А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
#EVDƏ QAL,EVDƏ QAL,EVDƏ QAL .

Deputat: “Ukrayna parlamentində ermənilərin cəhdlərini “bələkdə boğdular” – MÜSAHİBƏ

24.04.20 | Bölmə: Son Xəbər » Siyasət | Baxış: 139 | Yazar: Celilova |
Deputat: “Ukrayna parlamentində ermənilərin cəhdlərini “bələkdə boğdular” – MÜSAHİBƏ
 
 
 
 
 
 

Milli Məclisin Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə İşçi Qrupuna deputat Rüfəf Quliyevin rəhbər gətiriləcəyi gözlənilir.

R.Quliyev Azərbaycan-Ukrayna münasibətlərinin inkişafı, perspektivi barədə Oxu.az-ın suallarını cavablandırıb:

- Rüfət müəllim, Azərbaycanla Ukrayna parlamentlərinin əlaqələrini hansı səviyyəyə çatdırmağı hədəfləyirsiniz?

- Əlaqələrdə yeni inkişaf mərhələləri gözlənilir. Ukraynada da parlament dəyişdi. Ukrayna Ali Radasında kifayət qədər Azərbaycanı istəyən deputatlar var. Hazırda Ali Radada Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun tərkibi əvvəlki illərlə müqayisədə iki-üç dəfə çoxdur. Ukrayna parlamentində təmsil olunan bütün partiyaların nümayəndələri bu dostluq qrupunun tərkibinə daxil edilib. Ukraynanın icra hakimiyyəti, qanunverici orqanı da başa düşür ki, Azərbaycan onların strateji müttəfiqidir. Azərbaycan həmişə Ukraynanı, Ukrayna da Azərbaycanı dəstəkləyir.

Bilirsiniz ki, Elmira Axundova Azərbaycanın Ukraynadakı yeni səfiri təyin olunub. Mən Elmira xanımı 20 ildən çoxdur ki, tanıyıram. Elmira xanımın Ukraynaya səfir postuna gətirilməsi parlamentlərarası münasibətlərə də böyük dəstək olacaq.

- Ukraynada dövlət rəsmilərinə "erməni soyqırımı” ifadəsindən istifadə qadağan edilir. Bu barədə Xarici İşlər nazirinin müavini Vasili Bodnarın dövlət nümayəndələrinə ünvanladığı məktubda məsələ qaldırılıb. Rəsmi Kiyevin Ermənistana münasibətində əsaslı dəyişiklik olunur?

- Ermənistan həmişə ikili oyun oynayır. Mən Ukraynanın Xarici İşlər nazirinin müavini Vasili Bodnarı şəxsən tanıyıram. O, çox mühüm məsələni ortaya qoyub. Ukraynada ermənilər üç dəfə cəhd edib ki, "erməni soyqırımı” ilə bağlı məsələni parlamentdə qaldırsınlar. Bu cəhdlərin qarşısı vaxtında alınıb. Yəni, Ukrayna parlamentində ermənilərin cəhdlərini "bələkdə boğdular”.

Ermənilər bu fiaskodan sonra dördüncü cəhdə əl atdılar. Çalışdılar ki, Ukraynanın 27 vilayətində qondarma erməni soyqırımını qəbul etdirsinlər. Ermənilər qarşılarına məqsəd qoymuşdu ki, həmin vilayətlərdə uydurma erməni soyqırımına həsr olunmuş heykəl qoyulsun. Lakin onların bu cəhdləri də uğursuzluğa düçar oldu.

- Azərbaycan və Ukrayna işğaldan əziyyət çəkir. Hər iki ölkənin parlamentlərinin işğalla bağlı birgə bəyanatı qəbul oluna bilərmi?

- Bizim işğalla bağlı fikirlərimiz üst-üstə düşür. Azərbaycan həmişə işğalçılıq siyasətini tənqid edir. Rəsmi Bakı hər zaman dünya arenasında müraciət edir ki, beynəlxalq qurumlar işğalla əlaqədar məsələlərə daha ciddi yanaşsın. Azərbaycan uzun illərdir ki, işğaldan əziyyət çəkir. Azərbaycanla Ukrayna Avropa qurumlarında çiyin-çiyinə birgə çıxış edə bilir.

- Azərbaycanlı tələbələrin ən çox üz tutduğu, iş adamlarımızın ən çox investisiya yatırdığı ölkələrdən biri də Ukraynadır. Bu istiqamətdə işlərin daha da təkmilləşdirilməsi üçün əlavə təklifləriniz var?

- Mən Ukraynaya gedəndə diaspor rəhbərləri ilə, ekspertlərlə görüşürəm. Tələbələrlə də bilavasitə görüşlərim olub. Ukraynada azərbaycanlı tələbələrin çoxunun dərslərə davamiyyəti yüksəkdir. Amma elə azərbaycanlı tələbələr də var ki, üzümüzü ağ eləmir. Belə tələbələrin valideynlərinə də demişəm ki, övladları ilə məşğul olsunlar. 

İnvestisiya məsələsinə gəlincə, Ukraynada Azərbaycana münasibət yaxşı olduğuna görə, soydaşlarımızın biznes qurmalarına geniş imkanlar yaradılıb. Azərbaycanlılar Ukraynada daha çox kiçik və orta biznesə investisiya yatırırlar.

- Təhsillə bağlı sualıma cavabınızda məsələni lazımi nöqtəyə gətirdiniz, amma davamı olmadı. Bilirsiniz ki, Azərbaycandan qeyri-qanuni yollarla Ukraynaya təhsil dalınca gedənlər var. Burada təqsir kimdədir?

- Valideynlərin də təqsiri var, Ukraynadakı ali məktəblərin də. Valideyn övladının potensialının, gücünün, təhsilinin olmadığını bilir. Ukraynada özəl ali məktəblərin marağı odur ki, illik təhsil haqqından gələn gəlirləri çoxalsın.


скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Bakıda kirayə mənzillər bahalaşıb
Aygün Fətullayeva -
Könül İsmayılova LAÇINDAN yazdı
“Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi”nə layihələrin qəbulu başa çatıb...
Azyaşlıların kiçik dünyalarından böyük dünyaya İSMARIŞ - VİDEO
Müəllim olmaq istəyənlərə şad xəbər
Qusar sakinlərinin çoxdan gözlədiyi SƏRƏNCAM
Regionlarda da ictimai nəqliyyat vasitələrində şəffaf arakəsmələr quraşdırılır
“EuroHome”dakı yanğınla bağlı əməliyyat müşavirəsi keçirilib
Tanınmış ifaçı Mehrim Hüseyn yeni mahnısını ictimayyətə təqdim edib
Heydər Əliyevin anadan olmasının 97-ci ildönümüdür
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər - FOTO
Ramil Usubov:
“Peşəkar  fəaliyyətləri ilə insanlara örnək olan FUAD ƏHMƏDOV.”
Vilayət Eyvazov idarə rəislərinə tapşırıqlar verdi - FOTO
Azərbaycanda daha 143 nəfər koronavirusa yoluxub
Prezident İlham Əliyev Heydər Əliyevin doğum günü münasibətilə video paylaşıb - VİDEO
Azərbaycanda koronavirusla bağlı komendant saatı tətbiq edilə bilər
DMX əcnəbilərə göstərdiyə xidmətlərə dəyişiklik etdi
Rusiya koronavirusa yoluxanların sayına görə İranı geridə qoydu
Milli Məclisin növbəti iclasının gündəliyinə 26 məsələ daxildir
Ünvanlı dövlət sosial yardım alanlar üçün MÜHÜM XƏBƏR
190 manat üçün müraciət edənlərin nəzərinə: Cavab gəlməyibsə...
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.