А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
#EVDƏ QAL,EVDƏ QAL,EVDƏ QAL .Qarabag Azərbaycandir.

“Ermənistan çox gözəl anlayır ki, qarşısındakı 30 il əvvəlki Azərbaycan deyil”

17.10.20 | Bölmə: Siyasət | Baxış: 63 | Yazar: Celilova |
 “Ermənistan çox gözəl anlayır ki, qarşısındakı 30 il əvvəlki Azərbaycan deyil”
 
 
 
 

"Ermənistan öz vandallığından qalmır. Xocalı soyqırımını bu gün Gəncə üzərində təkrarlayır. Artıq üçüncü dəfə gecə saatlarında, hər kəs yuxudaykən çirkin niyyətini həyata keçirdi, qadağan edilmiş silahlardan şəhərə zərbələr endirdi. Ancaq cənab Prezidentimizin də dediyi kimi, ermənilərin bu namərd hücumları Azərbaycanı yolundan döndərə bilməz, Azərbaycan xalqının iradəsini qıra bilməz”.

 

Bunu Versus.Az-a Ermənistanın Gəncəyə etdiyi növbəti raket hücumunu və Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin "A Haber” televiziya kanalına verdiyi müsahibəsini şərh edən Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılova bildirib.

 

MMP sədr müavini Könül İsmayılovanın şərhini təqdim edirik:

 

Gəncədə baş verənlərə baxmayaraq, insanlar "biz torpaqlarımızı, Qarabağı istəyirik, Ali Baş Komandanın yanındayıq və əmrini gözləyirik” deyir. Bu sözlərin özü düşmən ölkələrə bir mesajdır. Bu gün uşaqdan qocayadək bütün Azərbaycan Ermənistanın vandallığına, işğalçılığına bundan artıq səbr etmək fikrində deyil. Və eyni zamanda dünya da görür ki, Azərbaycan tərəf yalnız düşmənin terroruna qarşı əks-hücumlar etməklə Ermənistanın işğalda saxladığı tarixi torpqlarımızı geri alırıq. Bunu cənab Prezident də xarici mətbuatlara müsahibələrində qeyd edib ki, - "Azərbaycan ordusu heç zaman mülki şəxslərə qarşı atəş açmır, bu gün də açmırıq, baxmayaraq ki, Gəncəyə, Tərtərə hücumlar oldu. Azərbaycan vətəndaşları öz torpağında qürurla yaşayırlar və bütün bu çətinliklərə dözürlər. Onları birləşdirən bir amal var – Qarabağın qaytarılması, Azərbaycan bayrağının işğal edilmiş bütün torpaqlarda qaldırılması və ərazi bütövlüyünün bərpa edilməsi”. Biz bununla necə humanist dövlət olduğumuzu bir daha göstərmiş oluruq.

Az öncə Ermənistan atəşkəs istədi və Azərbaycan ona sonuncu şansı verdi. Bu danışıqlara birbaşa vasitəçi olan Rusiya və digər ölkələr də gördü ki, "humanitar atəşkəs” adı altında özünə vaxt qazanan Ermənistan birgə bəyanatın tətbiqindən heç yarım saat keçməmiş Gəncəni, Tərtəri, Ağcabədini, Mingəçeviri, Bərdəni, Beyləqanı raket zərbələrinə məruz qoydular. Biz bunu onlara bağışlamayacağıq. Bu baxımdan Prezidentimizin fikirləri Azərbaycan xalqının istəklərini təsdiqləmiş oldu. Prezident dedi ki, - "Ermənistan görəndə ki, artıq döyüş meydanında işğal edilmiş torpaqları qoruya bilmir, onlar atəşkəs üçün müraciət etdilər. Bilirsiniz ki, Rusiya bu missiyanı öz üzərinə götürmüşdür, Azərbaycan da bildirdi ki, humanitar məqsədlər üçün, cəsədlərin götürülməsi, əsirlərin dəyişdirilməsi üçün atəşkəs elan oluna bilər. Ancaq görünür ki, Ermənistan bu atəşkəsdən istifadə etmək istəyir, bir gün keçməmiş Gəncəyə bu namərd hücumu təşkil etdilər. Ondan sonra digər şəhərlərimizi vurmağa başladılar və faktiki olaraq bu atəşkəsi kobudcasına pozdular. Ona görə bu, onların taktikasıdır”. Prezidentin çıxışlarındakı qətiyyətini yalnız bizim xalq görmür, düşmən də çox gözəl anlayır ki, qarşısındakı 30 ildir münaqişənin həllini danışıqlar yolu, sülh yolu ilə gözləyən dövlət deyil.

 

Ermənistanın havadarları da görürlər ki, müharibənin 20-ci günündə artıq erməni ordusu tamamən zəifləyib. Əlacı kəsilmiş mənfur Ermənistan muzdlu döyüşçülərin ümidinə qalıb. Cənab Prezidentin dediyi kimi, Ermənistan müharibə coğrafiyasını genişlətməyə çalışır. O qədər harınlayıb, başını itirib ki, illərdir qoltuğunun altına sığındığı Rusiyanı da vecinə almır. Bu məqamda situasiyaya uyğun gələn bir deyimi qeyd etmək istərdim, deyir, "keçinin əcəli çatanda buynuzunu çobanın çomağına sürtür”. Hazırda Ermənistanın Rusiya ilə münasibətləri bu səviyyədədir. Sirr deyil ki, Paşinyan Sorosun adamıdır və Rusiyaya qarşıdır. Prezidentimiz müsahibəsində bunu çox aydın izah edir, deyir ki, - "Ermənistanda çevrilişin təşkil edilməsində Soros qruplarının böyük rolu oldu və Paşinyan əslində, hər zaman anti-Rusiya mövqeyində olub. O millət vəkili olarkən hər zaman Rusiyanın əleyhinə idi. Hər şeyi Rusiyanın əleyhinə etdi, Rusiyanın "Qazprom” şirkətinə, dəmir yolu şirkətinə cinayət işi açdı”. İndi mənim üçün maraqlıdır, Rusiya özü bunu bilmirmi?

 

Ürəkaçan haldır ki, Azərbaycanın haqlı və ədalətli mübarizəsi dəstəklənir. İlk yanımızda olanlar qardaş Türkiyə Pakistan oldu. Bu gün artıq Azərbaycana dəstək olan ölkələrin sayı artmaqdadır. Açıq şəkildə Ermənistana yaxınlığını göstərən Fransa isə Prezident İlham Əliyevlə telefon danışığından sonra artıq tərəfsizlik göstərməyə məcburdur. Bu barədə cənab Prezident öz müsahibəsində belə deyir: "Türkiyə və Pakistan Azərbaycana ilk dəstək olan ölkələrdir. Onlardan sonra bu ölkələrin sayı artdı. Ondan sonra Əfqanıstan açıq dəstək göstərdi. Bosniya və Herseqovina, ondan sonra digər ölkələr dəstək göstərdilər. Ən çox dəstək göstərən qardaş Türkiyə olmuşdur. Bu Azərbaycanı daha da ruhlandırdı. Ancaq hərbi dəstəkdən söhbət gedə bilməz. Fransa isə həmsədr kimi bitərəf olmalıdır. Hər bir ölkənin başqa ölkə ilə xüsusi əlaqələri ola bilər. Ancaq həmsədrlik artıq başqa bir mexanizmdir. Bu, həmsədr olan ölkələrin üzərinə böyük məsuliyyət qoyur. Ona görə onlar bu mandat çərçivəsində gərək bitərəf olsunlar. Bu günə kimi Fransanın addımları və yanaşması müsbətdir. İran və Gürcüstan öz hava məkanını və quru yollarını Ermənistana silahların daşınmaması üçün bağladı”.

 

Qeyd edim ki, cənab Prezident az qala dünyanın qısqandığı Azərbaycan-Türkiyə qardaşlığına heç bir qüvvənin təsir edə bilməyəcəyini də xarici mətbuata verdiyi bütün müsahibələrində xüsusi vurğulayır. Düşünürəm ki, ölkələrimizin və xalqlarımızın bu birliyi sayəsində hər zaman qalib olacağıq.

 

Daim Ali Baş Komandanın yanındayıq! Dövlətimiz var olsun! Allah Ordumuzu qorusun! Qarabağ Azərbaycandır!


скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Gəncə terroru zamanı həlak olanların sayı 14-ə çatdı
Ekspress avtobuslar belə işləyəcək
Füzuli şəhəri işğaldan azad oldu - PREZİDENT
“Ermənistan çox gözəl anlayır ki, qarşısındakı 30 il əvvəlki Azərbaycan deyil”
Virtual karabakhyuxarı Gəncənin qisası ağır oldu: Düşmənin “Tor-M2KM” zenit-raket kompleksləri məhv edildi
Ağcabədi atəşə tutuldu: Yaralı var - RƏSMİ
Ermənistana hansı sanksiyalar tətbiq edilə bilər?
Metro bağlanır - RƏSMİ
Dövlət qurumlarında iş qrafiki dəyişdirildi
Milli Qəhrəmanını 12 yaşlı nəvəsindən möhtəşəm addım
Yaşı 65-dən yuxarı olanlara TÖVSİYƏ
Təhsil müəssisələri bağlanır
MN: Səhər saatlarından başlayaraq bir sıra yaşayış məntəqələrimiz atəşə tutulur
Hikmət Hacıyev:
Ön cəbhədə savaşan həm də həkimlərimizdir
Kanadada ermənilər azərbaycanlıya hücum etdi
Elçin Rüstəmov:
Diplomatik korpusun nümayəndələri Gəncəyə səfər edəcək
Gəncə teraktının əmrini kim verib? - Korotçenko
Düşmənin Tərtəri atəşə tutması nəticəsində xeyli sayda yaşayış məntəqəsinə ziyan dəyib
Hücuma keçən düşmənə sarsıdıcı zərbə: Canlı qüvvə, sığınacaq və çox sayda texnika məhv edildi - RƏSMİ
Prezident İlham Əliyev: Paşinyan Azərbaycan xalqından üzr istəsin və desin ki, Qarabağ Ermənistan deyil
İlham Əliyev və Mehriban Əliyeva bir aylıq əməkhaqlarını Silahlı Qüvvələrə Yardım Fonduna ianə ediblər
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.