А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
#EVDƏ QAL,EVDƏ QAL,EVDƏ QAL .Qarabag Azərbaycandir.

Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin əməkdaşlarının həmmüəllifliyi ilə hazırlanmış məqalə beynəlxalq xülasələndirmə və indeksləmə sisteminə daxil olan “Springer” nəşriyyatında çap olunmuşdur

19.01.21 | Bölmə: İqtisadiyyat | Baxış: 61 | Yazar: Celilova |
Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin əməkdaşlarının həmmüəllifliyi ilə hazırlanmış məqalə beynəlxalq xülasələndirmə və indeksləmə sisteminə daxil olan “Springer” nəşriyyatında çap olunmuşdur
 
 
 
 
 

Azərbaycan Respublikasının iqtisadi sahədə həyata keçirdiyi dövlət siyasətinin əsas istiqamətlərindən biri də "kölgə iqtisadiyyatı” ilə səmərəli mübarizənin təşkilidir. Son illərdə aparılan islahatlar ölkədə "kölgə iqtisadiyyatı”nın, onun geniş yayılmış qeyri-rəsmi məşğulluq, ikili mühasibatlığın aparılması kimi xarakterik hallarının xeyli dərəcədə azalmasına imkan vermişdir. Lakin "kölgə iqtisadiyyatı”nın həcmi böyük potensial olduğundan, onunla effektiv mübarizə dövlət büdcəsinin gəlirlərinin artırılması üçün mühüm əhəmiyyət kəsb edir. Dövlətimiz tərəfindən bu sahədə ən müxtəlif, eyni zamanda, zəruri olan bütün istiqamətlər üzrə kompleks və institusional, həmçinin elmi tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının İqtisadiyyat naziri cənab M.Cabbarovun bilavasitə təşəbbüsü və rəhbərliyi ilə ardıcıl olaraq 13 fevral 2018-ci il və 18 fevral 2019-cu il tarixlərdə dövlət qurumların, beynəlxalq təşkilatların, ictimai birliklərin, qeyri-hökumət təşkilatların nümayəndələri, eləcə də sahibkarlar və iş adamlarının iştirakı ilə "Vergilər. Şəffaflıq. İnkişaf” mövzusunda konfrans keçirilmişdir.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzində bəhs edilən mövzunun kifayət qədər aktual olduğu nəzərə alınaraq, bu sahə üzrə keçirilən tədbirlərdə, layihələrdə iştirak etməyə, elmi məqalələrin hazırlanıb çap olunmasına səy göstərilir. "Vergilər” sosial-iqtisadi onlayn qəzetinin məlumatına əsasən, DVX-nin Tədris Mərkəzinin, AMEA İqtisadiyyat İnstitutunun və ADA universitetinin alimlərinin birgə əməkdaşlıq çərçivəsində hazırlamış olduqları "Dövlət - iqtisadi subyektin kölgə iqtisadiyyati və vergi sahəsində qarşılıqlı əlaqəsinin fazzi tənzimlənməsi modeli” ("Fuzzy Regulation Model of the Interaction Between the State and Economic Subject Within the Shadow Economy and Tax Field”) adlı məqalə 5 yanvar 2021-ci il tarixdə "Springer” Beynəlxalq Nəşriyyatında (Springer International Publishing) "14th International Conference on Theory and Application of Fuzzy Systems and Soft Computing – ICAFS-2020” mövzusunda keçirilmiş konfransın materiallarında çap olunmuşdur.

Məqalədə idarəedici faktor rolunda çıxış edən iqtisadi fəaliyyətin rentabelliyi, kölgədə qalma xərci, vergi və gəlirin ümumi faydalılığa töhfəsi fazzi yanaşma ilə qiymətləndirilmişdir. Kölgə iqtisadiyyatının qiymətləndirilməsi üçün gizlədilmiş rentabelliyə əsasən yeni metod təklif edilmişdir. Təklif olunan yanaşma yayındırılmış dövriyyəni real rentabelliklə bəyan olunmuş rentabelliyin fərqinə əsasən qiymətləndirməyə imkan verir və bu əsasda yayındırılmış vergi hesablanılır. Beləliklə, ilk dəfə olaraq kölgə iqtisadiyyatının xüsusi çəkisinin qiymətləndirilməsi üçün iqtisadiyyatın səmərəliliyini xarakterizə edən əsas faktorlardan biri rentabellikdən istifadə olunmasını yayındırılmış verginin hesablanması üçün effektiv yanaşma olduğu təsbit edilmişdir.

Məqalə ilə aşağıdakı link vasitəsi ilə tanış olmaq olar:

https://link.springer.com/chapter/10.1007/978-3-030-64058-3_27#citeas

 


скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Neftçi İK Ağsu komandası qələbə qazandı
İnsanlara inteqrativ  tibb həkimlərindən online konsultasiya qrupu yaradıldı və ödənişsiz insanlara kömək edilir.
Füzulidə yas mərasimləri, ehsan süfrələri necə keçirilir
Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin əməkdaşlarının həmmüəllifliyi ilə hazırlanmış məqalə beynəlxalq xülasələndirmə və indeksləmə sisteminə daxil olan “Springer” nəşriyyatında çap olunmuşdur
Bakı qara hazırlaşır
TƏBİB-dən Oqtay Şirəliyev və Ramin Bayramlıya vaksin vurulmaması iddialarına MÜNASİBƏT
Azərbaycanın MDB ölkələrinə ixracı artıb
Sosial şəbəkə hesabları bağlanan Trampa “VKontakte” və “Odnoklassniki” yer təklif etd
ANAMA və DİN-dən təcili əməliyyat
Koronavirusla bağlı SON STATİSTİKA
Utancverici medal davası
İlin ən fəal gənci
Bu Qələbə gözlənilən idi
Dəhşətə gəldim axı niyə belə edirlər?  Arzu Bayramova
Prezident gənc zabitimizi təltif etdi, Elşən Babayevə
“Xocalıda onlarla birgə yaşamaq bizim üçün çətin olacaq, amma...” - Milli Qəhrəmanın oğlu
Şəfəq Məmmədova: “26 illik pedaqoji fəaliyyət dönəmində şagirdlərimə biliklə yanaşı, vətənpərvərliyi də aşılayıram”
Gəncə-Qubadlı-Şuşa-Kəlbəcər bizi gözləyir
Prezident İlham Əliyev: Bu sənəddə öhdəlik var, dekabrın 1-nə qədər rədd olacaq qalan işğal edilmiş torpaqlardan
Prezident İlham Əliyev xalqa müraciət edib
Prezident İlham Əliyev: Biz dayanırıq, qarşı tərəf də dayanmalıdır, dayanmasa, biz də dayanmayacağıq
Prezident İlham Əliyev:
Gəncə terroru zamanı həlak olanların sayı 14-ə çatdı
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.