А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

"Bəzi ölkələr Azərbaycandan dərs almalıdır" - Türkiyə Müşahidə Missiyası

10.02.20 | Bölmə: Siyasət | Baxış: 12 | Yazar: Celilova |
"Bəzi ölkələr Azərbaycandan dərs almalıdır" - Türkiyə Müşahidə Missiyası
 
 
 
 
 
 

"Azərbaycan xalqına təşəkkür edirik. Onlar sabahına sahib çıxaraq istədikləri namizədə səs verdilər".

APA-nın məlumatına görə, bunu Türkiyə Böyük Millət Məclisinin Müşahidə Missiyasının üzvü, Türkiyə-Azərbaycan Dostluq Qrupunun rəhbəri Şamil Ayrım bildirib.

O, seçkilərdə qalib gələn namizədləri təbrik edib: "Qalib gəlməyən namizədləri də cəsarətlərinə görə təbrik edirəm. Siyahıda çoxlu sayda gəncin olması bizi sevindirir. Qafqazın parıldayan ulduzu Azərbaycanın daha da güclü olmasını diləyirəm".

TBMM-in üzvü Orhan Erdem bildirib ki, seçki günündə müşahidəçilər iki qrupa ayrılaraq Bakı və Sumqayıtda müşahidələr aparıblar, bir gün əvvəl isə Qubada seçkiyə hazırlıq prosesini izləyiblər: "Seçkilərin çox sakit və rahat şəkildə keçdiyinin şahidi olduq. Əsas diqqətimi çəkən seçki məntəqələrində heç bir polis və hərbi formada olan insanların olmaması idi. Bu, özü də insanların rahatlıqla səs verdiyini göstərirdi. Qısa müddətdə Azərbaycanda demokratiyanın bu qədər yüksək səviyyədə olması bizi sevindirir. Seçkilərin Azərbaycan xalqına xeyirli olmasını arzu edirəm".

TBMM-in üzvü Yunus Kılıç bildirib ki, 1300-dən çox namizədin, 19 partiyanın iştirakçı olması seçkinin obyektiv və rəqabətli keçməyini göstərir: "Seçki məntəqələrində kameraların olması, müşahidəçilərin prosesi istənilən yerdən izləyə, seçicilərin istənilən kabinədə səs verə bilməsi və ümumilikdə təşkilatçılıq yüksək səviyyədə idi: "Azərbaycan seçkini izləmək üçün çoxlu sayda beynəlxalq müşahidəçi dəvət edib. Bu, özü Azərbaycanın açıq və şəffaf olduğunu göstərir. Məntəqələrdə hər kəs seçki prosesini rahat şəkildə müşahidə edə bilirdi".

O deyib ki, namizədlərin seçkiyə qədər ev-ev gəzərək özlərini tanıtması demokratiyanın göstəricidir: "Seçkinin Azərbaycana və bölgəyə uğurlu olmasını diləyirəm".

TBMM-in üzvü İbrahim Aydemir isə Azərbaycanın Türkiyə üçün çox dəyərli ölkə olduğunu qeyd edib: "Burada proseslərin normal keçməsi bizi sevindirir. Biz burada Azərbaycanın iftixar duya biləcəyi şəraitin şahidi olduq. Bəzi ölkələr Azərbaycandan dərs almalı, mənfi baxışlarını kənara qoymalıdırlar".

TBMM-in üzvü Uğur Bayraktutan seçki məntəqələrində kameraların olmasını, seçicilərin sərbəst səs verə bilməsini, polislərin məntəqələrdə olmamasını çox yüksək dəyərləndirdiyini qeyd edib: "Mənə ən çox təsir edən seçki qutularının yanında Azərbaycan bayraqlarının olması idi. Bundan çox təsirləndim, Türkiyəyə geri dönəndə Türkiyədə də seçki zamanı bayraqların qutunun yanına qoyulmasını təklif edəcəm. Bütün Azərbaycan xalqına, namizədlərə təşəkkür edirəm və Azərbaycanın gələcəyinin aydınlıq olmasını diləyirəm".

 



скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Mərkəzi Gömrük Hospitalında “Kolorektal cərrahiyyədə müasir yanaşmalar” mövzusunda seminar keçirilib
Yeni parlamentin qadın deputatları... - Siyahı
İlham Əliyev Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərini qəbul edib
Daha 7 seçki dairəsi üzrə LİDER NAMİZƏDLƏR müəyyənləşdi
Ağsu İdman Komleksinin direktoru Elnur Alıyev yeni vəzifəyə təyin olundu
MSK-dan seçkiylə bağlı AÇIQLAMA
Sabahın HAVA PROQNOZU
Milli Məclis məlumat yaydı: Oqtay Əsədovun səhhətində heç bir problem yoxdur
ABŞ şirkəti “exit-poll” un nəticələrini açıqladı: SİYAHI
Azərbaycanın bu bölgələrinə güclü qar yağıb - FAKTİKİ HAVA
Təhlükəsizlik kameralarının üzərinin örtülməsinin səbəbi AÇIQLANDI
Çində koronavirus epidemiyasından ölənlərin sayı 813-ə çatıb
Azərbaycanda məntəqə sədri müşahidəçini döydü
ATƏT PA-nın müşahidə missiyasının üzvü: İndiyədək hər şey qaydalara uyğun şəkildə həyata keçirilib
Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr
ATƏT-in müşahidəçisi: İndiyədək hər hansı qayda pozuntusu ilə rastlaşmamışam
Külək məktəbin damını uçurdu
Şimal regionunda 5600-ə yaxın yerli və xarici müşahidəçi seçkiləri izləyi
Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva 6 saylı seçki məntəqəsində səs veriblər
Könül İsmayılovanın uğurlu seçki kampaniyası
Seçki günü “ASAN xidmət” işləməyəcək
Bəzi marşrutların hərəkət sxemi dəyişdi
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.