А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Psevdovətənpərvər namizəd Kamil Musəvi ifşa olunur – o heç “Aprel döyüşləri”ndə iştirak etməyibmiş…

06.02.20 | Bölmə: Son Xəbər » Siyasət | Baxış: 107 | Yazar: Celilova |
Psevdovətənpərvər namizəd Kamil Musəvi ifşa olunur – o heç “Aprel döyüşləri”ndə iştirak etməyibmiş…
 
 
 
 

Son zamanlar cəmiyyətimizdə qəribə bir tendensiya yaranıb, kimsə hansısa bir müsbət iş görübsə və bu işin də iynə ildızı (deşiyi) qədər xalqa, dövlətə xeyri dəyibsə, o adamı yerində dayandırmaq mümkün deyil. Etdiyi işi əlində bayraq edib düşür telekanalların, qəzetlərin, saytların canına ki, mən filan iş görmüşəm, siz də məni təbliğ edib "günün qəhrəmanı”na çevirməlisiniz.

Ekranlarda, sosial şəbəkələrdə "öz qəhrəmanlıqları, şücaətləri” haqqında nağıl danışmaqla, əfsanələr, miflər uydurmaqla məşğul olan bu şəxslər hər zaman sağlam düşüncəli insanlar tərəfindən tənqid edilirlər. Camaat belələrindən təzəcə can qurtarmağın yollarını aradığı vaxtda həmin "qəhrəman”lar tamamilə yeni ampluada meydana çıxırlar. Məsələn, deputatlığa namizəd qismində cəmiyyətdə peyda olan belə şəxslər "mən qəhrəmanam” deyib, seçicilərdən ona səs vermələrini tələb edirlər. Özü də müxtəlif cildlərə girərək. Hətta bəziləri öz reklamlarından istifadə edərək onlarla eyni seçki dairəsindən deputatlığa namizəd olanlara qarşı da təxribatçı fikirlər səsləndirirlər. Son illər özünü "Aprel müharibəsi” qəhrəmanı kimi təqdim edən və çoxlarını da buna inandıran, "Aprel qəhrəmanı” adından saxtakarlıqla istifadə edən, 60 saylı Salyan-Neftcala seçki dairəsindən fevralın 9-da ölkəmizdə keçiriləcək növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürən və seçki təbliğatı zamanı saysız şou göstərən, pafoslu, gurultulu çıxışlar edən, boğazdan yuxarı fikirlər səsləndirən Kamil Musəvi bu sırada yer alanlardandır.

K.Musəvi sosial şəbəkələrdə daha çox şouvari çıxışlarla populyardır. Onun şəxsi "Facebook” səhifəsində yazdığı "Bu gün 60 saylı Salyan-Neftcala seçki dairəsinin təyin etdiyi cəzaçəkmə müəssisəsi və hərbi hissələrdə bütün namizədlərlə bilikdə görüş təşkil edildi. Təəssüflər olsun ki, bəzi "saytlar" bu görüşü "Kamil Musəvi Fəzail Ağamalıya pula satıldı" başlığı ilə təqdim edərək insanların fikirlərini qarışdırmağa başlayıb. Bir şeyi bilin və əsla unutmayın: biz pula satılanlardan yox, mübarizə aparanlardanıq!!!” status da sosial şəbəkə istifadəçiləri arasında gülüşlə qarşılandı.

Bildiyimiz kimi, fevralın 9-da ölkəmizdə keçiriləcək növbədənkənar parlament seçkiləri K.Musəvi və onun kimi çoxlarının iç üzünü açıb xalqa göstərdi, bu "millət qəhrəmanları”nı yenidən tanıtdı, özü də olduqları kimi.    

Bu günlərdə isə "İnstagram”da K.Musəvinin daha bir pafoslu çıxışının videosu yayılıb. "Burada vətəndə bilirsiniz kimlər var, o da millətini, dövlətini sevənlərdir. Mən dərk edirəm ki, hər bir vəzifə tutan da, (əlini çiyininə vurub) bax, bu rütbəni daşıyan hər bir insan bu xalqın qulluqçusudur, ağası yox ha, qulluqçusudur. Nətər ki, ölkə rəhbəri çıxıb deyir ki, başda mən olmaqla, gör nə deməkdir başda mən olmaqla, bütün məmurlar bu xalqın qulluqçusudur. Onu üzərinə götürən insanlar varsa, oturur vəzifədə, başlayır xalqa qulluq etməyə, dövləti normal qaydada təmsil etməyə” - deyərək həddən artıq pafosla çıxış edən, necə deyərlər, çıxışının "barıtı”nı çox edən K.Musəvi cənab Prezidentin məşhur "ölkəmizin uğurlu inkişafı üçün vətəndaş-məmur münasibətləri mühüm əhəmiyyət kəsb edir. Azərbaycan bu sahədə də nümunəvi ölkə olmalıdır. Məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir. Dəfələrlə demişəm ki, mən birinci xidmətçiyəm. Xalqın birinci xidmətçisi Prezident olmalıdır, çünki xalq bizə inanır, bizə bu missiyanı aparmağı həvalə edib, tapşırıb. Biz, bütün məmurlar da bu yüksək etimadı doğrultmalıyıq” fikrini də doğru-düzgün çatdıra bilməyib, ətrafındakılara ölkə başçısının fikrini sanki öz fikri kimi çatdırmağa cəhd göstərir.

Azərbaycan xalqı, dövləti hər zaman öz qazisinə sahib çıxmağı, ona hörmət, ehtiram göstərməyi bacarıb. Düşmənə qarşı döyüşən, vuruşan, sağlamlığını itirən hər bir vətən övladı bizim fəxrimiz, qürur ünvanımızdır. Amma bu addan, statusdan sui-istifadə edənləri isə xalq qəbul etmir. Ona yaradılan hər şəraitdən sui-istifadə etməyə çalışan "Aprel qazisi” K.Musəvinin aprel döyüşlərində iştirak etmədiyi və gözünü 4 günlük müharibədə itirmədiyi məlumdur. Amma ictimaiyyəti özünün "Aprel qazisi” nağılına inandıran və gözünü də həmin müharibədə itirdiyinə dair miflər uyduran K.Musəvinin özünü "Aprel qazisi” kimi qələmə verməsində məqsəd gündəmdə olmaq, populyarlıq qazanmaq və sonda isə mandat qopararaq özünü "toxunulmaz şəxs” elan etməkdir. Halbuki, ölkə başçısı da dəfələrlə qeyd edib ki, toxunulmaz olan şəxs yoxdur...

Tarixə "Dördgünlük müharibə", "Aprel döyüşləri" kimi düşən, Azərbaycan Ordusunun tam qələbəsi ilə başa çatan hərbi əməliyyatlarda Kamil İbadət oğlu Müsəvi iştirak etməyib.

Qeyd edək ki, K.Musəvi 8 avqust 2008-ci il tarixində Heyder Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub, 2012-ci ildə leytenant hərbi rütbəsi alaraq bitirib. 2015-ci ilin oktyabr ayında Talış kəndi istiqamətində gedən döyüşlərdə kəşfiyyat qrup komandiri vəzifəsində döyüş tapşırığını yerinə yetirərkən düşmən minasının partlaması nəticəsində ayağını və gözünü itirib. "Aprel döyüşləri”ndən 7 ay əvvəl minaya düşərək ağır yaralanan K.Musəvi bu gün özünü "Aprel döyüşlərinin qazisi” kimi təqdim edir və bundan bəs deyincə yararlanmağa çalışır. Artıq bir neçə ildir gözündəki tampon sarğını çıxarmayan "qazi”nin bununla nə demək istədiyi yəqin ki, hər kəsə məlumdur. K.Musəvidən fərqli olaraq, heç bir qazi, döyüşçü gözü sarıqlı gəzmir və gözündəki problemi gizlətmək üçün, ən azından, eynək taxır. Amma K.Musəvi bundan öz şəxsi məqsədləri üçün istifadə edir. Özünü siyasi sima kimi təqdim edən "qəhrəman”ın çıxışlarında pafoslu vətənpərvərlik şüarlarından başqa bir şey yoxdur. O bütün vasitələrlə əlinə düşən fürsətdən yararlanmağa çalışır ki, bəlkə birdən qəzövü-qədər üzündən tapdıqları əlindən çıxa bilər. Əməlləri ilə sözü, davranışı ilə niyyəti, imkanları ilə iddiaları uzlaşmayan K.Musəvinin döyüşçü yoldaşları da onun "qəhrəmanlığına” şübhə ilə yanaşırlar. Mətbuatın yazdığına görə, 2015-ci il oktyabrın 12-də K.Musəvi ilə birlikdə minaya düşən və ayağını itirən Qarabağ qazisi Elşən Yusifov qeyd edib ki, K.Musəvi aktiv döyüş zamanı yox, xüsusi bir əməliyyata keçid təşkil edilərkən, öz səhvi ucbatından minaya düşüb. "Ərazini açırdım. Kamil həyəcanlı idi. Kamil bir getdi-gəldi, iki getdi-gəldi, üçüncüdə düşdü məndən arxada qalan minaya. Dediyim o kəndirdən 30 sm sağa çıxmışdı. Gözünü və ayağını itirdi” - deyə E.Yusifov mətbuata bildirib.

K.Musəvinin "qəhrəmanlığı”na şahid olan E.Yusifovun fikirləri onun necə qazi olduğunu sübut edir. Fikrimizcə, artıq sözə ehtiyac yoxdur. Saxtakarlıqla, miflər və əfsanələr uydurmaqla xalqı uzaqbaşı qırx gün aldatmaq olar, özünü aldatmaq isə xalqı aldatmaqdan daha böyük faciədir, K.Musəvi! Özünü aldatma!

İradə SARIYEVA

Melumat-merkezi.az 
 
 
 
 

скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Azərbaycan dövləti iqtisadiyyatda baş verə biləcək neqativ tendensiyaları layiqli qarşılamaq üçün zəruri maliyyə imkanlarına malikdir
“Coca-Cola” ASAN könüllü xanımları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib
Bill & Melinda Gates Foundation, Wellcome və Mastercard COVID-19 mualicəsinin əlçatanlığının sürətləndirməsi təşəbbüsünə qoşuldular
Valideynlərini itirmiş şəxslərin magistratura xərclərini dövlət ödəyəcək
Ağsuda Bədən Tərbiyəsi və İdman Günü qeyd olunub
Bakı şəhər açıq birinciliyində “Qala” Taekvondo klubunun idmançıları ikisi qızıl olmaqla üç medal qazanıb
Soyqırımın ildönümü Füzulidə də qeyd olunur
Mərkəzi Gömrük Hospitalında “Kolorektal cərrahiyyədə müasir yanaşmalar” mövzusunda seminar keçirilib
Yeni parlamentin qadın deputatları... - Siyahı
İlham Əliyev Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərini qəbul edib
Daha 7 seçki dairəsi üzrə LİDER NAMİZƏDLƏR müəyyənləşdi
Ağsu İdman Komleksinin direktoru Elnur Alıyev yeni vəzifəyə təyin olundu
MSK-dan seçkiylə bağlı AÇIQLAMA
Sabahın HAVA PROQNOZU
Milli Məclis məlumat yaydı: Oqtay Əsədovun səhhətində heç bir problem yoxdur
ABŞ şirkəti “exit-poll” un nəticələrini açıqladı: SİYAHI
Azərbaycanın bu bölgələrinə güclü qar yağıb - FAKTİKİ HAVA
Təhlükəsizlik kameralarının üzərinin örtülməsinin səbəbi AÇIQLANDI
Çində koronavirus epidemiyasından ölənlərin sayı 813-ə çatıb
Azərbaycanda məntəqə sədri müşahidəçini döydü
ATƏT PA-nın müşahidə missiyasının üzvü: İndiyədək hər şey qaydalara uyğun şəkildə həyata keçirilib
Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.