А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
#EVDƏ QAL,EVDƏ QAL,EVDƏ QAL .Qarabag Azərbaycandir.

Türkiyəli jurnalist: "Azərbaycanın qələbəsi yaxındır"

28.09.20 | Bölmə: Son Xəbər » Gündəm | Baxış: 32 | Yazar: Arzu |
Türkiyəli jurnalist: "Azərbaycanın qələbəsi yaxındır"
 
 
 
 

"Ermənilərin Azərbaycana qarşı təxribat törədərək alovlandırdığı vəziyyəti "müharibə başladı" deyə təqdim etməməliyik”.

Məlumat-Mərkəzi.az report-a istinadən xəbər verir ki, bunu Türkiyənin "24 TV” telekanalının aparıcısı, "Star” qəzetinin köşə yazarı, Dağlıq Qarabağ münaqişəsinin başladığı illərdə Azərbaycana gedən ilk türk jurnalist Ardan Zentürk deyib.

"Baxıram ki, bir çox xəbər saytları "Ermənistan-Azərbaycan arasında müharibə başladı” yazırlar. Bütün dünya mediasına səslənirəm ki, baş verənlərin tarixi xronologiyasını dəqiq araşdırsınlar. Bu, yeni başlayan bir müharibə deyil. Əslində, biz Cənubi Qafqazda 1988-ci ildən başlayan müharibənin yeni mərhələsinə qədəm qoymuşuq. 1994-cü ildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına vasitəçilik edən və ABŞ, Rusiya və Fransanın həmsədr ölkələr olduğu ATƏT-in Minsk Qrupunun dövrəyə girməsilə atəşkəs elan olunmasına baxmayaraq, müharibə vəziyyəti davam edirdi. Ona görə də indiki situasiyanı "müharibə başladı" kimi təqdim etməklə Ermənistan və Rusiyanın çörəyinə yağ sürtürük”, - o qeyd edib.

A.Zentürk Azərbaycandan gələn xəbərləri həyəcanla izlədiyini və qələbənin yaxında olduğunu bildirib: "Çünki bu günlərdə Azərbaycan tarix yazır. Mən müstəqilliyini canı, qanı bahasına qazanan Azərabaycanın ən çətin günlərinin canlı şahidiyəm. Həmin illərdə Ağdamda idim, təəssüf ki, bu gün Ağdam Ermənistanın işğalı altındadır. Həmin vaxtlar Ermənistana dəstək üçün Dağlıq Qarabağa gələn muzdluların əllərində sadəcə Rusiya deyil, ABŞ və Fransanın da silahları olduğunu görmüş və bunu sübütlarla mediaya təqdim etmişdim".

O vurğulayıb ki, bu gün Türkiyənin Azərbaycana dəstəyi tarixi əhəmiyyət daşıyır: "Bundan narahat olan Rusiya bölgədə qarşıdurmaların dayandırılmasını istəyir. Ancaq baş verənlər hər şeyi çılpaqlığı ilə ortaya qoymaqdadır. Azərbaycan üçün böyük qələbə çox yaxındadır. İndiki vaxtda Türkiyənin Azərbaycan sonsuz dəstəyi əslində düşmənə ən böyük zərbə oldu. Türkiyə və Azərbaycan "Bir millət, iki dövlət” olaraq zəfərə doğru gedir. Sadəcə türk kimliyi ilə iki qardaş ölkə bu gün çiyin-çiyinədir və düşünürəm ki, ən qısa zamanda biz bu müharibəni ən doğru şəkildə başa çatdıracağıq. Azərbaycanda olan hər bir türk qədər bizlər də həyacan içindəyik. Mən Azərbaycanın səsi olmağa hazıram”.

скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Gəncə terroru zamanı həlak olanların sayı 14-ə çatdı
Ekspress avtobuslar belə işləyəcək
Füzuli şəhəri işğaldan azad oldu - PREZİDENT
“Ermənistan çox gözəl anlayır ki, qarşısındakı 30 il əvvəlki Azərbaycan deyil”
Virtual karabakhyuxarı Gəncənin qisası ağır oldu: Düşmənin “Tor-M2KM” zenit-raket kompleksləri məhv edildi
Ağcabədi atəşə tutuldu: Yaralı var - RƏSMİ
Ermənistana hansı sanksiyalar tətbiq edilə bilər?
Metro bağlanır - RƏSMİ
Dövlət qurumlarında iş qrafiki dəyişdirildi
Milli Qəhrəmanını 12 yaşlı nəvəsindən möhtəşəm addım
Yaşı 65-dən yuxarı olanlara TÖVSİYƏ
Təhsil müəssisələri bağlanır
MN: Səhər saatlarından başlayaraq bir sıra yaşayış məntəqələrimiz atəşə tutulur
Hikmət Hacıyev:
Ön cəbhədə savaşan həm də həkimlərimizdir
Kanadada ermənilər azərbaycanlıya hücum etdi
Elçin Rüstəmov:
Diplomatik korpusun nümayəndələri Gəncəyə səfər edəcək
Gəncə teraktının əmrini kim verib? - Korotçenko
Düşmənin Tərtəri atəşə tutması nəticəsində xeyli sayda yaşayış məntəqəsinə ziyan dəyib
Hücuma keçən düşmənə sarsıdıcı zərbə: Canlı qüvvə, sığınacaq və çox sayda texnika məhv edildi - RƏSMİ
Prezident İlham Əliyev: Paşinyan Azərbaycan xalqından üzr istəsin və desin ki, Qarabağ Ermənistan deyil
İlham Əliyev və Mehriban Əliyeva bir aylıq əməkhaqlarını Silahlı Qüvvələrə Yardım Fonduna ianə ediblər
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.