İnsanlara inteqrativ tibb həkimlərindən online konsultasiya qrupu yaradıldı və ödənişsiz insanlara kömək edilir.
22.02.21 | Bölmə: Xəbər Lenti | Baxış: 70 | Yazar: Arzu |
Qrupun yaradıcılarından olan Pediatr Aytən İsmayilzadə qeyd edir ki, " Ölkəmizdə inteqrativ tibb yenidir, cavandır. Dünyada isə uzun illərdir ki tətbiq olunur. İnteqrativ tibbin müxtəlif sahələri daha da təkmilləşmiş və müasir biotənzimləyici tibbə çevrilmişdir.Bu gun insanlar kimyəvi dərmanlarla yüklənmədən haqlı olaraq qaçır. Doğurdan da insan orqanizmi öz gücü hesabına və doğru tibbi müdaxilə ilə zərər görmədən bir sıra patoloji vəziyyətlərə, xəstəliklərə qalib gələ bilər.İnteqrativ tibb məhz insanın öz bioloji imkanlarını təbiətin imkanları ilə birləşdirib təqdim edən tibbdir. İnteqrativ tibb də akademik tibb kimi ümumi tibbin bir sahəsidir.Tibbin simvolu olan qaba zəhər buraxan ilan da inteqrativ tibbdən xəbər verir. Yəni bir şeyin artığı zəhər, azı isə dərman ola bilər. Biz bunu elə öz içində yaşadığımız təbiətdə axtarmalıyıq nəinki xüsusi kimyəvi dərman istehsalı və satışı ilə məşğul olan dərman bazarında.Artıq bir aydır ki, "İnterqativ tibb həkimləri" qrupunu yaratdıq və ölkəmizdə bu sahədə çalışan, bu sahəni yaxşı bilən inteqeativ tibb həkimlərini qrupa dəvət etdik. İnsanlarımıza bu qrup vasitəsilə inteqrativ tibbdən online dəstək olmağa və onlara belə bir tibbin olduğunu öyrətməyə çalışırıq. Qrupda həkimlər mütəmadi olaraq maarifləndirici məqalələr paylaşır, insanlar da onlara lazım olan suallara mutəxəssis rəyləri axtarırlar. İnteqrativ tibb həkimi kimdir? O osteopat, naturopat, klassik homeopat, homotiksikoloqdur. O pasiyentlərini biotənzimləyici mualicə, nevral terapiya, mikrobioloji terapiya, akupunktura, biopunktura, homeosiniatriya , ozonoterapiya və s. ilə müalicə edir. Onun əlində olan dərman və üsullar zərər vermir, insan bədənindəki pozulmuş tarazlığı bərpa edir.
Akademik tibbdə mualicəsi uzun çəkən və kimyəvi dərmanlaran asılı qalan xəstəliklər inteqrativ tibbin mudaxiləsi ilə daha tez yaxşılaşa bilir. Fikrimcə, hər ailənin bir inteqrativ tibb həkimi də olmalıdır. Yaxud hər həkim akademik tibb biliklərinə yiyələndiyi kimi inteqrativ tibb sahəsini də bilməlidir. Çunki bilmədiyimiz sahəni öyrənmədən lazımsız hesab etmək olmaz. Bu insanlara illər boyu kömək edən və həmişə lazim olan bir sahədir. Ölkəmizdə inteqrativ tibbin sürətli inkişafının insanlarımıza çox yaxşı məbada xidmət edəcəyindən əminəm.
Siz də qrupa üzv olun ve sağlamlıqla bağlı ən doğru məlumatlardan yararlanın."
Qrupun digər adminlərindən biri isə prodüser və redaktor kimi fəaliyyət göstərən Nailə Mirzəzadədir.
(səs: 0)
Oxşar:
Bölmə: Xəbər Lenti
Bölmə: Maraqlı Xəbər » Xəbər Lenti
Şərhlər:
Köşə:
Uşaq götürmək də asanlaşır
18.02.19 | Köşə
Qələbə tariximizi özümüz yazmalıyıq...
30.03.18 | Köşə
Reklam:

Xəbər Lenti:
Neftçi İK Ağsu komandası qələbə qazandı
22.02.21 | İdman
İnsanlara inteqrativ tibb həkimlərindən online konsultasiya qrupu yaradıldı və ödənişsiz insanlara kömək edilir.
22.02.21 | Xəbər Lenti
Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin əməkdaşlarının həmmüəllifliyi ilə hazırlanmış məqalə beynəlxalq xülasələndirmə və indeksləmə sisteminə daxil olan “Springer” nəşriyyatında çap olunmuşdur
19.01.21 | İqtisadiyyat
Azərbaycanın MDB ölkələrinə ixracı artıb
09.01.21 | Son Xəbər » İqtisadiyyat
Sosial şəbəkə hesabları bağlanan Trampa “VKontakte” və “Odnoklassniki” yer təklif etd
09.01.21 | Xarici xəbərlər
Koronavirusla bağlı SON STATİSTİKA
09.01.21 | Cəmiyyət
Utancverici medal davası
29.12.20 | Cəmiyyət
İlin ən fəal gənci
28.12.20 | Xəbər Lenti
Bu Qələbə gözlənilən idi
24.12.20 | Cəmiyyət
“Xocalıda onlarla birgə yaşamaq bizim üçün çətin olacaq, amma...” - Milli Qəhrəmanın oğlu
07.12.20 | Cəmiyyət
Şəfəq Məmmədova: “26 illik pedaqoji fəaliyyət dönəmində şagirdlərimə biliklə yanaşı, vətənpərvərliyi də aşılayıram”
26.11.20 | Cəmiyyət
Prezident İlham Əliyev: Biz dayanırıq, qarşı tərəf də dayanmalıdır, dayanmasa, biz də dayanmayacağıq