А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
#EVDƏ QAL,EVDƏ QAL,EVDƏ QAL .Qarabag Azərbaycandir.

Gəncə teraktının əmrini kim verib? - Korotçenko

12.10.20 | Bölmə: Son Xəbər » Siyasət | Baxış: 23 | Yazar: Celilova |
Gəncə teraktının əmrini kim verib? - Korotçenko
 
 
 
 
 
Ermənistan silahlı qüvvələrinin Gəncəyə raket hücumu və nəticədə 9 dinc sakinin həlak olması təsadüfi bir hərbi səhv ola bilməz. Bu, İrəvan tərəfindən planlaşdırılmış bir terror aktı və ya hərbi cinayətdir.

Melumat-merkezi.az  Axar.az-a istinadən xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.

Onun sözlərinə görə, Gəncə hücumu öncədən planlaşdırılıb, təsdiqlənib və sanksiyalaşdırılıb:

"Bu, sadəcə atəşkəs sazişinin imzalanmasından bir gün sonra öhdəlikləri kobud şəkildə pozmaq deyil. Məğzindən asılı olaraq, bu, ya hərbi cinayətdir, ya da beynəlxalq terror aktı. Hərbi əməliyyatlar artilleriya və ya reaktiv yaylım atəşi sistemləri vasitəsilə aparıldığı zaman mərmilərin yön dəyişməsi səbəbiylə qeyri-hərbi hədəflərin məhv olması istisna edilmir. Lakin Gəncəyə atılan ballistik raketlərə uçuş tapşırığı və zərbənin vurulduğu yerin koordinatları öncədən qeyd olunur”.

Ekspert, həmçinin zərbənin müəllifinin araşdırılmasının zəruri olduğunu da qeyd edib:

"İrəvan rəsmi Bakıyla imzalanan atəşkəsi artıq məhv edərək dinc Azərbaycan əhalisinə qarşı həyasızca və qəsdən hücumlar edir. Buna bəraət qazandırmaq olmaz! Faktlar araşdırılmalı və hücum təşkilatçıları beynəlxalq tribunala cəlb edilməlidir. Digər tərəfdən hücum əmrinin kim tərəfindən verildiyinə aydınlıq gətirilməlidir. Əgər əmr Paşinyan tərəfindən verilibsə, o, beynəlxalq tribunalda İkinci Dünya müharibəsində etdiklərinə görə məsuliyyət daşıyan insanlardan fərqlənmir”.

Korotçenko Paşinyandan savayı hücum əmrini müdafiə naziri Tonoyanın verə biləcəyini də istisna etməyib.
скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Gəncə terroru zamanı həlak olanların sayı 14-ə çatdı
Ekspress avtobuslar belə işləyəcək
Füzuli şəhəri işğaldan azad oldu - PREZİDENT
“Ermənistan çox gözəl anlayır ki, qarşısındakı 30 il əvvəlki Azərbaycan deyil”
Virtual karabakhyuxarı Gəncənin qisası ağır oldu: Düşmənin “Tor-M2KM” zenit-raket kompleksləri məhv edildi
Ağcabədi atəşə tutuldu: Yaralı var - RƏSMİ
Ermənistana hansı sanksiyalar tətbiq edilə bilər?
Metro bağlanır - RƏSMİ
Dövlət qurumlarında iş qrafiki dəyişdirildi
Milli Qəhrəmanını 12 yaşlı nəvəsindən möhtəşəm addım
Yaşı 65-dən yuxarı olanlara TÖVSİYƏ
Təhsil müəssisələri bağlanır
MN: Səhər saatlarından başlayaraq bir sıra yaşayış məntəqələrimiz atəşə tutulur
Hikmət Hacıyev:
Ön cəbhədə savaşan həm də həkimlərimizdir
Kanadada ermənilər azərbaycanlıya hücum etdi
Elçin Rüstəmov:
Diplomatik korpusun nümayəndələri Gəncəyə səfər edəcək
Gəncə teraktının əmrini kim verib? - Korotçenko
Düşmənin Tərtəri atəşə tutması nəticəsində xeyli sayda yaşayış məntəqəsinə ziyan dəyib
Hücuma keçən düşmənə sarsıdıcı zərbə: Canlı qüvvə, sığınacaq və çox sayda texnika məhv edildi - RƏSMİ
Prezident İlham Əliyev: Paşinyan Azərbaycan xalqından üzr istəsin və desin ki, Qarabağ Ermənistan deyil
İlham Əliyev və Mehriban Əliyeva bir aylıq əməkhaqlarını Silahlı Qüvvələrə Yardım Fonduna ianə ediblər
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.