А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
#EVDƏ QAL,EVDƏ QAL,EVDƏ QAL .

Ermənistanın çiynində Xocalı faciəsi kimi ağır cinayətlər var” - İtaliyanın sabiq səfiri

14.08.20 | Bölmə: Son Xəbər » Siyasət | Baxış: 717 | Yazar: Celilova |
Ermənistanın çiynində Xocalı faciəsi kimi ağır cinayətlər var” - İtaliyanın sabiq səfiri
 
 
 
 
 
Azəraycan uzun sürən təcavüzün qurbanıdır və beynəlxalq ictimaiyyət buna birdəfəlik son vermək üçün hərəkətə keçməlidir.
Azvision.az xəbər verir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və 12 iyul tarixində dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın hərbi təxribatları ilə bağlı erməni tərəfinin mövqeyini müdafiə edən İtaliyanın Ermənistandakı sabiq səfiri, İtaliya-Ermənistan Ticarət və Sənaye Assosiasiyasının fəxri sədri Bruno Skapiniyə İtaliyanın Azərbaycandakı sabiq səfiri, İtaliyanın Genuya şəhərində Azərbaycanın fəxri konsulu Marqarita Kosta İtaliyanın nüfuzlu "Panorama” qəzetində "Beynəlxalq ictimaiyyətin günahı Ermənistanı öz qoşunlarını çıxartmağa məcbur etməməkdədir” sörlövhəli yazısı ilə növbəti dəfə tutarlı cavab verib.

M.Kosta qeyd edib ki, son həftələrdə neçənci dəfədir öz yazıları ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ mövzusunda məlumatı az olan oxucuları yanlış təqdim olunan həqiqətlərə inandırmağa sövq edən həmkarı Bruno Skapiniyə cavab verməkdən təəssüflənir. "Öncəki hallarda sabiq səfir Skapiniyə həqiqət olsa da az və ya heç məlumatlı olmadığı mövzu barədə səhv etməyin insana xas bir xüsusiyyət olduğunu (söhbət Azərbaycan Respublikasından gedir), amma daimi olaraq bu səhvin üzərində dayanmağın ciddi səkildə zərərli olduğunu vurğulamışdım”, - deyə M.Kosta qeyd edir.

"Həmkarım Skapininin əzmlə müdafiə etdiyi Ermənistana olan hisslərini anlaya bilərəm, amma ən dərin hisslər belə açıq-aşkar və beynəlxalq səviyyədə təsdiq olunmuş səhvlərdən üstün olmamılıdır. Xüsusilə də diplomatik peşə icra etmiş birindən mən beynəlxalq hüquqa daha hörmətlə yanaşmasını gözləyərdim. Çünki 30 ilə yaxın Ermənistan tərəfindən hərbi işğala məruz qalan, bir milyondan artıq qaçqın və məcburi köçkünü olan Azərbaycana haqq verən məhz beynəlxalq hüquqdur. Ermənistanın çiynində ağrılı Xocalı faciəsi kimi ağır cinayətlər var və Skapininin bütün bunlara necə biganə qalması mənə maraqlıdır”, -deyə M.Kosta fikirlərinə davam edir.

"Mən həmkarımla razıyam beynəlxalq ictimaiyyətin məsuliyyəti var. Amma onun məsuliyyəti Ermənistanı öz silahlı qüvvələrini Azərbaycan torpaqlarından geri çəkməyi tələb edən BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə də daxil olmaqla, beynəlxalq sənədlərə əməl etməyə məcbur etməkdən ibarətdir. Məhz bu işğal Skapininin bəhs etdiyi regiondakı qeyri-sabitliyin səbəbidir və məqalə müəllifinin böyük səylə müdafiə etdiyi Ermənistanın başlatdığı 12 iyul toqquşmalarının səbəbinin kökündə də elə həmin işğal dayanır”, - deyə M.Kosta qeyd edir.

M.Kosta vurğulayır ki, məhz Azərbaycana qarşı olan münasibəti nəticəsində Ermənistan regional proseslərdə iştirak etmək fürsətini əldən verib və Ermənistanın hal-hazırda üzləşdiyi dərin iqtisadi və sosial çətinliklər ilk növbədə bu məsələdən irəli gəlir, belə ki, əgər Ermənistan Azərbaycanın torpaqlarını işğal etməsəydi bu gün regionun inkişafı və təhlükəsizliyi üçün önəmli neft-qaz ixracı və digər nəqliyyat infrastrukturu layihələrində iştirak edə bilərdi.

Fikirlərinin sonunda M.Kosta Skapinini multietnik, çoxkonfessiyalı, zəngin tarix və səxavətli insanlarla dolu, Ermənistan xaric, bütün qonşuları ilə əla münasibətləri olan, Avropa, ilk növbədə İtaliya üçün etibarlı tərəfdaş olan Azərbaycana səfər etməyə dəvət etdiyini bildirir.

"Bəlkə Ermənistanın işğalının nəticələrini ancaq öz gözləri ilə görəndən, otuz ildir Azərbaycanın Dağlıq Qarabağ regionu və 7 ətraf rayonundakı evlərinə qayıtmağı gözləyən insanlarla iki kəlimə söhbət etdikdən sonra sabiq səfir "qurban” kəlməsinin həqiqi mənasının fərqinə varar. Azərbaycan uzun sürən təcavüzün qurbanıdır və beynəlxalq ictimaiyyət buna birdəfəlik son vermək üçün hərəkətə keçməlidir”, - deyə M.Kosta fikirlərini tamamlayır.

Yazı ilə BURADAN tanış olmaq mümkündür.

скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Komitə qadağa qoysa da, ATV-nin keçmiş prezidenti əməl etmir
Deputat qəbul keçirib
“Hər kəs qanun qarşısında bərabərdir və öz hərəkətlərinə görə məsuliyyət daşıyır
Cəmiyyətdən təcrid olunmuş yeniyetmələr topluma yenidən qazandırılacaq
Deputat Rüfət Quliyev seçiciləri qəbul edib
Sabah güclü külək əsəcək, yağış yağacaq - PROQNOZ
Ramiz Mehdiyev keçmiş nazirə yeni vəzifə verdi
Kolleclərdən tələbələrə “PANDEMİYA TÖHFƏSİ”: Təhsil haqları artırıldı
Sabah küçəyə çıxmaq təhlükəli ola bilər
Ermənistanın çiynində Xocalı faciəsi kimi ağır cinayətlər var” - İtaliyanın sabiq səfiri
Müəllim olmaq istəyənlərin nəzərinə
Vyetnam Rusiyadan koronavirus vaksini alacaq
ÜST məktəbləri təhlükə adlandırdı – Dərslər başlamayacaq?
ÜST-dən virusun qida vasitəsilə yayılması barədə AÇIQLAMA
Bayram günləri elektrik qatarları necə işləyəcək?
Azərbaycanda koronavirusla bağlı şad xəbər – Rəsmi
ABŞ Konqresində tibbi maskalarla bağlı yeni qayda
“CinemaPlus”dan sosial dəstək - FOTO/VİDEO
Bu gün 10 şəhər və rayonda buraxılış imtahanları keçiriləcək
Su ehtiyatlarının azalması sürətlənir
Azərbaycanın bölgələri üzrə COVID-19-a yoluxma faizi AÇIQLANDI
Azərbaycanda reanimasiyada olan koronaviruslu xəstələrin sayı açıqlandı
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.