модули, шаблоны DLE шаблоны для веб сайтов и Читы для онлайн игр
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.Saytda dərc olunan xəbərlər hecdə mənəvi əxlaqi dəyərlərə zidd deyil əksinə marifləndiricidir.Saytda məqalə dərc etmək istəyən xanımlar info@melumat-merkezi.az elektron ünvanına yaza bilər.Məqalələr müəllif hüquqlarının qorumaq şərti ilə dərc olunacaq.Hörmətlə Təsisçi:Zülfiyyə Allahverdiyeva.Hörmətli xanımlar saytla baglı təklifləriniz varsa gözləyirik

Zorlama hadisələri niyə baş verir?

25.09.18 | Bölmə: Son Xəbər / Köşə | Baxılıb: 1436 | Yazar: Admin |
Zorlama hadisələri niyə baş verir?














"Qardaş bacısını zorlayıb”, "Gənc qızı məktəbin tualetində zorladılar”, "4 kişi bir qızı zorladı”, "Gənc 80 yaşlı qadını zorladı”, "56 yaşlı kişi 7 yaşlı qızı zorladı”, "Ata, əmi və qardaş qızı zorladı”...

Son zamanlar hər gün çox sayda bu cür xəbərlərlə qarşılaşırıq.

Belçikada hər gün 86, Türkiyədə bunun iki qatı, Hindistanda daha çox zorlama hadisəsi baş verir.
Hesablamalara görə, dünyada hər 10 qadından 6-sı həyatı boyu müxtəlif formada təcavüzə məruz qalır. Təcavüzlərin 50 faizi 16 yaşından kiçik və 20-24 yaşlı qızlara qarşı baş verir.
Qeyd edək ki, artıq təcavüzkarlar tanımadıqları qadınları belə öz qurbanına çevirə bilirlər. Çox zaman belə hallar qurbanın ölümü ilə nəticələnir.

Psixiatr Aydın Əfəndiyev açıqlamasında deyir ki, ümumiyyətlə, zorla edilən hər hansı bir seksual xarakterli hərəkət təcavüz hesab edilir.
Təcavüzə uğrayan şəxslər uzun müddət depressiyadan çıxa bilmirlər. Utanc, alçaldılma, narahatlıq və əsəb hissi keçirən qurban uzun müddət qorxu içində yaşayır.
Psixiatrın sözlərinə görə, zorlanmaya məruz qalan, təcavüzə uğrayan insanlarda yaşadıqları hadisə uzun zaman kinolenti kimi göz önündə canlanır. Və hər dəfə eyni təhlükəni hiss edirlər. Bu hal bəzən gündə 3-4 dəfə təkrarlana bilir: "Təcavüzə uğramış insanlarda həddən artıq zehni məşğuliyyət, özünü təmizləyə bilməmə qorxusu, izlənilmə və ya tək qalma qorxusu, hücum edənin yenidən qayıtma qorxusu, müxtəlif kabuslar, yuxusuzluq, sayıqlamalar, qidalanma vərdişində dəyişikliklər, baş ağrıları, mədə bulantısı və qusma müşahidə edilir. Aradan illər keçsə belə, təcavüz yaşamış qadınlar cinsi əlaqədə problem yaşayırlar və ya vaginizmə rast gəlinir. Bu hallar zorlanan şəxslərdə həyatı boyu silinməyən izlər buraxır”.
Təcavüzə uğrayan insanlar hadisədən sonra keçmiş həyatlarına dönə bilməyəcəklərini düşünürlər. Onların üçdə biri ilk növbədə intihar barədə düşünür və buna cəhd edirlər. Zorlanan qadınlar hamilə qalmaqdan, hər hansı bir yoluxucu xəstəliyə yoluxmaqdan da çəkinirlər.

Bəs təcavüz edən şəxs hansı psixoloji durumda olur? Onu bu addımı atmağa nə vadar edir?
Müsahibimiz deyir ki, təcavüz edənlərdə bu addım uzun zaman daxilində yaranmış əsəb, kin və stressdən meydana gəlir. Təcavüz nifrətin erotizmə çevrilmiş formasıdır. Bu nifrət təcavüzçülərdə, əsas etibarilə uşaqlıq illərindən formalaşır: "Zorlama çox kişinin uşaqlıq illərində yaşadığı ağır fiziki istismarın təzahürüdür. Özü də təcavüzkarlar çox zaman zorladıqları qadını günahkar çıxarırlar. "Yaxşı qadın gecə evdən çıxmaz”, "Qısa geyinməyəydi”, "Bu saatda tanımadığı insanın avtomobilinə minməsəydi...”, "onu etməsəydi, bunu etməsəydi”, - deyərək özlərinə bəraət qazandırmağa çalışırlar”.
Həkim bildirir ki, təcavüzkar insanlar çox zaman özlərini sübut etmək üçün də bu addımı ata bilərlər. Evdə, ailədə seksual aclıq yaşayan kişi özünü özünə bu yolla sübut etməyə çalışır. Təcavüzə səbəb olan amillər sırasına cinsi-psixi xəstəlikləri də aid etmək olar ki, bu da ayrı bir yazının mövzusudur: "Zorlama normal düşüncəli insanların ata biləcəyi addım deyil. Təəssüf ki, seks çatışmazlığı insanda, əsəb, stress yarada, bəzən depressiyaya sala bilir. Təcavüzkar özünü "sübut edəndən” sonra belə, peşmanlıq hissi yaşamır. Təcavüzə uğrayan uşaqdırsa, təcavüzkar onu utandıraraq, günahkarlıq hissi oyandıraraq və ya alçaldaraq olanları gizlətməyə çalışır. Uşağa cəmiyyətin, valideynlərinin onu günahkar çıxaracağını, ələ salacağını, pis baxacağını bildirən təcavüzçü müəyyən zamana qədər bu sirri qoruya bilir. Uşaq başına gələnləri ailəsi ilə paylaşmağa utandığı üçün bəzən dəfələrlə təcavüzə məruz qalır. Qurban oğlan uşağıdırsa, bu, onun sonrakı cinsi həyatına da pis təsir edir. Bəzən zorakılığa uğramış oğlan uşaqları sonradan homoseksual ola və ya potensial təcavüzkara çevrilə bilir. Zorlanan qız uşağıdırsa, bu da iki formada özünü göstərə bilir: ya qız ömrü boyu kişilərə, cinsi əlaqəyə nifrət edib vaginizm yaşayır, ya da potensial fahişəyə çevrilir. Bu hallar, uşaq təcavüzə uğradıqdan sonra ailənin onunla davranışından çox asılıdır. Nadir hallarda zorlanan, təcavüzə məruz qalan uşaqlar normal həyat tərzi keçirə bilir”.
Aydın Əfəndiyev son zamanlar media və KİV-in bu hadisələri çox qabartdığını da dilə gətirdi. O hesab edir ki, belə hadisələrin qabardılması şüuraltında təcavüzkarlıq yatan insanların da hissini oyada, laqeydlik sindromu yarada bilir: "Zorlama hadisələri şişirdilib üzə çıxarıldıqca adiləşir. Şüuraltında belə problem yaşayan, amma cəhd etməyə çəkinən adamlar da bu addımı ata bilir. "O, edə bilibsə, mən niyə etməyim?!”, - deyə fikir formalaşır. Buna görə də belə hadisələri yayan zaman media daha diqqətli olmalıdır. Sovet dövründə də belə hadisələr baş verirdi, amma sayı indiki dövr qədər çox deyildi.
İnsanlarda qorxu və utanma hissi var idi. İndi qızı 4 oğlanın zorladığını media yazır. Qızın atası bunu açıq şəkildə etiraf edir və oğlanın anası aksiya keçirir. Utancvericidir. Diqqətli olmaq lazımdır. Mən demirəm ört-bas edilməlidir, xeyr. Cinayətkar cəzalanmalıdır, amma bu prosesi cəmiyyətə qapatmaq lazımdı”.
Sonda psixiatr bildirdi ki, belə hadisələrdən uzaq olmaq üçün uşaqların ailədəki tərbiyəsinə önəm vermək lazımdır. Uşaqla açıq olmalı, ona zor tətbiq etməməli və hər hansı bir səhvində dayaq olmaq lazımdır ki, gələcək üçün potensial təcavüzçü yetişdirməyək.
Məlumat üçün qeyd edək ki, zorlama və əxlaqsız xarakterli hərəkətlər Cinayət Məcəlləsinin 149-153 maddələri ilə tənzimlənir və təcavüzkarı 2 ildən 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

İradə CƏLİLскачать dle 10.3фильмы бесплатно
(голосов: 0)
ПОХОЖИЕ СТАТЬИ:
КОММЕНТАРИИ К СТАТЬЕ:
Ваше Имя:   Ваш E-Mail:  

Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера

Код:
Включите эту картинку для отображения кода безопасности
обновить, если не виден код


Введите код:


Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.Saytda dərc olunan xəbərlər hecdə mənəvi əxlaqi dəyərlərə zidd deyil əksinə marifləndiricidir.Saytda məqalə dərc etmək istəyən xanımlar info@melumat-merkezi.az elektron ünvanına yaza bilər.Məqalələr müəllif hüquqlarının qorumaq şərti ilə dərc olunacaq.Hörmətlə Təsisçi:Zülfiyyə Allahverdiyeva





Təsisçi Zülfiyyə Allahverdiyeva
Baş Redaktor


Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər.
Materiallardan istifadə zamanı www.melumat-merkezi.az saytına istinad zəruridir.

Tel:(055)214-19-44
E-mail: info@melumat-merkezi.az

VÖEN-2902852712