А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
#EVDƏ QAL,EVDƏ QAL,EVDƏ QAL .Qarabag Azərbaycandir.

“Hər kəs qanun qarşısında bərabərdir və öz hərəkətlərinə görə məsuliyyət daşıyır

22.08.20 | Bölmə: Cəmiyyət | Baxış: 611 | Yazar: Celilova |
“Hər kəs qanun qarşısında bərabərdir və öz hərəkətlərinə görə məsuliyyət daşıyır
 
 
 
 
 "Təəssüflər olsun ki, son günlər karantin rejiminin hələ də qüvvədə olmasına baxmayaraq insanların sağlamlığını riskə ataraq kütləvi yığıncaqlar, toy və digər şənlik məclisləri keçirənlər olur. Bu cür sosial məsuliyyətdən uzaq şəxslər cəmiyyətimiz tərəfindən qınanmalı, dövlətin qoyduğu qanun və qaydalara riayət edilməlidir”.

Bunu Milli QHT Forumunun regional məsələlər üzrə vitse-prezidenti Qalib Nəbiyev deyib. Onun sözlərinə görə dövlətimiz xeyli müddətdir ki, əhalinin sağlamlığının qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir çox məhdudiyyətləri nəzərdə tutan xüsusi karantin rejimi tətbiq edib ki, hazırda bu istiqamətdə olan bəzi yumşalmalar kimlərəsə məsuliyyət hissini itirməyə rəvac verə bilməz: "Nazirlər Kabineti yanında Operativ Qərargah yoluxma və sağalma hallarında müsbət dinamikanı nəzərə alaraq avqustun 10-dan yumşaldıcı tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul etdi. Amma bu yumşalmalar fərqli istiqamətdə fərqli sahələrə aid idi ki, burada toy-nişan və s. kimi kütləvi məclislərin təşkili yer almamışdı. Yəni koronavirusla mübarizəyə ciddi təhdid yaratdığına görə, kütləvi tədbirlərin, o cümlədən yas və toy mərasimlərinin keçirilməsinə qadağa qüvvədə saxlanılıb.

Görünür kimlərsə, Azərbaycanın hüquqi dövlət olmasını, ölkəmizdə qanunun aliliyinin təmin edilməsini unudub və ona qayda və qanunların tətbiq edilməyəcəyi düşüncəsindədir. Amma bu qətiyyən belə ola bilməz, heç kim qanundan üstün də olmayacaq. Hər kəs qanun qarşısında bərabərdir və öz hərəkətlərinə görə məsuliyyət daşıyır. Bu səbəbdən də qaydaları pozanlar qanunla cəzalandırılırlar.

Mətbuatdan da izləyirik ki, bu günə kimi daxili işlər orqanları xüsusi karantin rejiminin tələblərini pozaraq əyləncə təşkil edən, toy, yas və s. mərasimləri keçirən çoxlu sayda şəxsi məsuliyyətə cəlb edib. Amma təəssüflər ki, bəzən bu məsuliyyətsiz davrananlar sırasında bəzi vəzifəli şəxslər də yer alır. Bu günlərdə bəzi məmurların müxtəlif toy mərasimləri təşkil etməsinə dair məlumatlar da yayıldı ki, bu da cəmiyyətin ciddi hiddətinə səbəb oldu və bu əməllər insanların qınağına məruz qaldı”.

Prezidentin ölkədə qanunun aliliyinin qarantı olduğunu deyən Qalib Nəbiyev hər kəsin qanun qarşısında məsuliyyəti və cavabdehliyinin ali iradənin tələbi olduğunu bildirib. Onun sözlərinə görə, heç bir vəzifəli şəxs öz statusundan istifadə edərək qanunları poza və qanunun tələblərinə hörmətsiz yanaşa bilməz: "Belə şəxslər də müəyyən olunduqda mütləq şəkildə məsuliyyətə cəlb edilirlər, onların barəsində cəza tədbirləri görülür və əminəm ki, qarşıdan gələn dövrdə bu tədbirlər daha da sərtləşdiriləcəkdir. Hər kəs onu da bilməlidir ki, qanun pozuntusuna görə mütləq şəkildə cavab verməli olacaq”.

Onun sözlərinə görə, koronavirusla mübarizə ümummilli məsələ olduğu üçün heç kim şəxsi mənafeyi naminə, tutduğu mövqeyə, vəzifəsinə görə insanların həyatını təhlükəyə ata və onların sağlamlığına zərər gətirə bilməz: "Bu reallığı hamı, həmçinin bəzi akademiklər də bilməli və başa düşməlidirlər ki, baş verənlərə görə mənəvi məsuliyyət daşıyırlar”.

 


скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin əməkdaşlarının həmmüəllifliyi ilə hazırlanmış məqalə beynəlxalq xülasələndirmə və indeksləmə sisteminə daxil olan “Springer” nəşriyyatında çap olunmuşdur
Bakı qara hazırlaşır
TƏBİB-dən Oqtay Şirəliyev və Ramin Bayramlıya vaksin vurulmaması iddialarına MÜNASİBƏT
Azərbaycanın MDB ölkələrinə ixracı artıb
Sosial şəbəkə hesabları bağlanan Trampa “VKontakte” və “Odnoklassniki” yer təklif etd
ANAMA və DİN-dən təcili əməliyyat
Koronavirusla bağlı SON STATİSTİKA
Utancverici medal davası
İlin ən fəal gənci
Bu Qələbə gözlənilən idi
Dəhşətə gəldim axı niyə belə edirlər?  Arzu Bayramova
Prezident gənc zabitimizi təltif etdi, Elşən Babayevə
“Xocalıda onlarla birgə yaşamaq bizim üçün çətin olacaq, amma...” - Milli Qəhrəmanın oğlu
Şəfəq Məmmədova: “26 illik pedaqoji fəaliyyət dönəmində şagirdlərimə biliklə yanaşı, vətənpərvərliyi də aşılayıram”
Gəncə-Qubadlı-Şuşa-Kəlbəcər bizi gözləyir
Prezident İlham Əliyev: Bu sənəddə öhdəlik var, dekabrın 1-nə qədər rədd olacaq qalan işğal edilmiş torpaqlardan
Prezident İlham Əliyev xalqa müraciət edib
Prezident İlham Əliyev: Biz dayanırıq, qarşı tərəf də dayanmalıdır, dayanmasa, biz də dayanmayacağıq
Prezident İlham Əliyev:
Gəncə terroru zamanı həlak olanların sayı 14-ə çatdı
Ekspress avtobuslar belə işləyəcək
Füzuli şəhəri işğaldan azad oldu - PREZİDENT
“Ermənistan çox gözəl anlayır ki, qarşısındakı 30 il əvvəlki Azərbaycan deyil”
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.