А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
#EVDƏ QAL,EVDƏ QAL,EVDƏ QAL .

“Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi”nə layihələrin qəbulu başa çatıb...

18.05.20 | Bölmə: Təhsil | Baxış: 906 | Yazar: Bakixeber |
“Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi”nə layihələrin qəbulu başa çatıb...
 
 

 

Müabiqəyə 9 prioritet istiqamət üzrə layihə qəbulu tam elektronlaşdırılmış və grants.edu.az portalı vasitəsilə aparılmışdır

 

 

Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şuranın 16 may 2020-ci il tarixində onlayn iclası keçirilib.

Təhsil Nazirliyi yanında İctimai Şuranın 16 may 2020-ci il tarixində onlayn iclasını açan Şuranın məsul katibi, fəlsəfə doktoru İlqar Orucov Təhsil Nazirliyi tərəfindən 02.03.2020-ci il tarixdə elan edilmiş və hazırda məzmun ekspertizası ərəfəsində olan "Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi” barədə müzakirələrin vacibliyi barədə məlumat vermiş və bu mövzuda iclasın təşkil edildiyini iştirakçıların diqqətinə çatdırdı.

İclasda iştirak edən Təhsil nazirinin müşaviri Elnur Məmmədov, Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini Orxan Abbasov, Layihələrlə iş sektorunun müdiri Xamis Seyranov məlumat verərək bildirdilər ki, təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Təhsildə inkişaf və innovasiyalar üzrə qrantların məbləği və ayrılması şərtləri, o cümlədən vəsaitlərin verilmə prosedurları, monitorinqin aparılması, hesabat və qiymətləndirmə üzrə tələblər”in tətbiq edilməsi haqqında” 2017-ci il 14 iyun tarixli 258 nömrəli Qərarına uyğun olaraq keçirilir və müsabiqəyə dair əsas tələblər həmin qərarla müəyyən edilmişdir.

Müsabiqənin keçirilməsində məqsəd təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti, inkişafı stimullaşdırmaqdan, təhsilalanlar üçün daha əlverişli təhsil mühitinin yaradılmasına nail olmaqdan ibarətdir. Təhsil Nazirliyi tərəfindən 02.03.2020-ci il tarixdə elan edilmiş "Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi”nə layihələrin qəbulu 18.04.2020-ci il tarixdə başa çatmışdır. Məlumat verilmişdir ki, müsabiqəyə 9 prioritet istiqamət üzrə layihə qəbulu tam elektronlaşdırılmış və grants.edu.az portalı vasitəsilə aparılmışdır. Müsabiqəyə ümumi təhsil müəssisələri və fərdi kateqoriyalar üzrə, ümumilikdə 852 (ümumi təhsil müəssisələri kateqoriyası üzrə 204, fərdi kateqoriyalar üzrə isə 648) sayda layihə təqdim edilmişdir.

Mövzu ilə bağlı Şura sədri professor Şahlar Əsgərov, sədr müavini Nadir İsrafilov, şura üzvlərindən Milli Məclisin deputatı, fəlsəfə doktoru Etibar Əliyev, Asif Cahangirov, fəlsəfə doktorları Ülviyyə Mikayılova, Elmina Kazımzadə çıxışlar edərək rəy, təklif və tövsiyələrini bildirmişlər. Belə ki, müsabiqənin prioritet istiqamətləri formalaşdırılan ümumi təhsilin hər səviyyəsi üzrə mövzuların nəzərdə tutulması, innovativ istiqamətlərə daha çox yer ayrılması, müsabiqə qaliblərinin və onların layihələrinin kütləvi informasiya vasitələrindən geniş işıqlandırılması, qazanılmış müsbət təcrübələrin digər ümumtəhsil müəssisələrində tətbiqi və bir sıra digər tövsiyələr verilmişdir. Eyni zamanda, növbəti qrant müsabiqəsinin prioritet istiqamətlərinin müzakirəsinə Şura üzvlərinin də cəlb edilməsi təklif edilmişdir.

 

Iradə SARIYEVA


 
 
 
скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

ÜST məktəbləri təhlükə adlandırdı – Dərslər başlamayacaq?
ÜST-dən virusun qida vasitəsilə yayılması barədə AÇIQLAMA
Bayram günləri elektrik qatarları necə işləyəcək?
Azərbaycanda koronavirusla bağlı şad xəbər – Rəsmi
ABŞ Konqresində tibbi maskalarla bağlı yeni qayda
“CinemaPlus”dan sosial dəstək - FOTO/VİDEO
Bu gün 10 şəhər və rayonda buraxılış imtahanları keçiriləcək
Su ehtiyatlarının azalması sürətlənir
Azərbaycanın bölgələri üzrə COVID-19-a yoluxma faizi AÇIQLANDI
Azərbaycanda reanimasiyada olan koronaviruslu xəstələrin sayı açıqlandı
“Bundan sonrası XİN, səfirlik və hüquq mühafizə orqanlarının işidir”
Birinci vitse-prezident Mehriban Əliyeva milli mətbuatının 145 illik yubileyi münasibətilə KİV nümayəndələrini təbrik edib
Dünyada koronavirusa yoluxanların sayı 15 milyonu ötdü
Prezident İlham Əliyev Milli Mətbuat Günü münasibəti ilə paylaşım edib
Mayis Əliyev: “Onlar əhali arasında çaşqınlıq yaratmaq istəyirlər”
Orta məktəb şagirdləri Azərbaycan Ordusuna maraqlı dəstək aksiyasına başladı - VIDEO
Prezidentin köməkçisindən cəbhədəki vəziyyətlə bağlı AÇIQLAMA
Ordumuzun baş leytenantı ŞƏHİD OLDU
Baş həkim koronavirusa yoluxub – Beyləqanlılar onun tezliklə sağalmasını istəyir
Polisimiz QÜRURUMUZDUR!
Səbuhi Xanlarov koronavirusa yoluxdu
Səbuhi Xanlarov koronavirusa yoluxdu
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.