Bakı şəhər açıq birinciliyində “Qala” Taekvondo klubunun idmançıları ikisi qızıl olmaqla üç medal qazanıb
49 taekvondo klub və bölmələrindən, eləcə də Rusiya və Gürcüstandan ümumilikdə 750-dək uşaq, yeniyetmə və gənc idmançının qatıldığı yarışda "Qala” Taekvondo klubunun idmançıları da mübarizə aparıblar. 28-29 fevaral 1 Mart 2020-ci il tarixində kecirilən Acıq Bakı cempionatının ilk günundə "Qala” Taekvondo Klubunun iki idmançısı Fatimə İsmayılova və Rəvan Məmmədazadə bütün rəqiblərinə qalib gələrək fəxri kürsüyə qalxıblar. Beləliklə, F.İsmayılova və R.Məmmədzadə I yerə, açıq Bakı birinciliyinin son günü isə klubun idmancısı Nihad Cavadlı 65 kg cəki dərərcəsində III yerə layiq görülüb.
Klubun rəhbəri, respublikanın əməkdar məşqçisi Ramil Həsənovun yetirmələri "26 fevral Xocalı soyqırımına” həsr olunmuş Bakı şəhər açıq birinciliyində "Qala” Taekvondo klubunun idmançıları ikisi qızıl olmaqla üç medal qazanıb.
İdmançıların məşqçiləri Ramil Həsənov və tanınmış idman ustası Fatma Əliyevadır.
İradə SARIYEVA
Köşə:
Reklam:
