А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

30 yanvar 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalında Gömrük əməkdaşlarının peşə bayramına həsr olunmuş tədbir keçirilib

01.02.20 | Bölmə: Cəmiyyət | Baxış: 31 | Yazar: Celilova |
30 yanvar 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalında Gömrük əməkdaşlarının peşə bayramına həsr olunmuş tədbir keçirilib
 
 
 
 
 

30 yanvar 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalında Gömrük əməkdaşlarının peşə bayramına həsr olunmuş tədbir keçirilib.

 

Tədbiri giriş sözü ilə açan DGK Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov ilk öncə kollektivi peşə bayramı münasibəti ilə təbrik edib və Ulu öndərin siyasətinin layiqli davamçısı möhtərəm Prezident cənab İlham Əliyevin verdiyi tapşırıqlar əsasında hal-hazırda gömrük orqanlarında həyata keçirilən köklü islahatlar barədə ətraflı məlumat verib.

 

Tədbirdə Mərkəzi Gömrük Hospitalının baş həkimi Elman Məmmədov, müalicə işləri üzrə rəis müavini Bəxtiyar Musayev və cərrah transplantoloq Mircəlal Kazımi kollektivi peşə bayramı münasibətilə təbrik edib, onlara məsuliyyətli işlərində uğurlar arzulayıblar.

 

Bu əlamətdar günə həsr edilmiş tədbirdə Dövlət Gömrük Komitəsinin sədri cənab Səfər Mehdiyevin imzaladığı əmri ilə Mərkəzi Gömrük Hospitalının Alqı-satqı və Təchizat şöbəsinin rəisi Fərid Əliyev, Cərrahiyyə şöbəsinin rəisi Namiq Novruzov, Cərrahiyyə və Orqan transplantasiyası şöbəsinin rəisi Mircəlal Kazımi və Laboratoriya şöbəsinin rəisi Sevinc Gülmalıyeva gömrük işini aparan icra hakimiyyəti orqanının Fəxri Fərmanı ilə təltif ediliblər.

 

Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahı Rəşad Mahmudov 2019-cu ilin yekunlarına əsasən xidmətdə əldə etdiyi nailiyyətlərə görə Dövlət Gömrük Komitəsi tərəfindən "Gömrük Əməkdaşlığının Möhkəmləndirilməsinə görə” döş nişanı ilə təltif edilib. Mama-ginekologiya şöbəsinin baş tibb bacısı Ətayə Novruzovaya Dövlət Gömrük Komitəsi tərəfindən təşəkkürnamə elan edilib.

 

Dövlət Gömrük Komitəsinin sədri cənab Səfər Mehdiyevin digər əmri ilə Mərkəzi Gömrük Hospitalının 29 nəfər əməkdaşına ilk xüsusi rütbə, Xəstə Xidmətləri şöbəsinin rəisi Gülşən İmanovaya növbəti xüsusi rütbənin vaxtından əvvəl mayor rütbəsi və Alqı-satqı və Təchizat şöbəsinin mütəxəssisi Vüsalə Əliyevaya növbəti xüsusi rütbənin vaxtından əvvəl baş leytenant rütbəsi verilib.

 

Bununla yanaşı, DGK Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov tərəfindən Mərkəzi Gömrük Hospitalının 20 nəfər əməkdaşına əldə etdikləri müvəffəqiyyətlərə görə təşəkkürnamə və 14 nəfər əməkdaşına pul mükafatının verilməsi elan olunub. Tədbirin sonunda Tibbi Xidmət İdarəsinin İnzibati İdarəetmənin Təşkili şöbəsinin rəisi Minurə Ağayeva yüksək mükafatlara layiq görülən əməkdaşları təbrik edib və onlara peşəkar fəaliyyətlərində uğurlar arzulayıb.

 

Qeyd edək ki, Mərkəzi Gömrük Hospitalı Dövlət Gömrük Komitəsinin tərkib hissəsi olaraq gömrük əməkdaşlarının və əhalinin sağlamlığının keşiyində duran qabaqcıl tibb müəssisəsidir. 450 nəfərə yaxın peşəkar kadr heyəti olan Mərkəzi Gömrük Hospitalı ötən müddət ərzində bir çox ilklərə və uğurlara imza atıb.

Mərkəzi Gömrük Hospitalının bütün təltif olunmuş əməkdaşlarını bu münasibətlə təbrik edir, fəaliyyətlərində yeni nailiyyətlər arzulayırıq
скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Məşhur idmançının övladlarından örnək addım
Füzuli rayonunda yaşlılara və aztəminatlı ailələrə yardım aksiyası keçirilir
Evdə qal: həyata qarşı daha güclü dayana, gələcəyə təbəssümlə baxa bilmək üçün...
Azərbaycan dövləti iqtisadiyyatda baş verə biləcək neqativ tendensiyaları layiqli qarşılamaq üçün zəruri maliyyə imkanlarına malikdir
“Coca-Cola” ASAN könüllü xanımları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib
Bill & Melinda Gates Foundation, Wellcome və Mastercard COVID-19 mualicəsinin əlçatanlığının sürətləndirməsi təşəbbüsünə qoşuldular
Valideynlərini itirmiş şəxslərin magistratura xərclərini dövlət ödəyəcək
Ağsuda Bədən Tərbiyəsi və İdman Günü qeyd olunub
Bakı şəhər açıq birinciliyində “Qala” Taekvondo klubunun idmançıları ikisi qızıl olmaqla üç medal qazanıb
Soyqırımın ildönümü Füzulidə də qeyd olunur
Mərkəzi Gömrük Hospitalında “Kolorektal cərrahiyyədə müasir yanaşmalar” mövzusunda seminar keçirilib
Yeni parlamentin qadın deputatları... - Siyahı
İlham Əliyev Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərini qəbul edib
Daha 7 seçki dairəsi üzrə LİDER NAMİZƏDLƏR müəyyənləşdi
Ağsu İdman Komleksinin direktoru Elnur Alıyev yeni vəzifəyə təyin olundu
MSK-dan seçkiylə bağlı AÇIQLAMA
Sabahın HAVA PROQNOZU
Milli Məclis məlumat yaydı: Oqtay Əsədovun səhhətində heç bir problem yoxdur
ABŞ şirkəti “exit-poll” un nəticələrini açıqladı: SİYAHI
Azərbaycanın bu bölgələrinə güclü qar yağıb - FAKTİKİ HAVA
Təhlükəsizlik kameralarının üzərinin örtülməsinin səbəbi AÇIQLANDI
Çində koronavirus epidemiyasından ölənlərin sayı 813-ə çatıb
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.