türkan və Dübəndi qəsəbələrində 51 km uzunluğunda olan 27 küçə və yola asfalt-beton örtüyü döşənib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Melumat-merkezi.az-a verilən məlumata görə, asfaltlanan ərazinin sahəsi 350 min kv.m-dən çoxdur.

Qeyd edək ki, dövlət başçısı tərəfindən imzalanan sərəncama əsasən, Bakı şəhəri Xəzər rayonu Binə, Buzovna, Qala, Mərdəkan, Şağan, Şüvəlan və Türkan qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədi ilə ilkin olaraq 3 mln.manat ayrılıb.

Sərəncam çərçivəsində, agentlik tərəfindən hazırda Xəzər rayonunun Binə, Buzovna, Qala, Mərdəkan, Şağan, Şüvəlan və Türkan qəsəbələri ərazisində ümumi uzunluğu 20 km-ə yaxın daxili küçə və yollarda əsaslı təmir işləri həyata keçirilir. Ümumilikdə təmir işlərinin əhatə etdiyi sahə 100 min kv.m-dən çoxdur.

Təmir işləri əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda aparılır.

Bu Mərdəkan qəsəbəsi üzrə Yesenin küçəsi 1-ci dalan, R.Qasımov və B.Əliyev küçələri, Qala qəsəbəsi üzrə 323 N-li məktəbin yolu, Qala kənd yolu və "Çörək zavodu” yolu, Şüvəlan qəsəbəsi üzrə "Talışlar məhəlləsi” adlanan ərazinin yolu, Binə qəsəbəsi üzrə İ.Əhmədov küçəsi (parkın ətraf ərazisi), Bünyadzadə küçəsi (117 N-li məktəbin qarşısı), Nizami və Babək küçələri, Buzovna qəsəbəsi üzrə M.Maqomayev küçəsi, Türkan qəsəbəsi üzrə "Üzümçülük sovxozu” adlanan əarzinin əsas küçəsi, Şağan qəsəbəsi üzrə H.Məmmədbəyli, M.Hüseynzadə, Qazmaçılar və Q.Almaszadə küçələrinin kəsişmələri, həmçinin sadalanan küçə və yollara birləşən dalan, döngə və yollarda da təmir işləri görülür.

Aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə köhnə örtük sökülür və yararsız qrunt qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirilir. Daha sonra yeni asfalt-beton örtüyü döşənir.

Tikinti norma və standartlarına uyğun şəkildə aparılan işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin şəxsi nəzarəti altındadır. İşlərin vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Qeyd olunan ərazilərdə təmir işlərinin həcmi ilkin olaraq ayrılmış vəsait hesabına aparılır. Növbəti mərhələlərdə ayrılan vəsaitə uyğun olaraq, sözügedən qəsəbələr üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da təmir işlərinin aparılması nəzərdə tutulur.


скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Soyqırımın ildönümü Füzulidə də qeyd olunur
Mərkəzi Gömrük Hospitalında “Kolorektal cərrahiyyədə müasir yanaşmalar” mövzusunda seminar keçirilib
Yeni parlamentin qadın deputatları... - Siyahı
İlham Əliyev Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərini qəbul edib
Daha 7 seçki dairəsi üzrə LİDER NAMİZƏDLƏR müəyyənləşdi
Ağsu İdman Komleksinin direktoru Elnur Alıyev yeni vəzifəyə təyin olundu
MSK-dan seçkiylə bağlı AÇIQLAMA
Sabahın HAVA PROQNOZU
Milli Məclis məlumat yaydı: Oqtay Əsədovun səhhətində heç bir problem yoxdur
ABŞ şirkəti “exit-poll” un nəticələrini açıqladı: SİYAHI
Azərbaycanın bu bölgələrinə güclü qar yağıb - FAKTİKİ HAVA
Təhlükəsizlik kameralarının üzərinin örtülməsinin səbəbi AÇIQLANDI
Çində koronavirus epidemiyasından ölənlərin sayı 813-ə çatıb
Azərbaycanda məntəqə sədri müşahidəçini döydü
ATƏT PA-nın müşahidə missiyasının üzvü: İndiyədək hər şey qaydalara uyğun şəkildə həyata keçirilib
Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr
ATƏT-in müşahidəçisi: İndiyədək hər hansı qayda pozuntusu ilə rastlaşmamışam
Külək məktəbin damını uçurdu
Şimal regionunda 5600-ə yaxın yerli və xarici müşahidəçi seçkiləri izləyi
Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva 6 saylı seçki məntəqəsində səs veriblər
Könül İsmayılovanın uğurlu seçki kampaniyası
Seçki günü “ASAN xidmət” işləməyəcək
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.