А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ

07.02.20 | Bölmə: Son Xəbər » Cəmiyyət | Baxış: 14 | Yazar: Celilova |
Hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ
 
 
 
 
 
 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı əhaliyə xəbərdarlıq edib.

Nazirlikdən Melumat-merkezi.az-a  verilən məlumata görə, Milli Hidrometeorologiya Departametinin direktoru Umayra Tağıyeva bir müddət davam edən anomal isti hava şəraitindən sonra fevralın 7-dən 8-nə keçən gecədən başlayaraq havanın kəskin dəyişəcəyi, Bakıda və Abşeron yarımadasında əsən cənub küləyinin güclü şimal küləyi ilə əvəz olunacağının gözlənildiyini açıqlayıb.

Fevralın 9-dan 10-u gündüzədək küləyin maksimal sürəti 30-35 m/s, bəzi ərazilərdə 38-40 m/s-dək şiddətlənəcək: "Bu müddətdə əhaliyə daha diqqətli olmağı, iri ağacların altında maşınları saxlamamağı, tikinti aparılan ərazilərdən kənar keçməyi, yaşlı insanları və uşaqları küçədə nəzarətsiz buraxmamağı tövsiyə edirik.

 

Bakıda və Abşeronda fevralın 8-də gözlənilən yağıntının fevralın 9-da sulu qara və qara keçəcəyi gözlənilir, bəzi yerlərdə intensiv yağacağı ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə 15 -18 dərəcə aşağı enəcək. 9-da gündüz 0-3 dərəcə isti, axşama doğru və 10-na keçən gecə və səhər 0-4 dərəcə şaxta olacağı gözlənilir. Buna görə də 9-dan 10-na, və 10-dan 11-nə keçən gecə və səhər saatlarında yolların buz bağlayacağı ehtimalı var.

Azərbaycanın rayonlarında fevralın 7-si axşam şimal və qərb rayonlarından başlayaraq 11-dək havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Qərb küləyinin güclənəcəyi, arabir şiddətlənəcəyi gözlənilir. Temperatur ötən günlərlə müqayisədə tədricən 13-18 dərəcə aşağı enəcək. Yolların buz bağlayacağı ehtimalı var.

Hava şəraitinin kəskin dəyişməsini nəzərə alaraq, meteohəssas insanların da səhhətlərinə qarşı diqqətli olmasını tövsiyə edirik”.


скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Mərkəzi Gömrük Hospitalında “Kolorektal cərrahiyyədə müasir yanaşmalar” mövzusunda seminar keçirilib
Yeni parlamentin qadın deputatları... - Siyahı
İlham Əliyev Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərini qəbul edib
Daha 7 seçki dairəsi üzrə LİDER NAMİZƏDLƏR müəyyənləşdi
Ağsu İdman Komleksinin direktoru Elnur Alıyev yeni vəzifəyə təyin olundu
MSK-dan seçkiylə bağlı AÇIQLAMA
Sabahın HAVA PROQNOZU
Milli Məclis məlumat yaydı: Oqtay Əsədovun səhhətində heç bir problem yoxdur
ABŞ şirkəti “exit-poll” un nəticələrini açıqladı: SİYAHI
Azərbaycanın bu bölgələrinə güclü qar yağıb - FAKTİKİ HAVA
Təhlükəsizlik kameralarının üzərinin örtülməsinin səbəbi AÇIQLANDI
Çində koronavirus epidemiyasından ölənlərin sayı 813-ə çatıb
Azərbaycanda məntəqə sədri müşahidəçini döydü
ATƏT PA-nın müşahidə missiyasının üzvü: İndiyədək hər şey qaydalara uyğun şəkildə həyata keçirilib
Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr
ATƏT-in müşahidəçisi: İndiyədək hər hansı qayda pozuntusu ilə rastlaşmamışam
Külək məktəbin damını uçurdu
Şimal regionunda 5600-ə yaxın yerli və xarici müşahidəçi seçkiləri izləyi
Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva 6 saylı seçki məntəqəsində səs veriblər
Könül İsmayılovanın uğurlu seçki kampaniyası
Seçki günü “ASAN xidmət” işləməyəcək
Bəzi marşrutların hərəkət sxemi dəyişdi
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.