Dəhşətə gəldim axı niyə belə edirlər? Arzu Bayramova
Bir səhifədə xəyanət xəbərini gördüm özüdə
qadın ərinə xəyanət edib. Bəzi səhifə adminləri siz bu zamanda nə ucuz təbliğat
aparırsınız?!İndi elə dövrdür ki,sosial şəbəkələr,smartfonlar dövrüdür və
yeniyetmə uşaqlarda istifadə edir. Sizcə 15 yaşında qız o,xəbəri görüb nə öyrənəcək?
Şəhid xanımları gördünüz həyat yoldaşını çiyinlərində son mənzilə apardı. O,əslində
onunla göstərdi ki, səndən sonra sənin yerinədə yaşayacam, övladlarını
yaşadaraq. Mən görmüşəm, bilirəm, nə deməkdir bu sevdiyin adam yanında
olmadan onu sevmək nədir canlı şahidiyəm. Ən dəhşəti isə o xəbərə gələn
like’dır.Hər kəs reytinqi bir cür qazanır amma bu gün o, xəbərlərin yeri
deyil.Bizdə örnək alınası ailə dəyərləri var, sırf sizin bu xəbərlərə görə,
bizim ölkədədə yetkin yaşına çatmayan qızlar yəqin asant yol budur fikrinə
düşür.
Keçən il DİN "Daxili İşlər Nazirliyi” ilə birgə bir sorğu keçirtmişdim dəhşət
idi bu. Sığınacaqlarda məşhurlaşmaq üçün ailəsini dağıdan qızlar var idi.
Dəhşətə gəldim axı niyə belə edirlər? Əslində özümə verdiyim sualı, özümdə
cavabladım bəzi reytinq xəstəsi xəbər səhifələrinə görə.Dəfələrlə bu mövzuda
araşdırmalarım, yazılarım olub qızlara ən vacib düzgün tərbiyə,təhsil,peşə
sahibi olmalarıdır. Hansısa modelin geyim tərzi yerinə aldığı təhsildən, dünya
görüşündən yazın.Hər halda 500 manatlıq ayyaqqabını, 1000 aznlik paltarı alıb
geyinə bilməyən yetgin qızda ona qibtə edir. Kaş məndə belə olardım və sonrakı
gəlinən nəticə dəhşət olur. Hər kəsin yaşam çərçivəsi var mənim çantamı
almışamsa bu mənə aitdir nə lazımdır qiymətin yazırsınız? Kimə lazımdır axı bu
nə reklamdır ki, sizə göndərirlər sizdə yayınlayırsınız?
Köşə:
Reklam:
