А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Rauf Nağıyev seçicilərlə növbəti görüşünü keçirib

06.02.20 | Bölmə: Cəmiyyət | Baxış: 35 | Yazar: Celilova |
Rauf Nağıyev seçicilərlə növbəti görüşünü keçirib
 
 
 
 
 

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) 15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizədi Nağıyev Rauf Nəriman oğlunun seçicilərlə növbəti görüşü keçirilib.

Melumat-merkezi.az xəbər verir ki, görüş YAP-ın Yasamal rayon təşkilatının inzibati binasında baş tutub.

Görüşdə YAP-ın Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, rayon ağsaqqalları, partiya üzvləri, rayon sakinləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Deputatlığa namizəd Rauf Nağıyev əvvəlcə ona göstərilən etimada görə Yeni Azərbaycan Partiyasının rəhbərliyinə, Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib. O, ölkə başçısının rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən genişmiqyaslı islahatların ölkənin ümumi inkişafına verdiyi töhfələrdən danışıb.

R.Nağıyev daha sonra özü və platforması haqqında tədbir iştirakçılarına geniş məlumat verib.

O bildirib ki, təşviqat kampaniyası çərçivəsində 1000-dən çox seçici ilə görüşüb:

"Bundan əlavə, seçicilərlə yerlərdə görüş keçirdim. Onları narahat edən məsələlərlə dərindən tanış oldum və mənə ünvanlanan sualları cavablandırdım”.

Deputatlığa namizəd qeyd edib ki, ölkə başçısı İlham Əliyevin reallaşdırdığı uğurlu layihələr, apardığı islahatlar nəticəsində bütün Azərbaycanda olduğu kimi, Yasamal rayonunda da böyük işlər görülüb və görülməkdədir.

R.Nağıyev rayon ərazisindəki problemlərdən də danışıb:

"Rayon ərazisində 142 binanın istilik sistemi yoxdur. Hətta rayonun 20 faiz ərazisində su fasilələrlə verilir. Hesab edirəm ki, bu da bugünkü günün tələblərinə cavab vermir. Bundan əlavə, rayon ərazisində sənədsiz evlər problemi də mövcuddur. Əgər mənə etimad göstərsəniz, bu məsələlərin həlli istiqamətində tədbirlərin görülməsi üçün müvafiq qurumların qarşısında məsələ qaldıracağam”.

Daha sonra keçmiş deputat Aliyə Təhmasib, tanınmış ziyalı Aqil Rəhimov və digərləri çıxış edib. Onlar deputatlığa namizədə uğurlar arzulayıblar.

 


скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Azərbaycan dövləti iqtisadiyyatda baş verə biləcək neqativ tendensiyaları layiqli qarşılamaq üçün zəruri maliyyə imkanlarına malikdir
“Coca-Cola” ASAN könüllü xanımları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib
Bill & Melinda Gates Foundation, Wellcome və Mastercard COVID-19 mualicəsinin əlçatanlığının sürətləndirməsi təşəbbüsünə qoşuldular
Valideynlərini itirmiş şəxslərin magistratura xərclərini dövlət ödəyəcək
Ağsuda Bədən Tərbiyəsi və İdman Günü qeyd olunub
Bakı şəhər açıq birinciliyində “Qala” Taekvondo klubunun idmançıları ikisi qızıl olmaqla üç medal qazanıb
Soyqırımın ildönümü Füzulidə də qeyd olunur
Mərkəzi Gömrük Hospitalında “Kolorektal cərrahiyyədə müasir yanaşmalar” mövzusunda seminar keçirilib
Yeni parlamentin qadın deputatları... - Siyahı
İlham Əliyev Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərini qəbul edib
Daha 7 seçki dairəsi üzrə LİDER NAMİZƏDLƏR müəyyənləşdi
Ağsu İdman Komleksinin direktoru Elnur Alıyev yeni vəzifəyə təyin olundu
MSK-dan seçkiylə bağlı AÇIQLAMA
Sabahın HAVA PROQNOZU
Milli Məclis məlumat yaydı: Oqtay Əsədovun səhhətində heç bir problem yoxdur
ABŞ şirkəti “exit-poll” un nəticələrini açıqladı: SİYAHI
Azərbaycanın bu bölgələrinə güclü qar yağıb - FAKTİKİ HAVA
Təhlükəsizlik kameralarının üzərinin örtülməsinin səbəbi AÇIQLANDI
Çində koronavirus epidemiyasından ölənlərin sayı 813-ə çatıb
Azərbaycanda məntəqə sədri müşahidəçini döydü
ATƏT PA-nın müşahidə missiyasının üzvü: İndiyədək hər şey qaydalara uyğun şəkildə həyata keçirilib
Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.