А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
#EVDƏ QAL,EVDƏ QAL,EVDƏ QAL .

Mərkəzi Gömrük Hospitalında “Kolorektal cərrahiyyədə müasir yanaşmalar” mövzusunda seminar keçirilib

10.02.20 | Bölmə: Cəmiyyət | Baxış: 112 | Yazar: Celilova |
Mərkəzi Gömrük Hospitalında “Kolorektal cərrahiyyədə müasir yanaşmalar” mövzusunda seminar keçirilib
 
 
 
 
 
 

8 fevral 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalında "Kolorektal cərrahiyyədə müasir yanaşmalar” mövzusunda seminar keçirilib.

Seminarın açılış mərasimində Mərkəzi Gömrük Hospitalının rəisi Elman Məmmədov, Azərbaycan Kolon Rektum Cərrahi Dərnəyinin sədri Xaləddin Musayev və Türkiyə Kolorektal Cərrahiyyə Dərnəyinin sədri Ayhan Kuzu seminar iştirakçılarını salamlayıb, dünyada və ölkəmizdə kolorektal cərrahiyyənin vəziyyəti, tibbin son yenilikləri haqqında məlumat veriblər. Tədbirdə Azərbaycanın aparıcı dövlət və özəl tibb müəssisələrində çalışan kolorektal cərrahiyyə sahəsi üzrə məşhur yüksəkixtisaslı mütəxəssislər və ümumi cərrahlar iştirak ediblər. Rəsmi açılışın sonunda Mərkəzi Gömrük Hospitalının fəaliyyətini və nailiyyətlərini əks etdirən video çarx nümayiş edilib.

Avropa Koloproktoloji Dərnəyinin Azərbaycan üzrə milli təmsilçisi, Azərbaycan Kolon və Rektum Cərrahi Dərnəyinin elmi katibi və Mərkəzi Gömrük Hospitalının ümumi cərrahı Aynur Səfiyevanın moderatorluğu ilə keçirilən seminarda Türkiyə Kolorektal Cərrahiyyə Dərnəyinin sədri professor Ayhan Kuzu "Sağ hemikolektomiyalarda doğru disseksiya planı”, "Sol hemikolektomiya və rektum cərrahiyyəsində doğru disseksiya planı”, "Rektum xərçəngində qeyri-cərrahi müalicə” və "Rektum cərrahiyyəsində ileostomiyanın yeri” mövzularında çıxış edib, kolorektal cərrahiyyə sahəsində yeniliklərdən danışıb.

 

Mərkəzi Gömrük Hospitalının Ümumi cərrahiyyə şöbəsinin rəisi Namiq Novruzov və ümumi cərrahı Aynur Səfiyeva "Kolorektal cərrahiyyədə Mərkəzi Gömrük Hospitalının təcrübəsi” ilə bağlı təqdimatla çıxış ediblər və auditoriyanı maraqlandıran sualları cavablandırıblar. Seminar iştirakçıları müzakirələrdə fəal iştirak ediblər. Onlar kolorektal xəstəliklərin müalicəsində keyfiyyətli və doğru yanaşmanı təmin edən müalicə prinsipləri mövzusunda debatlar aparıblar.

Tədbirin sonunda Mərkəzi Gömrük Hospitalının kollektivi adından professor Ayhan Kuzuya təşəkkür plaketi təqdim olunub. Seminar Mərkəzi Gömrük Hospitalının facebook səhifəsi https://www.facebook.com/customshospital üzərindən canlı yayımlanıb.


 
 
 

скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Polisimiz QÜRURUMUZDUR!
Səbuhi Xanlarov koronavirusa yoluxdu
Səbuhi Xanlarov koronavirusa yoluxdu
Koronavirus əlamətləri hiss edən zaman nə etməli?
Polisə müqavimət göstərmək nə demək?!
Azərbaycanın hava limanları iyulun 1-nə qədər bağlı qalacaq - RƏSMİ
Bakı sakinlərinin nəzərinə! Bu saatdan küçəyə çıxmaq qadağan edildi - RƏSMİ
Azərbaycanla Türkiyə arasında uçuşlar bu tarixdən bərpa olunur
DİQQƏT! Həftəsonu market və apteklər işləməyəcək
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Operativ Qərargah küçəyə çıxma qadağası ilə bağlı brifinq keçirir - CANLI YAYIM
Azərbaycanda son sutkada 262 nəfərdə COVID-19 aşkarlanıb
DİN rəsmisindən metroda polislə sərnişinlər arasında yaşanan mübahisə ilə bağlı AÇIQLAMA
Azərbaycanda xüsusi karantin rejimi sərtləşdirildi - RƏSMİ
Baş nazir iş saatları ilə bağlı - QƏRAR VERDİ
Binəqədi bələdiyyəsi “28 may – Respublika Günü”ilə bağlı məktəbli müsabiqəsi keçirdi
Bakıda kirayə mənzillər bahalaşıb
Aygün Fətullayeva -
Könül İsmayılova LAÇINDAN yazdı
“Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi”nə layihələrin qəbulu başa çatıb...
Azyaşlıların kiçik dünyalarından böyük dünyaya İSMARIŞ - VİDEO
Müəllim olmaq istəyənlərə şad xəbər
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.