модули, шаблоны DLE шаблоны для веб сайтов и Читы для онлайн игр
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.Saytda dərc olunan xəbərlər hecdə mənəvi əxlaqi dəyərlərə zidd deyil əksinə marifləndiricidir.Saytda məqalə dərc etmək istəyən xanımlar info@melumat-merkezi.az elektron ünvanına yaza bilər.Məqalələr müəllif hüquqlarının qorumaq şərti ilə dərc olunacaq.Hörmətlə Təsisçi:Zülfiyyə Allahverdiyeva.Hörmətli xanımlar saytla baglı təklifləriniz varsa gözləyirik

Cinsi əlaqədən sonra vagina yuyulmalıdırmı? (qadınlara özəl))

06.10.18 | Bölmə: Son Xəbər / Sağlamlıq | Baxılıb: 349 | Yazar: Admin |
Cinsi əlaqədən sonra vagina yuyulmalıdırmı? (qadınlara özəl))












Cinsi əlaqə sonrasında vaginanın daxilini yumaq bir çox qadının müraciət etdiyi bir üsuldur. Vagina təmizliyində sabun ya da kosmetik məhsul istifadə etmək də həmçinin... Yaxşı, bəs vagina daxilini yumaq nə qədər doğrudur? Vagina sabunla yuyula bilərmi?

Cinsi əlaqədən sonra vagina necə təmizlənir?

Cinsi əlaqə sonrası vajinal duş qəbulu iki səbəbə görə aparılır: Birincisi, spermaları yuyaraq uzaqlaşdırıb, hamiləlikdən qorunmaq. İkincisi, qarşı tərəfdən bir şey bulaşma ehtimalı varsa bunu aradan qaldırmaq.
Ancaq, hər ikisini də vaginal duşla bacarmaq mümkün deyil. Çünki spermalar çox hərəkətli hüceyrələr olduğu üçün onsuz da əlaqə anında yollarına girərlər. Vaginal duşla hamilə qalma ehtimalını ancaq 10-dan 9-a sala bilərsiniz, daha artıq bir şey etmək mümkün deyildir.

Vaginanı su ilə yumaq, infeksiya edən bakteriyalar, viruslar və ya göbələklərin aradan qaldırılmasını təmin etməz. Vaginal duşun təmizlik baxımından heç bir mənası olmadığı kimi hətta zərəri belə ola bilər. Başqa sözlə vagina daxilinin yuyulmasını heç bir şəkildə təklif etmirik.

Vagina sabunla yuyula bilərmi?

Vagina sabunla yuyulmamalıdır. Çünki vaginanın daxilində turş mühit vardır və sabunun o turş mühiti bozma ehtimalı çox yüksəkdir. Ancaq, xarici genital bölgə yuyula bilər.

Vaginanı sabunla yumaq, yanma hissinə səbəb ola biləcəyi kimi bu bölgədəki xeyirli, zərərsiz bakteriyaların və bədənin müdafiə elementlərinin yox olmasına da səbəb ola bilər. Bu da ciddi infeksiyalara gətirib çıxarar. Vagina üçün istehsal edilən təmizləmə mayeləri yalnız xarici genital bölgə üçün nəzərdə tutulmuşdur.

Vaginanı təmizləmək lazımdırmı?

Normalda bədənin xaricə baxan hər bir bölgəsinin özünü təmizləmə mexanizmi vardır. Buna görə vaginanın da özünə xas təmizləmə mexanizmi mövcuddur. Vaginanın içini davamlı olaraq isladan ifrazata, içərisində bakteriyaları öldürməyə istiqamətli leykositlər və bəzi yaxşı xüsusiyyətli bakteriyaları daxildir. Buna görə də vagina heç bir şey edilməsə də təmiz qalacaq bir mühitdir. Təmizləməyə istiqamətli əlverişsiz hər hansı bir prosses edilsə, bu vəziyyət vaginanın əleyhinə işləyə bilər. Vaginanın daxili, əlavədən bir infeksiya vəziyyəti yoxdursa, təmizlənməsi lazım olan bir orqan deyildir.

Vajina təmizliyində kosmetik məhsul istifadə etmək doğru ola bilərmi?

Kosmetik məhsulların içində bir çox kimyəvi maddələr mövcuddur. Bundan hər hansı birinə qarşı allergik bir vəziyyət söz mövzusu olsa, "vaginit" deyilən çox ciddi vagina infeksiyası və ya hər hansı bir iltihabi prosses meydana gələ bilər. Vaginanın təbii bir baryeri (maneəsi) vardır və oradakı təbii bakteriya mühiti, pis xüsusiyyətli bakteriyalardan qorumaq üçün çalışır. Vagina daxilinə kosmetik məhsul istifadə edildikdə və o təbii bakteriya mühiti pozulsa infeksiyalar meydana gəlir. Buna görə, kosmetik məhsulları birbaşa olaraq vaginanın içinə tətbiqini təklif etmirik.

Vaginanın təmiz olduğu necə aydın olar?

Cinsi həyatı olmayan bir qadının, hələ bəkarət pərdəsi varsa, vaginal gigiyena məsələsi üçün narahat olmasına ehtiyac yoxdur. Ancaq, cinsi həyat başladıqdan sonra qadınlar, öz-özlərinə vaginalarının gigiyenik vəziyyətini test etmək istəsələr, vaginal ifrazatın qoxusunda, miqdarında artım olub olmadığına və rənginə baxa bilərlər. Bəzən normalda qoxu olmadan belə, əlaqə sonrasında ortaya pis bir qoxu çıxa bilər. Bu, infeksiyonal bir vəziyyət söz mövzusu olduğunun işarəsidir. "Bakterial vaginoz" deyilən xüsusi bir bakteriya növü ola bilər. Bunun müalicəsi çox asandır.

Vaginal gigiyenayasından şübhələnən qadınlar, həkimə müraciət etsələr, ediləcək testlər nəticəsində, əgər bir infeksiya təsbit edilsə, müalicə ilə vagina yenidən köhnə sağlam vəziyyətinə qovuşacaqdır...скачать dle 10.3фильмы бесплатно
(голосов: 0)
ПОХОЖИЕ СТАТЬИ:
КОММЕНТАРИИ К СТАТЬЕ:
Ваше Имя:   Ваш E-Mail:  

Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера

Код:
Включите эту картинку для отображения кода безопасности
обновить, если не виден код


Введите код:


Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.Saytda dərc olunan xəbərlər hecdə mənəvi əxlaqi dəyərlərə zidd deyil əksinə marifləndiricidir.Saytda məqalə dərc etmək istəyən xanımlar info@melumat-merkezi.az elektron ünvanına yaza bilər.Məqalələr müəllif hüquqlarının qorumaq şərti ilə dərc olunacaq.Hörmətlə Təsisçi:Zülfiyyə Allahverdiyeva





Təsisçi Zülfiyyə Allahverdiyeva
Baş Redaktor


Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər.
Materiallardan istifadə zamanı www.melumat-merkezi.az saytına istinad zəruridir.

Tel:(055)214-19-44
E-mail: info@melumat-merkezi.az

VÖEN-2902852712