А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Mikayıl Cabbarov: Azərbaycan Davos İqtisadi Forumunun Regional mərkəzinin yaradılacağı nadir ölkələrdəndir

29.01.20 | Bölmə: İqtisadiyyat | Baxış: 196 | Yazar: Celilova |
Mikayıl Cabbarov: Azərbaycan Davos İqtisadi Forumunun Regional mərkəzinin yaradılacağı nadir ölkələrdəndir
 
 
 
 
 

Dünya İqtisadi Forumu unikal bir platformadır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Dünya İqtisadi Forumuna hər il dəvət alan və xüsusi sessiyalarda iştirak edən dünya liderləri sırasındadır.

Trend-in məlumatına görə, bunu İctimai Televiziyada "Diqqət mərkəzində" verilişində qonaq olan İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, Azərbaycan iqtisadi maraqlar prizmasından dayanıqlı inkişaf məqsədlərini əsas götürərək Davos Forumunun işindən maksimal dərəcədə faydalanmağa çalışır:

"Bu, həmin formatda bir sıra səbəblərə görə mümkün olur. Birincisi ona görə ki, forumda dünya biznes liderləri, regiona marağı olan şirkətlərin, beynəlxalq inkişaf qurumlarının rəhbərləri, nümayəndə heyətləri iştirak edir. Forum çərçivəsində keçirilən istər ikitərəfli, istərsə də çoxtərəfli görüşlərdə, müzakirələrdə, sessiyalarda bu və ya digər ölkələrin iqtisadiyyatı ilə bağlı birbaşa müzakirələr aparılır, vacib və mühüm investisiya layihələri təqdim edilir. Bir sözlə, qərarlar qəbul edilir və rəy formalaşır. Ona görə də düşünürəm ki, ölkəmiz üçün Dünya İqtisadi Forumunun əsas əhəmiyyəti məhz bu imkanlardan mümkün qədər geniş istifadə etməkdir".

M.Cabbarov qeyd edib ki, Azərbaycan Davos İqtisadi Forumunun Regional mərkəzinin yaradılacağı nadir ölkələrdəndir:

"Biz dördüncü sənaye inqilabı dövründə yaşayırıq. Bu, iqtisadi, o cümlədən sosial həyatın transformasiyasına təsir edir. Digər tərəfdən dövlətin qarşısına yeni çağırışlar çıxır. İqtisadiyyatın rəqəmsallaşması, innovasiyalar və süni intellekt sahələrinin, habelə yeni iqtisadi sektorların inkişaf etdirilməsi, vətəndaşların bu sahələrdə zəruri olan bilik və bacarıqlarının artırılması istiqamətində müvafiq dövlət siyasətinin həyata keçirilməsini tələb edir. Bununla yanaşı, innovativ düşüncəni, innovativ biznesi təşviq edən ekosistemin yaradılması əsas məsələlərdəndir. Davos İqtisadi Forumunun təsisçisi Klaus Martin Şvab da yüksək potensiala malik olan, sözügedən sahələrin vacibliyini dərk edən və bunu öz daxili siyasətlərində təşviq edən ölkələrlə əməkdaşlıq təşəbbüsü ilə çıxış etdi. Azərbaycan həqiqətən də bu sənədin imzalandığı nadir ölkələrdəndir. Bu sənədin çərçivəsi ondan ibarətdir ki, növbəti aylar ərzində mərkəzlə Azərbaycanın müvafiq strukturları və qurumları arasında müzakirələr aparılacaq. Müzakirələrin nəticəsi olaraq ölkəmizdə dördüncü sənaye inqilabı çərçivəsində prioritet sahə kimi müəyyənləşmiş rəqəmsal ticarətin inkişaf etdirilməsi, genişləndirilməsi, bu sahədə layihələrin ortaya qoyulması, dövlət siyasətinin tətbiqi yoxlanılacaq".

İqtisadiyyat naziri əlavə edib ki, bu mərkəz bölgədə ilk dəfə yaradılır:

"Bölgə dedikdə, mən Xəzəryanı ölkələri, Orta Asiya və Cənubi Qafqazda yerləşən ölkələri nəzərdə tuturam. Bu məsələnin vacibliyinə toxunsaq, ilk növbədə onu vurğulamaq lazımdır ki, ölkəmizdə innovativ iqtisadiyyatın inkişafı prioritet sahələrdən biri kimi qeyd edilib. Cənab Prezidentin müvafiq qərarı ilə startap sahəsində ixtisaslaşmış təşkilat və Prezident Administrasiyasında bu məsələlərə cavabdeh olan Azərbaycan Respublikası Prezidentinin köməkçisi - İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri vəzifəsi təsis edilib. Bu, dövlətin bu sahəyə verdiyi önəmin aydın göstəricisidir".


скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Azərbaycan dövləti iqtisadiyyatda baş verə biləcək neqativ tendensiyaları layiqli qarşılamaq üçün zəruri maliyyə imkanlarına malikdir
“Coca-Cola” ASAN könüllü xanımları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib
Bill & Melinda Gates Foundation, Wellcome və Mastercard COVID-19 mualicəsinin əlçatanlığının sürətləndirməsi təşəbbüsünə qoşuldular
Valideynlərini itirmiş şəxslərin magistratura xərclərini dövlət ödəyəcək
Ağsuda Bədən Tərbiyəsi və İdman Günü qeyd olunub
Bakı şəhər açıq birinciliyində “Qala” Taekvondo klubunun idmançıları ikisi qızıl olmaqla üç medal qazanıb
Soyqırımın ildönümü Füzulidə də qeyd olunur
Mərkəzi Gömrük Hospitalında “Kolorektal cərrahiyyədə müasir yanaşmalar” mövzusunda seminar keçirilib
Yeni parlamentin qadın deputatları... - Siyahı
İlham Əliyev Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərini qəbul edib
Daha 7 seçki dairəsi üzrə LİDER NAMİZƏDLƏR müəyyənləşdi
Ağsu İdman Komleksinin direktoru Elnur Alıyev yeni vəzifəyə təyin olundu
MSK-dan seçkiylə bağlı AÇIQLAMA
Sabahın HAVA PROQNOZU
Milli Məclis məlumat yaydı: Oqtay Əsədovun səhhətində heç bir problem yoxdur
ABŞ şirkəti “exit-poll” un nəticələrini açıqladı: SİYAHI
Azərbaycanın bu bölgələrinə güclü qar yağıb - FAKTİKİ HAVA
Təhlükəsizlik kameralarının üzərinin örtülməsinin səbəbi AÇIQLANDI
Çində koronavirus epidemiyasından ölənlərin sayı 813-ə çatıb
Azərbaycanda məntəqə sədri müşahidəçini döydü
ATƏT PA-nın müşahidə missiyasının üzvü: İndiyədək hər şey qaydalara uyğun şəkildə həyata keçirilib
Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.