модули, шаблоны DLE шаблоны для веб сайтов и Читы для онлайн игр
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.Saytda dərc olunan xəbərlər hecdə mənəvi əxlaqi dəyərlərə zidd deyil əksinə marifləndiricidir.Saytda məqalə dərc etmək istəyən xanımlar info@melumat-merkezi.az elektron ünvanına yaza bilər.Məqalələr müəllif hüquqlarının qorumaq şərti ilə dərc olunacaq.Hörmətlə Təsisçi:Zülfiyyə Allahverdiyeva.Hörmətli xanımlar saytla baglı təklifləriniz varsa gözləyirik

Xanımların ərləri üçün yerinə yetirməli olduğu - 3 TÖVSİYƏ

19.09.18 | Bölmə: Son Xəbər / Islam | Baxılıb: 196 | Yazar: Admin |
Xanımların ərləri üçün yerinə yetirməli olduğu - 3 TÖVSİYƏ












İmam Sadiq (ə) xanımlara müraciət edərək buyurmuşdur ki, öz həyat yoldaşlarına qarşı üç əxlaqi mövzuya riayət etməlidirlər. Bu mövzular ibarətdir:


1. "Özünü hər bir çirkinlikdən qorumaq ki, ərinin qəlbi hər bir şəraitdə ona qarşı əmin olsun". Yəni, müsəlman qadın iffətə və ətək paklığına riayət edərək özünü pak saxlamalıdır. Bu mövzuya qadının özünü nümayiş etdirməyindən tutmuş, nəzər və fikirlərini kontrolda saxlamağa, sosial şəbəkələrdə davranışına qədər hər bir hərəkəti daxildir. Belə olan halda kişi həm ailədə və həm də cəmiyyət içində özünü rahat və əmin hiss edəcəkdir.


Azadqadin.AZ saytı deyerler.org-a istinadən bildirir ki, ona görə də həm Quran ayələrimiz və həm də hədislərimiz iffət mövzusuna çox işarə etmişdilər. "Mömin qadınlara de ki, (başqalarının ayıb yerləri və yad kişinin bədəni kimi baxılması haram olan şeylərlə qarşılaşanda) gözlərini yumsunlar və öz ayıb yerlərini (üz və əllərindən başqa bədənlərinin hər yerini yadların görməsindən) qorusunlar". ("Nur" 31).


Həzrət Peyğəmbər (s) buyurur: "Nə zaman (naməhrəm) qadınla kişi bir yerdə xəlvət edər, üçüncü nəfərləri şeytan olar".


2. "Ərinin qayğısına qalsın və ona qulluq etsin ki, əgər qadın xata edərsə, onunla mehriban rəftar etsin". Əgər qadın ərinin qayğısına qalsa və onun istəklərini yerinə yetirsə, əri də ona qarşı daha mülayim və mehriban olar. Çünki, qəlblər Allahın əlindədir. O zaman ki, qadın xata edər, əri onun bu xatasından keçər.


Qadın evin vəziridir. Həm ailə iqtisadiyyatının tənzimlənməsində, həm də övlad tərbiyəsində mühüm rola malikdir. Əgər həyatının hər bir sahəsində ərinə qarşı mehriban və qayğıkeş olarsa, eyni rəftarı qarşı tərəfdən görəcəkdir.


3. "Ərinə işvə ilə eşqini bəyan etsin və özünü ərinin bəyəndiyi kimi bəzəsin". O zaman ki, qadın sevgisini ərinə bəyan edər, onun gözündə daha sevimli olar. O zaman ki, qadın özünü əri üçün bəzəyər, ərinin gözü ancaq onda olar. Artıq bayırda olan zaman haram baxışlar onu vəsvəsə etməz. Bir halda ki, evdə onu sevimli xanım gözləyir.


İslam dini özünü bəzəməyin və zinətlənməyin əleyhinə deyildir. Dinimizin istədiyi budur ki, qadının bütün zinət və gözəllikləri əri üçün olmalıdır və başqaları onu görməli deyildir.







скачать dle 10.3фильмы бесплатно
(голосов: 0)
ПОХОЖИЕ СТАТЬИ:
КОММЕНТАРИИ К СТАТЬЕ:
Ваше Имя:   Ваш E-Mail:  

Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера

Код:
Включите эту картинку для отображения кода безопасности
обновить, если не виден код


Введите код:


Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.Saytda dərc olunan xəbərlər hecdə mənəvi əxlaqi dəyərlərə zidd deyil əksinə marifləndiricidir.Saytda məqalə dərc etmək istəyən xanımlar info@melumat-merkezi.az elektron ünvanına yaza bilər.Məqalələr müəllif hüquqlarının qorumaq şərti ilə dərc olunacaq.Hörmətlə Təsisçi:Zülfiyyə Allahverdiyeva





Təsisçi Zülfiyyə Allahverdiyeva
Baş Redaktor


Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər.
Materiallardan istifadə zamanı www.melumat-merkezi.az saytına istinad zəruridir.

Tel:(055)214-19-44
E-mail: info@melumat-merkezi.az

VÖEN-2902852712