модули, шаблоны DLE шаблоны для веб сайтов и Читы для онлайн игр
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.Saytda dərc olunan xəbərlər hecdə mənəvi əxlaqi dəyərlərə zidd deyil əksinə marifləndiricidir.Saytda məqalə dərc etmək istəyən xanımlar info@melumat-merkezi.az elektron ünvanına yaza bilər.Məqalələr müəllif hüquqlarının qorumaq şərti ilə dərc olunacaq.Hörmətlə Təsisçi:Zülfiyyə Allahverdiyeva.Hörmətli xanımlar saytla baglı təklifləriniz varsa gözləyirik

Namaz haqqında bilmədiyiniz gerçəklər

12.09.18 | Bölmə: Son Xəbər / Islam | Baxılıb: 483 | Yazar: Admin |
Namaz haqqında bilmədiyiniz gerçəklər









İslamın, hər müsəlmanın ömrü ərzində yerinə yetirməsi lazım olan beş əsas öhdəlik və ya inanc sütunları vardır. Namaz, bir müsəlmanın yerinə yetirməsi lazım olan beş əsas şərtdan biridir. Namazın insan üçün onun bilmədiyi bioloji faydaları isə belədir:
Namazın başında təkbir gətirərkən əl və çiyin əzələlərini hərəkət etdiririk ki, bu da qanın gövdəyə doğru axışını artırır.
Ayaq üstə dayandıqda dua etmə qərarlılığının depressiya üzərində qabaqlayıcı bir tədbiri vardır və ayaqda dayanma tarazlığı inkişaf etdirməyə kömək edir. İnsanlar rahatca dayandıqları zaman, təzyiq mərkəzi ümumiyyətlə iki ayağın arasında durur. Bildiyiniz kimi, danışıq əsnasında müxtəlif əzələlər istifadə edilir. Məhz namazda bu zaman (fatihə və digər surələri oxumaq) beyindəki üz, dil, ağız, eşitmə orqanlarında qanın axışını artırır.

Namazın (rüku) önə əyilmə mövqeyi, alt onurğa sütununuz üçün faydalıdır. Bu, kürək ağrınızın bir qədər yüngülləşməsinə kömək edir. Rükunu düzgün etmək, kürək ağrısı və onurğa sütunu ilə əlaqədar xəstəliklərin nəzarət altına alınmasına kömək edir. Rüku prosesi böyrək və böyrək problemlərinə kömək edən bir növ masaj rolu oynayır.

Namazda ən əhəmiyyətli funksiya, alnımızla yerə toxunduğumuz an – səcdə anıdır. İnsan səcdə halında olduqda beynimizin qanla qidalanma faizi artır. Səcdə zamanı baş nahiyəsinə düz qan axışı səbəbiylə beyin qanaması və baş ağrısı ehtimalı azalır. Səcdə vəziyyətində ayaq barmaqları yaxşı bir akupresür yaşayır ki, bu da, xüsusilə bədən ağrılarına qarşı faydalıdır.

Təşəhhüd halında (oturaq), omba, dirsək, diz oynaqları, onurğa, bilək oynaqları elə bir nizama gəlir ki, bu bütövlükdə bədənimizdə bir rahatlamanı təmin edir. Bu vəziyyətdə bədənin müxtəlif hissələrində yaranan təzyiq bir növ masaj rolu oynayaraq gərginliyin aradan qalxmasına xidmət edir. Bundan başqa, bu mövqe sürətli həzmə kömək edir, qaraciyərin detoksifikasıyasına dəstək olur və incə bağırsaqda peristaltik hərəkəti stimullaşdırır.

Sağa və sola salam, boyun və üst onurğa idmanının mükəmməl bir şəklidir. Bu vəziyyət, boyun əlaqələrinin boşalmasına kömək edir və eyni zamanda çiyin və kürək üstü əzələlərin rahatlamasına səbəb olur. Bu hal bir növ boyun gücləndirici funksiya daşıyır. Sağa və sola salam verməklə yaranan boyun hərəkəti baş ağrısı vəziyyətində insana yaxşı təsir bağışlayır və migrenlə mübarizədə bütün sinirlərin boyundan keçməsini təmin edir.
Unutmayın!! Allah`ın əmrlərinə uymaq hər zaman insana fayda verər, Onun qadağalarından çəkinmək isə insanı bir sıra zərərlərdən qoruyar!.. Elə isə Onun yolunda addımlamağa tələsin!!!.
Qaynaqlar
http://www.gyanunlimited.com 22 Amazing Health Benefits of Namaz (Salat): Namaz-e-Tawbah November 3, 2014
IslamiCity.org “Medical Benefits of Salat” 15 February 2009 at 10:35pm
Heba Nomani, studied at University of Mumbai, Dec 31, 2014








скачать dle 10.3фильмы бесплатно
(голосов: 0)
ПОХОЖИЕ СТАТЬИ:
КОММЕНТАРИИ К СТАТЬЕ:
Ваше Имя:   Ваш E-Mail:  

Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера

Код:
Включите эту картинку для отображения кода безопасности
обновить, если не виден код


Введите код:


Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.Saytda dərc olunan xəbərlər hecdə mənəvi əxlaqi dəyərlərə zidd deyil əksinə marifləndiricidir.Saytda məqalə dərc etmək istəyən xanımlar info@melumat-merkezi.az elektron ünvanına yaza bilər.Məqalələr müəllif hüquqlarının qorumaq şərti ilə dərc olunacaq.Hörmətlə Təsisçi:Zülfiyyə Allahverdiyeva





Təsisçi Zülfiyyə Allahverdiyeva
Baş Redaktor


Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər.
Materiallardan istifadə zamanı www.melumat-merkezi.az saytına istinad zəruridir.

Tel:(055)214-19-44
E-mail: info@melumat-merkezi.az

VÖEN-2902852712