А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
#EVDƏ QAL,EVDƏ QAL,EVDƏ QAL .

Evdə qal: həyata qarşı daha güclü dayana, gələcəyə təbəssümlə baxa bilmək üçün...

30.03.20 | Bölmə: Son Xəbər » Cəmiyyət | Baxış: 113 | Yazar: Celilova |
Evdə qal: həyata qarşı daha güclü dayana, gələcəyə təbəssümlə baxa bilmək üçün...
 
 
 

Bu dünyada hər kəsin bir yeri və mövqeyi var. O mövqeyə çata bilmək üçün gecə-gündüz demədən çalışırıq. Əqidə, amal, bəzən isə yaşamaq səbəbimiz deyə sıraladığımız siyahı məhz o məqama doğru gedən yolun pillələridir. Heç durmadan getdiyimiz yolun isə sonu bəlli deyil. Biz bəzən şüurlu, bəzən isə kortəbii gedirik o izsiz, tozlu cığırla. Nə rahatlıq bilirik, nə də bədənimizi isladan təri silməyi. Alnımızdan süzülən tərin qurumuş şoran bağlamış çatları qabarır yanağımızda. Həyatımızda olan ən vacib əməlləri sıralayır, özümüz üçün planlar belə qururuq.

Bu planların arasında öz varlığımız belə unudulur çox zaman. Ətrafımızda çox olan insan kütləsi ilə gah qürrələnir, gah da bu çoxluqdan bezib tənha bir guşə axtarırıq. Ancaq əslində bizim o çoxluqda belə əsiri olduğumuz tənhalıqdan xəbərimiz olmur. Bəlkə də bu tənhalığı özümüzə belə etiraf etməkdən çəkinirik. Gülməyi, əylənməyi, yerli-yersiz zarafatlaşmaları, bilərək və ya bilməyərək incitməyi və daha nələri bacarırıq. Heç durmadan sevgidən dəm vurmağı, insanlara sevməyin, hörmət etməyin nə olduğunu öyrətməyi bacarıq sayırıq. Bir sözlə, özümüzü çox güclü, ağıllı hesab edirik. Bəs necə? Əlbəttə ki, yer üzündə bütün canlıların hakimi, idarəçisi olan, şüurla, idrakla mükafatlandırılan insan bəşəriyyətin sahibidir. Qulağa çox xoş gəlir elə deyilmi? Düşünən beyni, döyünən ürəyi olub söz haqqına sahib olan insan həm də özünü haqlı sayandır. Əslində isə insan bu cahanın ən aciz varlığıdır. Gülərkən ağlamaqdan, ürəyi dolanda dərdləşməkdən çəkinən, qəhərini tənhalığına həbs edən insan oğlu sənin çiyninə necə böyük ağırlıqlar yüklənib özün də bilmədən çəkindən çox böyük olan bu yüklə gedirsən öz yolunda. Sağa-sola boylanmağa belə zamanın yetmir.Gün gəlir, vaxt ötür sən özünü xatırlayırsan. Bax o an sənin üçün daxili hökm oxunmaq məqamı çatır. Məntiqinlə ürəyin eyni yolda toqquşur. Elə o gün sən əslində ən sevdiyin qavramı xatırlayırsan. O olmadan yaşaya bilmədiyini etiraf edirsən. Onun da səni sevməsi üçün gözlərinin içinə baxırsan. Əllərindən tutub yanağına toxunmaq qəlbinin döyüntüsünü dinləmək səssizcə o vurğularda həyatının əsil mənasına qovuşmaq. Bəli, məhz o qavram sənin yaşamaq səbəbin olan sağlamlığın, ən pisi isə sənin bunu çox gec anlamağındır. Ətrafında olan və ya tanımaq üçün can atdığın insanlarla bənzər tərəflərinin, ortaq yönlərinin olmasını xəyal edirsən. Ən böyük ortaq yönünün isə sağlamlıq olduğunu unudursan. Bu unutqanlıq isə böyük bir cəmiyyətin bəlası olur. Gün gəlir, ortaq bir dərd öz əsirinə çevirir təkcə bir cəmiyyəti və ya milləti deyil, bütün dünya insanını. Dilindən, dinindən, irqindən aslı olmayaraq hər kəs bu bəlanın qarmağına ilişir. Dünyanın hər yerindən dualar, qorxu və həyəcan sədaları yüksəlir. Bax o zaman insan bu həyatda yalnız sağlamlığın əsas olduğunu anlayır.

Ruhda başlayıb bədəndə bütövləşən sağlamlıq...

Tarixin müxtəlif dövrlərində yer üzündə yayılan yoluxucu xəstəliklər haqqında oxuyuruq kitablardan. Bu gün də oxuduqlarımıza bənzəyən bir xəstəliklə mübarizə edir dünya insanı. Bu günə kimi sinəsinə döyüb yüksək inkişafdan dəm vuran elm aləmi də səfərbər olub. Dilimizə yeni daxil olan koronavirusu ilə insanlar qorxunun, təlaşın diqtəsi ilə müxtəlif xəbərlər yayır, sonra isə daha fərqli bir qrup insan bu xəbəri müzakirə edir. Həyatımızda günlük vərdişlərimiz, məşğuliyyətlərimiz dəyişir. İnsanlara fərdi təmizlik qaydaları xatırladılır. Çox zaman təmizlik imandan gəlir deyə gəlişi gözəl nitqlər söyləyən insanların həyat tərzi məhz belə yenilənir. Ən maraqlı məqamsa müasir dövrün olmazsa-olmazı olan aksesuarlardır.

Sağlamlıq qaydısı bəzək əşyalarında belə maska və əlcək deyə yeni trendlər yaradır. Çantalarda ən vacib olan əşya təmizlik vasitələri olan maddələr olur. Bu günlər insanlığa sıxıntı bəxş edir. Bəlkə də bu sıxıntı böyük bir dərs və ya öyrənilməsi mütləq olan həyat məktəbidir. İnsanlar çox sevdiklərindən belə ayrı düşürlər. Bu ayrılıq can qorxusu, əzizini təhlükəyə atmamaq niyyətlidir. Ananın bala ilə bir nəfəslik məsafəsi qadağan edilir. İnsanların həyatında yaranan məsafələr sözün əsil mənasında insanlığı gücləndirir.

Bu günlərdə dilimizin əzbəri olan ən mənalı ifadə isə görünməyən qəhrəmanlardır. O qəhrəmanlar ki, bizim həyatımızın hər zaman ən önəmli məqamında dayanıblar. Ən biçarə anlarımıza şahid olub, bizimlə bir keçiriblər o ağır zamanları. Yeri gəlib sevincimizi bölüşüblər, yeri gəlib bizə əzizlərimiz haqqında ən acı xəbəri veriblər. Üsyanımıza, sitəmimizə, bəzən can acısı ilə hayqırdığımız haqlı-haqsız tənqidlərimizlə qarşılaşıblar. Amma yenə o bəyaz qiyafələrini geyinib sağlamlığımıza keşikçi olublar. Bu gün olduğu kimi. Ən ümüdsüz xəstələrin belə bir nəfəslik məsafəsində məhz onlar dayanır. Onların ən çətin anına belə şahid olurlar.

Bəli, məhz çətinlik yaradanın sınağına tabe olan insanlıq. Tanrı bizi bir anlıq nəfəslə sınayır. Bu sınaqdan alınacaq ən böyük dərs isə həyatı əsl üzü ilə tanımaqdır. O həyat ki, bizə cəmi bir dəfə verilir. Hər kəs bu naməlum zaman çərçivəsinin sərhədlərinə doğru addımlayır. Elə bu virusun da bizə aşılamalı olduğu ən önəmli məqam qədir bilməkdir. Bu gün bir nəfəslik məsafəmizdə olanları itirməyə bir an belə kifayətdir. O məsafə həyatın hər anında var. Sevərkən nifrət etməyi, dərdləşərkən qeybəti, inanıram şüarları ilə inamsızlığı və daha nələri daşıyan qəlbimizdə, sözdə deyil, əməldə birliyi qoruyaq.

Sözlərim gəlişi gözəl nitq təəssüratını yaratmasın. Çünki dünyanın ən möhtəşəm mənzərəsi bir-birini sevgi ilə qucaqlayan insan və ya balasını bağrına basan ana tablosu sayılırsa, mövcud vəziyyət bizi bundan məhrum edir. Ən dəyərli nemətimiz olan canımızı isə qorumaq məhz bizim əlimizdədir.


скачать dle 10.3фильмы бесплатно
(səs: 1)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Bakıda kirayə mənzillər bahalaşıb
Aygün Fətullayeva -
Könül İsmayılova LAÇINDAN yazdı
“Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi”nə layihələrin qəbulu başa çatıb...
Azyaşlıların kiçik dünyalarından böyük dünyaya İSMARIŞ - VİDEO
Müəllim olmaq istəyənlərə şad xəbər
Qusar sakinlərinin çoxdan gözlədiyi SƏRƏNCAM
Regionlarda da ictimai nəqliyyat vasitələrində şəffaf arakəsmələr quraşdırılır
“EuroHome”dakı yanğınla bağlı əməliyyat müşavirəsi keçirilib
Tanınmış ifaçı Mehrim Hüseyn yeni mahnısını ictimayyətə təqdim edib
Heydər Əliyevin anadan olmasının 97-ci ildönümüdür
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər - FOTO
Ramil Usubov:
“Peşəkar  fəaliyyətləri ilə insanlara örnək olan FUAD ƏHMƏDOV.”
Vilayət Eyvazov idarə rəislərinə tapşırıqlar verdi - FOTO
Azərbaycanda daha 143 nəfər koronavirusa yoluxub
Prezident İlham Əliyev Heydər Əliyevin doğum günü münasibətilə video paylaşıb - VİDEO
Azərbaycanda koronavirusla bağlı komendant saatı tətbiq edilə bilər
DMX əcnəbilərə göstərdiyə xidmətlərə dəyişiklik etdi
Rusiya koronavirusa yoluxanların sayına görə İranı geridə qoydu
Milli Məclisin növbəti iclasının gündəliyinə 26 məsələ daxildir
Ünvanlı dövlət sosial yardım alanlar üçün MÜHÜM XƏBƏR
190 manat üçün müraciət edənlərin nəzərinə: Cavab gəlməyibsə...
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.