модули, шаблоны DLE шаблоны для веб сайтов и Читы для онлайн игр
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.Saytda dərc olunan xəbərlər hecdə mənəvi əxlaqi dəyərlərə zidd deyil əksinə marifləndiricidir.Saytda məqalə dərc etmək istəyən xanımlar info@melumat-merkezi.az elektron ünvanına yaza bilər.Məqalələr müəllif hüquqlarının qorumaq şərti ilə dərc olunacaq.Hörmətlə Təsisçi:Zülfiyyə Allahverdiyeva.Hörmətli xanımlar saytla baglı təklifləriniz varsa gözləyirik

Xoşbəxtlik alveri. Azərbaycanda tumurcuqlayan yeni kişi növü

21.09.18 | Bölmə: Son Xəbər / Köşə | Baxılıb: 618 | Yazar: Admin |
Xoşbəxtlik alveri. Azərbaycanda tumurcuqlayan yeni kişi növü













Azərbaycanda tumurcuqlayan yeni kişi növü
Qadın hesabına yaşayan kişilər həmişə olub. Onlara alfons deyirlər. Mentalitetimiz belədir ki, kişinin qadın hasabına yaşamasına pis baxır. Qəribəsi odur ki, ailə daxilində qadın hesabına yaşayan kişilərə alfons demirlər. Bu kişi qadının qan-tərlə qazandığını pivəxanalarda, çayxanalarda yelə verib axşama evə lül-qəmbər gəlsə də, heç kim onu qadının boynuna minməkdə günahlandırmır və ikrah çalarlı alfons adlandırmır. Çünki bu kişi vaxtında uzaqgörənlik edib qadının pasportuna bir möhür vurdura bilib. Evli kişilərdən alfons çıxmaz. Əsl alfonslar subay olur və çox vaxt da özündən yaşlı və varlı qadınların hesabına yaşayır. Müasir zamanda alfonsların sayı artmaqdadır. Yaşımın üstünə yaş gəldikcə bunu çox aydın hiss eləməyə başlamışam. Oğlum yaşında gəncin açıq-aydın marağını heç cür izah edə bilmirəm. Maraqlıdır, indi onlara ikrahla baxanların da sayı azalıb. Bəzən onlar pərəstiş obyekti də olur.

Soyuq, amma arzulanan

Müşahidə obyekti kimi canlı alfons seçmək imkanımız o qədər də böyük deyil. Axı onlara əksər halda yalnız pul lazımdır. Söhbətimizi qeydə alacağımı bilsə yəqin ki, bundan da mənfəət götürmək istərdi. Ona görə də adını çəkmədiyimiz obyektin özü və danışdıqları müasir şəhər mühitində artıb törəyən parazit növü - alfonsların tipik formasıdır. Tanışlığımız təsadüfən alındı. Orta yaşlı, üzündə yaşını büruzə verən qırışları artmaqda olan qadını göz yaşları içində gördüm və heç olmasa həyat hekayəsini dinləməklə bir balaca kömək edəcəyimi düşündüm. Amma dilimi dinc saxlaya da bilmədim:

- Bəyəm o, bu qədər ehtiraslıdır ki, sən göz yaşları axıdırsan?

- Yox, əksinə, soyuqdur - deyə gözünün yaşını sildi. Hər şeyi ona bağışlardım, bircə geri qayıtsaydı…

İmkanlı, şəxsi biznesi olan bu qadın deyəsən balaca uşaq kimi oğlu yaşanda cavana vurulmuşdu. Hisslərin qarşılığını da deyəsən, gözləmirdi. Söhbətin əvvəlində "Əlimə düşsə, öldürəcəm, filan qədər var-dövlət xərcləmişəm ona" deməsinə baxmayaraq bir neçə dəqiqə sonra göz yaşı tökür və onun geri qayıtmasını istəyirdi. Yəqin bu, sevgidir. Ahıl yaşın sevgisi də pis olur. Yəqin ki, bu qadın sevgisinin qarşılıqlı olmadığını da bilir. Sadəcə sevgilisinə maddi nemətlərlə birgə sevinc bəxş etməkdən xoşbəxt olurmuş. Ona sevgilisini tapıb görüşməyi və geri qaytarmağa çalışmağı vəd etməli oldum. Bir də ki, gələn dəfə əlimə canlı alfons hardan düşəcəkdi? Axı mentalitetimiz cavana "Mən alfonsam, qadınların pulunu əlindən almaqla yaşayıram" deməyi də qadağan edir.

Rədd olsun fallokratiya!

Gizli müsahibim çox görkəmli, cavan və intelligent idi. Onu görüşə gəlməkçün çox dilə tutmaq lazım gəlmədi. Söhbətimizi cümlə-cümlə vermək fikrim yoxdu. Üstəlik diktafonsuz bunu etmək də çətindir. Siqareti gözəl barmaqları arasında tutub (yəqin ki, onların gözəl olduğunu bilir və bundan xoşhallanırdı) söhbətə başladı: - Sizin ağlınıza də gəlmir ki, kişi sadəcə hər şeydən yorula bilər?
Qadınlardan pulu tozsovuran kimi çəkən bu kişi növünə əvvəl ikrah, sonra maraq yarandı. Qarşımdakı kişi ilə söhbət etmək həqiqətən də xoş idi. Bəzi məqamlarla razılaşmamaq olmur. Uzun müddətdir ki, cəmiyyətimiz patriarxal olub. Ailə və cəmiyyətin ən vacib problemləri kişilərin çiyninə yüklənib. Həqiqətən də kimsə düşünmür ki, kişilər sadəcə yorula bilər. Ailə qayğısı, müharibələr, siyasət… Bəlkə də ölkədə erkən kişi ölümlərinin səbəbləri də bundadır. Kişilər ürəyinin sözünü deməyə imkan tapmayıb gərginlikdən həlak olurlar. Axı gərginliyi kənarda çıxarmağı hər kəs bacarmır, ya da istəmir. O, qarşımdakı cavan kimi ağırlığını başqa qadının çiyinlərinə yükləməyi də özünə rəva bilmir. Metalların yorğunluğu adlı termin var. Hətta metal da yorulur, xüsusilə də daim cərəyan altında olanda. Eləcə də kişilərimiz…

Cəmiyyətdə fallokratiya rejimi hakimiyyətdədir. Ona görə də kişilər kimisi məğrurluğundan, qürurundan, kimisi fərqlənmək qorxusundan yorulduğunu boynuna almaz. Yəni ki, o, sosial qanun-qayda ilə buxovlanıb. Amma müasir zaman həmin bu buxovlardan azad kişi növü yetişdirir. Azərbaycanda hələ ki, tumurcuqlayan bu növ dünyada çox geniş yayılıb. Məsələn, İsveçdə qadının işləməsi, kişinin isə evdə oturub uşağa baxması artıq norma halını alıb. Qadının peşəsi ona daha artıq qazanmağa imkan verirsə, ailə belə bir qərar qəbul edir və ailənin rifahı naminə kişi öz minillik azadlığından imtina edir. Bu pozisiyanı müdafiə edənlər kişilərin daha yaxşı tərbiyəçi, daha yaxşı aşpaz və daha qayğıkeş olduğunu deyir. Yaxşı qazanan qadınların sayı artdıqca bu problem Azərbaycanda da aktuallaşır və kişilərin televizor qarşısındakı strateji mövqelərinə güclü zərbə vurur.

"Zoluşka"lar, Məlikməmmədlər heç kimə lazım deyil

Belə çıxır ki, alfonslar gələcəyin peşəsidir? İşləmək istəmirsən, özünə varlı xalaşka tap, başını dolandır. Müsahibim alfonsluğu kişi fahişəliyi ilə çaşdırmamağı məsləhət bilir. O, deyir ki, adi cavan oğlan uzaqbaşı fahişəliklə məşğul ola bilər. Belələri da çoxdur. Amma onların da çoxlu pul qazanmaq şansı yoxdur. Belə bir qızıl qanun var, əgər sənə yalnız pul lazımdırsa və sən bunu bildirirsənsə, bu pulu yalnız bir dəfə verərlər. Sonra dalından bir təpik vurub yola salarlar. Həmin vəziyyət elit fahişə qadınlarla da eynidir. Onlar nağılda yaşadıqlarını göstərməkçün dəridən-qabıqdan çıxırlar. Çünki belə olmasa, kimsə onlara qiymət verməz. Bu zəhmətin müqabilində onlara əla pal-paltar, qızıl zinət əşyaları, maşın, ev verir və ən bahalı restoranlara aparırlar. "Zoluşka"ları, kənddən gəlmiş lap gözəl qızları, evdə bir düjün balasına çörək pulu qazanmaqçün yola çıxanların heç birini yox, bahalı fahişələri zinət içində saxlayırlar. Çünki problemləri olan, istər dünya gözəli olsun, dərdini danışmağa adam gəzən adam heç kimə maraqlı deyil. İnsana gündəlik həyatın şeriyyatı deyil, nağıl lazımdı. Ona görə də varlı qadın burnu fırtdıqlı, qarın dolusu yemək istəyən cavan oğlana tərəf baxmaz da.

Mən dəfələrlə varlı xalaşka tapmaq arzusunu dilinə gətirən cavanların etirafını eşitmişəm. Amma onların cəhdləri nəticəsiz qalır. Səbəbini bilmək üçün varlı qadınlarımızı tədqiq etməliyik. Bizdə qadın nə vaxt varlana bilər? Burda babasından milyonlar qalmış Qərb milyonçuları, ərindən sonra görünməmiş varidata sahib olmuş qadınlar yoxdur. Bizim qadınlar alverlə, zülm və zəhmətlə qazanıb kişilərin qurduğu qəddar cəmiyyətdə özünə yer tuta bilər. Ya da bu pullar varlı məşuqunun əlindən qopardıqlarıdır. Belə əziyyətli yolla əldə edilmiş pulları o, metroya minmək üçün 20 qəpik axtaran oğlana verərmi?

Bizim qadınlara şükür, dünya qadınları çox iddialıdır. Məsələn, çinli qadınlar qəribədir, oranın qadın əhalisinin üçdə ikisi kişini oral seksə görə türməyə salmağı təklif edir. İngilis qadınlarından 5 nəfərdən 4-ü yumor hiss olmayan kişi ilə seksi heç təsəvvür edə bilmir. İngilis yumorunun spesifikliyini də nəzərə alın. Türkiyənin qadınları da tələbkardır. Onlar düşünür ki, seksə 30 dəqiqədən artıq vaxt ayırmaq olmaz. O tərəflərin istisində yarım saatlıq tərləməyi ürəyə böyük yük sayırlar. Sadalanan qəribəliklər içində heç nə tələb etməyən bizim qadınlar məsum görünürlər.

Sənin niyə heç vaxt pulun yoxdur?

Müsahibim etiraf edir ki, qiymətli hədiyyələri, maşın, ev, və s. arzulanan hədiyyələri adama elə-belə vermirlər. Xüsusilə də tanışlıqdan 3 gün sonra. Bu, filmlərin insan beyinlərinə yeritdiyi yanlışlardan biridir. Sadalanan nemətləri almaq üçün çox çalışmaq lazımdır və uzunmüddətli münasibətlər gərəkdir. Əvvəla, tərəflər eyni sosial təbəqədən olmalıdır. Sosial təbəqə deyəndə bunu maddi səviyyə ilə çaşdırmaq lazım deyil. Seygey Davlatovun bu mövzuda bir hekayəsi də var. Cavan alfons parkla gedir. Ətrafında ağaclar ucalır, gözəl qu quşları hovuzda üzür. Amma onun beynində cəmi bir fikir var, o, yemək istəyir. Hətta quşları tutub tüklərini yolub bişirməyi gözünün qarşısına gətirir. Bu zaman üfüqdə artıq qocalmış, şlyapalı "Malvina" görünür. O, gəzişərək dodaqaltı Axmatovanın şeirlərini pıçıldayır. Alfons bu məqamı tutub şeir deyişməsinə qoşulur. Onu çaya dəvət edirlər. Sən demə bu qadın varlı yazıçının dul qalmış arvadı idi. Bu hekayənin mahiyyəti odur ki, alfonsluğa şeir deməyi bacaran təbəqənin, yəni bogema dairəsinin cavanları düşür. Axı onlar zəhmət çəkmək nədir bilmirlər. 30 yaşınacan institutda oxuyur, 40 yaşınacan pivə pulunu valideynlərindən alırlar. Belə oğlanın yetkin qadının başını bişirməyə potensialı çox böyükdür. Qadınsa düşünür ki, parlaq bir gənclə tanış olub, onun bir o qədər də parlaq gələcəyini görür. Əlbəttə, o, sonralar "Öz gələcəyin üçün niyə heç nə etmirsən?", "Sənin niyə heç vaxt pulun yoxdur?" kimi suallar verəcək. Amma bu suallar onun ağlına gələnəcən bir neçə il ötəcək. Alfonsun məqsədi həmin bu illər ərzində qadından mümkün qədər çox yararlanıb maddi nemətlər əldə etməkdir. Qadının ağlı başına gələndə, daha doğrusu sevgidən başı ayılanda hər şey bitəcək.

Qadınlar qulaqlarıyla deyil, gözləriylə sevirmiş

Müsahibim danışdıqca alfonsun yolunun çox çətin olduğunu düşünməyə bilmirsən. Alfons hər şeyi özündən başlamalıdır. Çünki gözəl, səliqəli və arzulanan olmalıdır. Evli olub-olmasından asılı olmayaraq qadına maraqlı, görkəmli kişinin diqqətində olmaq xoşdur. Qadınlar kişini ağlına görə dəyərləndirdiyini deməyi çox sevir, amma ilk baxışdan qiymət verməyə gələndə görkəm dərhal ön plana çıxır. İkinci imtahan yataqda olur. Burda dəridən-qabıqdan çıxmaq lazımdı, yoxsa hədiyyələri qulağının ardını görəndə ala biləcəksən. Erotik massajı bacarmayanlar kurslara yazılmalı və texnikaya mahircəsinə yiyələnməlidirlər. Əgər qadının cəmi bir erogen nöqtəsi varsa, o da onun dabanının altındadırsa onu tapmalı və işə qoşmalıdır. Romantik şərait, şamlar, aromaterapiya, massaj yağları, intim dekor və s. də öz yerində. Qadınlar belə şeyləri anadangəlmə bilə bilər. Amma kişilər mütləq öyrənməli və sonra tətbiq etməlidirlər. Əsas məqsəd odur ki, qadın alfonsla yataqda olacağı anı fikirləşəndə belə, ehtirasdan titrəməlidir və başqa kişiləri heç fikrindən də keçirməməlidir. Əlbəttə, alfonsun nəticədə alacağı nemətlər zəhmətinə dəyərdi. Varlı qadını pul xərcləməyə yalnız ehtirasda məcbur etmək olar.

Qadın kifir olsa yaxşıdır

Görəsən varlı, amma kifir, qoca, kötük kimi quruluşlu bir qadın düşərsə necə?

Müsahibim bu sualı gözləyirmiş kimi dərhal dedi:

- Belə daha da rahatdı. Qadın gözəl olanda onu himayə etmək, qayğısını çəkmək istəyirsən. Ona bağlanmaq riski artır. Vurulmaq təhlükəsi də var. Bu işləməyə mane olur. Müştəri kötük kimi olanda roman idman növünə çevrilir. Burda ustalığını itiləyə və kamilləşə bilərsən. Bircə seks zamanı biabır olmayasan. Axı onun çılpaq bədənini görərkən ləzzət duyduğunu göstərməlisən.

Bu söhbətdə adam kasıb və gözəl qadın olmağı arzulamağa başlayır. Görəsən varlı qadını kasıbdan necə ayırırlar? Həmsöhbətim deyir ki, varlı qadın imkanlı olduğunu heç vaxt gizlətmir. Onun barmağında bir üzük ola bilər, amma necə üzük!.. Deməli, alfons daş-qaşdan da baş çıxarmalıdır ki, obyekti səhv salmasın. Alfonslar tənha və yorğun qadınları bir baxışla təyin edə bilirlər. Qadının üzündə kosmetika çoxdursa, deməli özündə əminliyini artıq itirib, ya da qırışlarını gizlətməyə çalışır. Üstəlik bir az da kökdürsə, deməli, köklüyündən utanır və kompleksləri var. Deməli, alfonsun işi bir az da rahatlaşır.

Bu yerində bir sual öz-özündən doğulur. Axı qadının alfons nəyinə lazımdı? Bəyəm o, həqiqətən də problemlərini cavan kişinin həll edəcəyi kimi absurd xülyalara qapılır? Əslində xeyr, bu belə deyil. Artıq orta yaşlı qadın həyatın keşməkeşlərini görəndən sonra belə sadəlöhv nağıla inanmır. Amma ölkədə nə qədər içib gəzən, işdən qaçan, evdəkiləri incidən, kobud, əyyaş kişi var. Qadınlar onları yedizdirir, təmiz geyindirir və hər şey yaxşıdır görüntüsü yaradırlar. Bu qadınların əksəriyyəti yataqda ləzzətin nə olduğunu heç bilmir. Ya da əyyaş kişi içməkdən artıq sıradan çıxıb. Belə problemli bir qadın qısa müddətli səadət üçün nələri qurban verə bilər? Müsahibim deyir ki, "Mən qadına elə ləzzət bağışlayaram ki, o bunu bəlkə də yuxularında görə bilərdi".

- Bəli, mən həyatı sevirəm, qadınları xoşbəxt etməyi bacarıram. İnsan özünü sevməsə, başqalarını heç vaxt sevə bilməz. Bu yaxında keçmiş məşuqəmə rast gəldim. O, dedi ki, əvvəllər mən kişidən gözəl seks tələb etməyə utanırdım. Bunu mənə sən öyrətdin…

Halaldı, yoxsa haram?

Əlbəttə, alfons peşəsi də cavan və gözəl olmağı tələb edir. Bu isə keçəridir, cavanlıq geri qayıdan deyil. Uzaqgörən alfonslar qocalığına pul yığır. Bəzən buna görə məkrli və qəddar ola bilir. Ola bilər nə vaxtsa sakitləşib evlənəcək, ailə sahibi, uşaq yiyəsi olacaq. Uşaqlarını yanına salıb hansısa bahalı kurortların birinə istirahətə gedəcək. Axı onun bahalı adətləri dəyişmir. Bəlkə də varlı qadınlara müştəri gözülə baxacaq. Ya da qocalıq üz verəndə cavan qızlarla maraqlanacaq. Amma çətin ki, cavan qız onun başını dumanlandırıb əziyyətlə yığdığı varidatını əlindən ala bilsin. Bu peşədə bilmirəm, həyatda bir qızıl qanun işləyir. Pullar gəldiyi kimi getməyi sevir. Asan qazanılan pul asan gedir, çətinliklə qazanılan isə bərəkətli olur. Amma müsahibimlə halal və haramdan danışmağın yeri deyildi. Çünki o, zəhmət çəkdiyini, bəzən əziyyətli işini təsvir edirdi. Qazandığını da özünə halal eləmişdi yəqin.



Gülnarə Rəfiqскачать dle 10.3фильмы бесплатно
(голосов: 0)
ПОХОЖИЕ СТАТЬИ:
КОММЕНТАРИИ К СТАТЬЕ:
Ваше Имя:   Ваш E-Mail:  

Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера

Код:
Включите эту картинку для отображения кода безопасности
обновить, если не виден код


Введите код:


Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.Saytda dərc olunan xəbərlər hecdə mənəvi əxlaqi dəyərlərə zidd deyil əksinə marifləndiricidir.Saytda məqalə dərc etmək istəyən xanımlar info@melumat-merkezi.az elektron ünvanına yaza bilər.Məqalələr müəllif hüquqlarının qorumaq şərti ilə dərc olunacaq.Hörmətlə Təsisçi:Zülfiyyə Allahverdiyeva





Təsisçi Zülfiyyə Allahverdiyeva
Baş Redaktor


Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər.
Materiallardan istifadə zamanı www.melumat-merkezi.az saytına istinad zəruridir.

Tel:(055)214-19-44
E-mail: info@melumat-merkezi.az

VÖEN-2902852712