модули, шаблоны DLE шаблоны для веб сайтов и Читы для онлайн игр
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.Saytda dərc olunan xəbərlər hecdə mənəvi əxlaqi dəyərlərə zidd deyil əksinə marifləndiricidir.Saytda məqalə dərc etmək istəyən xanımlar info@melumat-merkezi.az elektron ünvanına yaza bilər.Məqalələr müəllif hüquqlarının qorumaq şərti ilə dərc olunacaq.Hörmətlə Təsisçi:Zülfiyyə Allahverdiyeva.Hörmətli xanımlar saytla baglı təklifləriniz varsa gözləyirik

Kişiyə kötəyinə dözən, söyüşünü udan “arvad” lazımdır...

24.02.19 | Bölmə: Son Xəbər / Köşə | Baxılıb: 157 | Yazar: Admin |
Kişiyə kötəyinə dözən, söyüşünü udan “arvad” lazımdır...



Nərmin Dadaşova
Hər bir qələm adamının- qadınının daha doğrusu, yaradıcılığı boyu bir dənə də olsun kişilərdən “dad döydüyü” məqaləsi, hekayəsi, şeiri var. Evdar qadını da narazıdı, həkimi də, mühasibi də, baş redaktoru da nə bilim, saç ustası da, jurnalisti də. Di gəl, subay bacımızı bəyaz paltarda gəlin görmək, “podruqa”mızın toyunda sındıra-sındıra süzmək ən ümdə arzularımız, qonum-qonşunun qızını güdmək, qardaşımıza, əmimiz oğluna həmin qızlardan “ən məsləhətlisini” bəyəndirmək isə mühüm həyat hadisələrimiz olmaqdan çıxmır əsrlərdir. “Hamı evlənməlidir”, “heç kim boşanmamalıdır”- feil feil olalı, görmədi belə “malı,məli” – arxadaş. Sözü salsan xoşbəxtlikdən, dahilərdən biri başlayacaq ki, “Xoşbəxt həyat olmur, həyatda xoşbəxt anlar olkklılıgkcıknıksjlbclkı”.
Bir neçə gündür sosial şəbəkələrdə onurğa iflicindən əziyyət çəkən xanəndə Könül Xasıyevanın toyundan olan kiçik bir videogörüntü paylaşım rekordu qırır. Videoda Könül xanım ömür-gün yoldaşının əlindən möhkəmcə tutaraq oxuyur: “Sızlayır əhvalıma sübhə qədər tarım mənim, təkcə tarımdır, qara günlərdə qəmxarım mənim...” kədərlidi. Toy günlərində sevgilisinin əlindən yapışıb bu sözləri oxumaq, doğrudan da kədərlidir. Qadın böyük varlıqdır, bilir, duyur hər şeyi. Altı ay sürən evliliyi xəstəliyə tutulmamışdan bir az əvvəl bitir gözəl xanəndənin. “Kişiyə “arvad” lazımdır, mən ona arvadlıq edə bilmirdim” – deyib, dəyişmiş səs tonu, çətinliklə idarə etdiyi üz mimikaları ilə gülüb, şişkin əlləri ilə gözünün nəmini sildi. Sonra, “Mən onu indi də sevirəm, ləyaqətli adamdır” dedi. Bununla da keçmiş ömür-gün yoldaşının üstündən bütün qınaq yükünü götürüb bir kənara qoydu. Qadın ki, qadın...
Hə, oxucu dost, bu “kişiyə arvad lazımdır” söhbətidi mənim ilk abzasdakı deyinməkliyimin səbəbi. Kişiyə köynəyini ütüləyən, paltarını yuyan, uşaqlarına baxan, kötəyinə dözən, söyüşünü udan “arvad” mütləq lazımdır. Bəs qadına nə lazımdır? Bunca şeyin qabağında bir də bizim istədiyimizə baxın, siz allah - sevgi. Bah!
Əslində bütün bunlar yurdum insanı üçün problem olmaqdan çoxdan çıxıb. Heç bir qanuna əməl edilmədiyi qədər dəqiq əməl edilir bu dəhşətə. Kişiyə təklik yaramaz, kişinin təkliyi, qadınınsa ikiləşməsi faciədir ... Bir türk bloger yazmışdı ki, “Azərbaycanlı qızlara salam verən kimi gəlin paltarlarını geyinirlər...” Adam haqlı, ilk görüşdən beyinlərində elçilik get- gəlləri, nişan biş- düşləri keçir qızlarımızın. Neyləsinlər, bu bozxana başqa cür yaxınlaşdıra bilmir əks qütbləri bir-birilərinə. Tanımırıq bir-birimizi, sevə bilmirik, zövqlərimizi, dünya görüşümüzü heç nəyimizi öyrənmədən birbaşa yatağımızı bölüşürük . Sonra da nə yaşaya bilirik, nə boşana...
Könül xanımın müsahibəsinin altında başqa bir qadının öz əri haqqında kədərli açıqlamasını oxudum bayaq. Bilirsiz kimin? Ancelina Colinin. Bred Pitlə ayrılıblar. Ağır xəstəlikdən əziyyət çəkən Coliyə ömrünün ən pis günlərində əri dəstək olmayıb. Dünyanın gözü onlardadır. Coliyə oxşaya bilmək üçün dəfələrlə plastik əməliyyat keçirən qadınlar var. Di gəl, Tükəzban taleyi yaşayır, bəxtsiz qadın. Adımız başqa, soyadımız başqa, dərdimiz eyni. Bir Yunan haykosunu xatırladım, “Hər yerdə eyni cür üşüdür külək...”скачать dle 10.3фильмы бесплатно
(голосов: 0)
ПОХОЖИЕ СТАТЬИ:
КОММЕНТАРИИ К СТАТЬЕ:
Ваше Имя:   Ваш E-Mail:  

Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера

Код:
Включите эту картинку для отображения кода безопасности
обновить, если не виден код


Введите код:


Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.Saytda dərc olunan xəbərlər hecdə mənəvi əxlaqi dəyərlərə zidd deyil əksinə marifləndiricidir.Saytda məqalə dərc etmək istəyən xanımlar info@melumat-merkezi.az elektron ünvanına yaza bilər.Məqalələr müəllif hüquqlarının qorumaq şərti ilə dərc olunacaq.Hörmətlə Təsisçi:Zülfiyyə Allahverdiyeva





Təsisçi Zülfiyyə Allahverdiyeva
Baş Redaktor


Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər.
Materiallardan istifadə zamanı www.melumat-merkezi.az saytına istinad zəruridir.

Tel:(055)214-19-44
E-mail: info@melumat-merkezi.az

VÖEN-2902852712