“Qarabağdan mənim də səsim gələcək!”- Məşhurlarımız orduya dəstək oldu
Son günlərdə cəbhədə gedən şiddətli döyüşlərə məşhurlarımız da sosial şəbəkə hesabında dəstək veriblər.
Məlumat-Mərkəzi.az xəbər verir ki, işğal olunmuş torpaqlarımız uğrunda gedən döyüşlərdə hərbçilərimiz böyük şücaət göstərərək, 7 kəndimizi işğaldan azad edib. Ölkədə böyük coşqu ilə qarşılanan qələbə xəbərləri məşhurların da döyüş əzmini yüksək tutub. Onlar da öz növbəsində cəbhəyə dəstək paylaşımları ediblər.
Xalq artisti Flora Kərimova: "Qarabağdan mənim də səsim gələcək! Allah Azərbaycan əsgərini qorusun!”
Xalq artisti Mələkxanım Əyyubova: "Zəfər sənindir, Azərbaycan əsgəri!”
Xalq artisti Aygün Kazımova: "Qarbağ bizimdir, Qarabağ Azərbaycandır!”
Xalq artisti Faiq Ağayev: "Zəfər ilə yürüş edək biz”
Müğənni Xatirə İslam: "Azərbaycanın hazırda orduda olan əsgərindən tutmuş genarllarına qədər qeyrətli oğlanlarına , düşmənlə bu saat burun-buruna dayanan hər bir qardaşa Allahdan səbr, can sağlığı, möhkəm iradə arzulayıram. Allah sizi öz qanadının altında saxlasın”.
Aparıcı Zaur Baxşəliyev: "Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan xalqı, Azərbaycan dövləti, Azərbaycan ordusu!”
Aktyor Müşfiq Şahverdiyev: "Allah şəhidlərimizə rəhmət eləsin! Siz öz torpaqlarınız uörunda şəhid oldunuz. Yeriniz cənnətdir. Sizinlə qürur duyuruq, Azərbaycan əsgəri!”
Aparıcı Xoşqədəm Baxşəliyeva: "Xalq sizinlədir, cənab prezident! Bizə bu sevinci yaşatdığınıza görə çox sağ olun. Rəbbim sizi, ordumuzu igid oğullarımız qorusun! Qarabağ Azərbaycandır!”.
Köşə:
Reklam:
