Milli Qəhrəmanını 12 yaşlı nəvəsindən möhtəşəm addım
Milli Qəhrəmanını 12 yaşlı nəvəsindən möhtəşəm addım, qəpik-qəpik yığdığı 103 manatı əsgərə göndərdi
Azərbaycanın şəhid Milli Qəhrəmanı Tofiq Hüseynovun nəvəsi Azərbaycan əsgərinə maddi dəstək göstərib. Şəhid babasının adını daşıyan 12 yaşlı Tofiq Hüseynov ailə üzvlərindən xəbərsiz ASAN xidmət-in "Əsgərə məktub” layihəsinə qoşulub. T. Hüseynov layihəyə qoşulmaqla yanaşı, valideynlərindən xəbərsiz möhtəşəm addım atıb. Dediyinə görə, bir neçə ay imiş ki, şəxsi kassa düzəldib və kassaya yalnız 50 qəpiklik yığırmış. Məqsədi yığdığı pulla özünə fotoaparat almaq olub. Lakin, sonradan 12 yaşlı cəngavər fikrini dəyişib. T. Hüseynov sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin cəbhə xəttində təxribat törətdiyini eşidib və Azərbaycan Ordusunun əks-həmlə hücumuna başladığı barədə məlumatlar alıb. Elə bununla da azyaşlı özünə fotoaparat almaq fikrindən daşınıb. Kassasını götürüb evdən çıxan T. Hüseynov birbaşa 5 saylı Asan Xidmət mərkəzinə yollanıb. T. Hüseynov əsgərə məktub yazandan sonra xidmət əməkdaşlarına yaxınlaşaraq kassasında olan bütün pulları əsgərlərə yardım etmək istədiyini bildirib. Xidmət əməkdaşları 12 yaşlı T. Hüseynovun bu addımını alqışlayıb və onun iştirakı ilə kassa açılıb. Məlum olub ki kassada 103 manat 50 qəpik var. Xidmət əməkdaşları T. Hüseynovu bu fikrindən daşındırmaq istəsə də, alınmayıb. Balaca qəhrəman pulunun hamısını əsgərə göndərmək, həmin pula onların üşüməməsi üçün isti əlcək və corab alınmasını xahiş edib. Azyaşlının xahişi ilə xidmət əməkdaşları 103 manatı qəbul edərək əsgər fonduna göndərib. Balaca Tofiq ASAN xidmət əməkdaşlarına bir arzusunu da çatdırıb. Bildirib ki, torpaqların alınmasını həm də ona görə istəyir ki, Xocalıya gedib adını daşıyıb üzünü görmədiyi babasının və nənəsinin qoxusunu o torpaqlardan almaq istəyir.

Bax Azərbaycanda bu gün də belə qəhrəmanlar yetişir. Ot kökü üstə bitər deyiblər. 1992-ci ildə Xocalı özünümüdafiə batalyonunun komandiri olan, şəhid Milli Qəhrəman Tofiq Hüseynovun ocağında bu gün ikinci qəhrəman Tofiq Hüseynov yetişir. Bu cür qəhrəmanları olan ölkə daim qalib olmalıdır!
Samir Eli
(səs: 1)
Oxşar:
Şərhlər:
Köşə:
Uşaq götürmək də asanlaşır
18.02.19 | Köşə
Qələbə tariximizi özümüz yazmalıyıq...
30.03.18 | Köşə
Reklam:

Xəbər Lenti:
Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin əməkdaşlarının həmmüəllifliyi ilə hazırlanmış məqalə beynəlxalq xülasələndirmə və indeksləmə sisteminə daxil olan “Springer” nəşriyyatında çap olunmuşdur
19.01.21 | İqtisadiyyat
Azərbaycanın MDB ölkələrinə ixracı artıb
09.01.21 | Son Xəbər » İqtisadiyyat
Sosial şəbəkə hesabları bağlanan Trampa “VKontakte” və “Odnoklassniki” yer təklif etd
09.01.21 | Xarici xəbərlər
Koronavirusla bağlı SON STATİSTİKA
09.01.21 | Cəmiyyət
Utancverici medal davası
29.12.20 | Cəmiyyət
İlin ən fəal gənci
28.12.20 | Xəbər Lenti
Bu Qələbə gözlənilən idi
24.12.20 | Cəmiyyət
“Xocalıda onlarla birgə yaşamaq bizim üçün çətin olacaq, amma...” - Milli Qəhrəmanın oğlu
07.12.20 | Cəmiyyət
Şəfəq Məmmədova: “26 illik pedaqoji fəaliyyət dönəmində şagirdlərimə biliklə yanaşı, vətənpərvərliyi də aşılayıram”
26.11.20 | Cəmiyyət
Prezident İlham Əliyev: Biz dayanırıq, qarşı tərəf də dayanmalıdır, dayanmasa, biz də dayanmayacağıq
Ekspress avtobuslar belə işləyəcək
17.10.20 | Cəmiyyət