А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
#EVDƏ QAL,EVDƏ QAL,EVDƏ QAL .Qarabag Azərbaycandir.

Komitə qadağa qoysa da, ATV-nin keçmiş prezidenti əməl etmir

25.08.20 | Bölmə: İqtisadiyyat | Baxış: 553 | Yazar: Celilova |
Komitə qadağa qoysa da, ATV-nin keçmiş prezidenti əməl etmir
 
 
 
 

Tanınmış iş adamı Hacı İbrahim Nehrəmlinin qardaşı, ATV-nin keçmiş prezidenti Tağı İbrahimovun şirkəti Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qadağasına baxmayaraq qanunsuz bina tikintisini davam etdirir.

"Qafqazinfo”ya müraciət edən bir qrup sakin bildirib ki, T.İbrahimovun təsisçi olduğu, oğlu Elşən İbrahimovun faktiki rəhbərlik etdiyi "Nehrəm” MTK Nərimanov rayonu, Həsən Əliyev küçəsi 33, məhəllə 945-də inşa etdiyi 19 mərtəbəli binanın 4 metrliyində yeni 18 mərtəbəli bina tikir. İnşaat şirkəti binaların yanğın təhlükəsizliyini təmin etmir, tikintidə təhlükəsizlik qaydalarına əməl olunmur, kommunal xətlərin çəkilişi normalara cavab vermir. Yaşadıqları bina 14 ildir inşa olunsa da, sakinlər çıxarışla təmin olunmayıb. 

Şikayətçilər bildirib ki, yeni binanın inşasını "Kon-Lay Project" MMC həyata keçirir. Şirkətin rəhbəri isə Nofəl adlı keçmiş polis işçisidir. Lakin tikintiyə "Nehrəm” MTK tərəfindən Şahlar adlı şəxs vasitəsilə nəzarət edilir. 
Binanın cəmi 4 metrliyində 2 bloklu, 18 mərtəbəli bina tikilməsinə Dövlət Şəhərsalma Komitəsinin müavini Dövlətxan Dövlətxanov icazə verib. Sakinlər bununla bağlı həm tikintini həyata keçirən şəxslərə, həm də müvafiq məsul dövlət qurumlarına şikayət edərək etirazlarını bildirsələr də, hələ də binanın tikintisi davam edir.

 

Şikayəti araşdırmaq üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə əlaqə saxladıq. Komitədən "Qafqazinfo”ya bildirilib ki, bu barədə sakinlərdən şikayət daxil olub: "Həmin şikayət araşdırılıb və müəyyən edilib ki, ərazidə layihə üzrə nəzərdə tutulmayan 18 mərtəbəli bina tikintisi həyata keçirilir. Həmin layihə, o cümlədən onun baş planı üzrə tikinti aparılması qeyri-mümkündür”. 

Məsələ ilə bağlı "Nehrəm” MTK ilə əlaqə saxlamağa çalışsaq da, şirkətə məxsus məlumatları tapa bilmədik. Məlum oldu ki, paytaxtda çoxmərtəbəli binalar inşa edən bu şirkətin nəinki saytı, heç əlaqə vasitələri belə yoxdur. "Kon-Lay Project” MMC-dən isə onların tikinti şirkəti olmadıqlarını, "Nehrəm” MTK-ya məxsus hazır binada dizayn işlərini həyata keçirdiklərini dedilər. Şirkətdən həmçinin bildirdilər ki, yeni tikilən bina ilə ümumiyyətlə, əlaqələri yoxdur.

Gülnar Əliyeva

 

 




 

скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Şəfəq Məmmədova: “26 illik pedaqoji fəaliyyət dönəmində şagirdlərimə biliklə yanaşı, vətənpərvərliyi də aşılayıram”
Gəncə-Qubadlı-Şuşa-Kəlbəcər bizi gözləyir
Prezident İlham Əliyev: Bu sənəddə öhdəlik var, dekabrın 1-nə qədər rədd olacaq qalan işğal edilmiş torpaqlardan
Prezident İlham Əliyev xalqa müraciət edib
Prezident İlham Əliyev: Biz dayanırıq, qarşı tərəf də dayanmalıdır, dayanmasa, biz də dayanmayacağıq
Prezident İlham Əliyev:
Gəncə terroru zamanı həlak olanların sayı 14-ə çatdı
Ekspress avtobuslar belə işləyəcək
Füzuli şəhəri işğaldan azad oldu - PREZİDENT
“Ermənistan çox gözəl anlayır ki, qarşısındakı 30 il əvvəlki Azərbaycan deyil”
Virtual karabakhyuxarı Gəncənin qisası ağır oldu: Düşmənin “Tor-M2KM” zenit-raket kompleksləri məhv edildi
Ağcabədi atəşə tutuldu: Yaralı var - RƏSMİ
Ermənistana hansı sanksiyalar tətbiq edilə bilər?
Metro bağlanır - RƏSMİ
Dövlət qurumlarında iş qrafiki dəyişdirildi
Milli Qəhrəmanını 12 yaşlı nəvəsindən möhtəşəm addım
Yaşı 65-dən yuxarı olanlara TÖVSİYƏ
Təhsil müəssisələri bağlanır
MN: Səhər saatlarından başlayaraq bir sıra yaşayış məntəqələrimiz atəşə tutulur
Hikmət Hacıyev:
Ön cəbhədə savaşan həm də həkimlərimizdir
Kanadada ermənilər azərbaycanlıya hücum etdi
Elçin Rüstəmov:
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.