А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Sabahın HAVA PROQNOZU

09.02.20 | Bölmə: Cəmiyyət | Baxış: 56 | Yazar: Celilova |
Sabahın HAVA PROQNOZU
 
 
 
 
 
 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin fevralın 9-u saat 19:00-a olan məlumatına əsasən ölkə ərazisində qarlı, güclü küləkli hava şəraiti davam edir.

 

Milli Hidrometeorologiya Departamentindən Melumat-merkezi.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında - Zabrat, Maştağa, Binədə az qar yağır.

 

Aran rayonlarında 2-17 sm, dağətəyi rayonlarda 5-29 sm, dağlıq ərazilərdə 15-43 sm olub.

 

Şimal-qərb küləyi arabir Maştağada 38 m/s, Pirallahıda 35 m/s, Sumqayıtda 34 m/s, Bakıda 31 m/s, Qum adasında 30 m/s, Ələtdə 28 m/s, Çilov adasında 27 m/s, Binədə 22 m/s, Zabratda 21 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə küləyin sürəti 28 m/s, dalğanın hündürlüyü isə 6.5 metrə çatıb.

 

Neftçala, Naftalanda 34 m/s, Tərtər, Daşkəsəndə 26 m/s, Bərdədə 25 m/s, Gəncədə 24 m/s, Salyan, Ceyrançöldə 23 m/s, Tovuzda 22 m/s, Ağstafa, Şahdağ, Mingəçevir, Nabranda 20 m/s, Şəmkir, Astarada 19 m/s, Qrız, Xaçmaz, Culfada 18 m/s, Yardımlı, Ağdam, Qazıməmməd, Şabranda 16 m/s, Yevlax, Şəkidə 15 m/s .

 

Fevralın 9-u axşam qarlı hava şəraiti davam edəcək, 10-da proses tədricən səngiyəcək. Şimal-qərb küləyi 9-da 15-20 m/s, arabir 25-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcək. Fevralın 10-da küləyin sürəti axşama doğru 15-18 m/s,arabir 20-23 m/s olacaq. Havanın temperaturu 0-3° şaxta, gündüz 1-3° isti olacaq. Şəhərətrafı yolların buz bağlama ehtimalı var.

 

Azərbaycanın rayonlarında arabir qar yağacağı gözlənilir. Gündüz qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyinin sürəti 10-15 m/s, arabir 18-23 m/s, gecə və səhər ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 5-10°, yüksək dağlıq ərazilərdə 17-22° şaxta, gündüz 3-8° şaxta olacaq.


скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Evdə qal: həyata qarşı daha güclü dayana, gələcəyə təbəssümlə baxa bilmək üçün...
Azərbaycan dövləti iqtisadiyyatda baş verə biləcək neqativ tendensiyaları layiqli qarşılamaq üçün zəruri maliyyə imkanlarına malikdir
“Coca-Cola” ASAN könüllü xanımları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib
Bill & Melinda Gates Foundation, Wellcome və Mastercard COVID-19 mualicəsinin əlçatanlığının sürətləndirməsi təşəbbüsünə qoşuldular
Valideynlərini itirmiş şəxslərin magistratura xərclərini dövlət ödəyəcək
Ağsuda Bədən Tərbiyəsi və İdman Günü qeyd olunub
Bakı şəhər açıq birinciliyində “Qala” Taekvondo klubunun idmançıları ikisi qızıl olmaqla üç medal qazanıb
Soyqırımın ildönümü Füzulidə də qeyd olunur
Mərkəzi Gömrük Hospitalında “Kolorektal cərrahiyyədə müasir yanaşmalar” mövzusunda seminar keçirilib
Yeni parlamentin qadın deputatları... - Siyahı
İlham Əliyev Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərini qəbul edib
Daha 7 seçki dairəsi üzrə LİDER NAMİZƏDLƏR müəyyənləşdi
Ağsu İdman Komleksinin direktoru Elnur Alıyev yeni vəzifəyə təyin olundu
MSK-dan seçkiylə bağlı AÇIQLAMA
Sabahın HAVA PROQNOZU
Milli Məclis məlumat yaydı: Oqtay Əsədovun səhhətində heç bir problem yoxdur
ABŞ şirkəti “exit-poll” un nəticələrini açıqladı: SİYAHI
Azərbaycanın bu bölgələrinə güclü qar yağıb - FAKTİKİ HAVA
Təhlükəsizlik kameralarının üzərinin örtülməsinin səbəbi AÇIQLANDI
Çində koronavirus epidemiyasından ölənlərin sayı 813-ə çatıb
Azərbaycanda məntəqə sədri müşahidəçini döydü
ATƏT PA-nın müşahidə missiyasının üzvü: İndiyədək hər şey qaydalara uyğun şəkildə həyata keçirilib
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.